Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bilirdim ki, pis şərhlər yazacaqlar” - Samirə Mustafayeva - Fotolar

"AzTV Xəbər”in əsas buraxılışının aparıcısı olan S.Mustafayevanın 5 il sonra televiziyaya qayıdışı isə kifayət qədər maraqla qarşılandı.

AzTV-nin rəsmi "Telegram” kanalı olaraq xanım aparıcından müsahibə alıb.

PİA.az müsahibəni təqdim edir:

- Samirə xanım, efir üçün darıxmışdınızmı?

- Həmişə elə hiss eləmişəm ki, mən televiziyada doğulmuşam. Lakin son 5 il ərzində TV-yə geri dönməyi düşünmürdüm. Bir neçə televiziyadan təkliflər almağıma baxmayaraq, yenidən bu işə başlamağı heç ağlıma da gətirmirdim. Amma AzTV-yə gəldim, efirə çıxdığım an efir üçün nə qədər darıxdığımı hiss etdim. O sevgini, o hissləri təzədən yaşadım.

- Geridönüş çətin olmadı ki?

- 2 il idi Azərbaycan Televiziyasının bədii rəhbəri Ranar Musayevlə danışıqlarımız olurdu. Məni TV-yə qayıtmağa razı salmağa çalışırdı. "Yox, yox” deyib razı olmurdum. Amma elə bir məqam yetişdi ki, "yox” baryerini aradan götürməyə qərar verdim.

- Sirr deyil ki, zahiri görkəminizdə dəyişikliklər etmisiniz. Dəyişiklik etməyə ehtiyac hiss etdiniz, yoxsa...

- 5 il ərzində heç bir yerdə görünmədiyim üçün zahirimdəki dəyişiklik tamaşaçıya qəribə gəldi. Mən əvvəllər də tez-tez dəyişiklik edirdim. 5 il əvvəl də bir gecə yatıb səhər saçlarını qısa kəsdirən, qara saçı sarı rəngə boyayıb efirə çıxan mən olmuşam. Tamaşaçılar, bəlkə də o dövrləri unudub. Amma illər, aylar insanı dəyişir axı. Bu illər ərzində çox aparıcımız dəyişib. Üzdə olan insanların dəyişdiyini görə-görə gəlmişik deyə bizə qəribə gəlmir. Mən isə uzun müddət heç yerdə görünmədiyim üçün belə bir reaksiya normal qarşılanandır. Dəyişikliyim müzakirə olunubsa, bunun özü belə mənə xoşdur. Bütün bunlar göstərdi ki, tamaşaçı məni unutmayıb. Əslində, məni televiziyaya tamaşaçı qaytardı. Sizə maraqlı bir xasiyyətimi deyim: mən rəsm çəkməklə sakitləşən adamam. Bununla sanki neqativi atıram üzərimdən. Buna görə də efirdə olmadığım illərdə başımı makiyaj etməyi öyrənməklə qatdım, nəsə yaratmağa çalışdım. Şəxsi instaqram səhifəmdə bu tip əl işlərimi paylaşarkən belə "Samirə xanım, efirə nə zaman qayıdırsınız?” yazanların sayı-hesabı olmurdu. İnsanların bu çağırışları məni geri qaytardı. Halbuki əvvəl unudulmaq istəyirdim. Bu 5 ildə mübarizə aparırdım ki, unudulum, yaddan çıxım.Amma tamaşaçım məni geri qaytara bildi.

- Televiziyaya qayıtmağınıza nə təkan verdi?

- İyul hadisələri zamanı xəbərləri televizordan izləyəndə hiss etdim ki, mənim yerim evdə - divanda oturmaq deyil. Çox pis olmuşdum. Özümü günahlandırırdım ki, niyə mən öz yerimdə deyiləm. Bu mübarizədə, bu müharibədə düşmənlərimizə qarşı tək səngərdə deyil, bütün sahələrdə bir olmalıyıq, media sahəsi isə xüsusilə diqqətli və birlikdə olmalıdır.

- Nə üçün məhz Azərbaycan Televiziyası?

- Azərbaycan Televiziyası həmişə bir məktəb olub. Sanki Azərbaycan televiziya məkanı AzTV-də doğulub. Buraya gələndə elə bildim sanki elə əvvəl də AzTV-də işləmişəm. Çox doğma kollektivi var. Hamı çalışır ki, özümü burada yad hiss etməyim, heç elə hiss etmirəm də.

Fotolar

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar