Çərşənbə axşamı, 19 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bilgəhdə üçmərtəbəli villası prezidentin tapşırığı ilə sökülən FHN-nin idarə rəisi yeni villa tikdirib

Cəbrayıl Xanlarov təkcə Bilgəhdəki villasını bərpa etməklə kifayətlənməyib, üstəlik birini də Qəbələnin Bum kəndində inşa edib...

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat yayıb.

Cavanşir Həsənli bildirir ki, 5 il əvvəl Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsi Cəbrayıl Xanlarovun Bilgəhdə həyat yoldaşının adına olan üçmərtəbəli villası dövlət başçısının birbaşa göstərişi əsasında sökülmüşdü. İndi yerində yenisini tikib.

Maraqlıdır ki, Cəbrayıl Xanlarov təkcə Bilgəhdəki villasını bərpa etməklər kifayətlənməyib, üstəlik birini də Qəbələnin Bum kəndində tikdirib.

Cavanşir Həsənli qeyd edir ki, 5 il əvvəl prezidentin tapşırığı ilə üçmərtəbəli villası sökülən Cəbrayıl Xanlarov tələm-tələsik xaricdəki biznesini də ( xalça ticarəti, maşın təmiri mərkəzi, mineral suların və meyvə şirələrinin topdansatışı və s.) qapadıb.

Cəbrayıl Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində doğulub. Şəxsiyyət vəsiqəsində yer alan məlumata görə o, M. Müşfiq küçəsi, ev 11/13, mənzil 24-də yaşayır. 1995-ci ildə İqtisad Universitetini bitirib. Sonra Azərbaycan Dövlət Gömrük Komitəsinin “Azərterminlakompleksdə” işləyib.

Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib. Göründüyü kimi, Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən rəhbərlik edir. Yəni 34 yaşında bu vəzifəyə təyin olunub. Bu təyinata qədər FHN-in özündə adi bir işdə işləyib və qeyri-adi bacarığı ilə diqqəti çəkməyib. C.Xanlarovun nazirlikdə birinci müavin, keçmiş MTN-çi Rəfail Mirzəyevin himayəsi altında olduğu da bildirilir.

Yerli mətbuatda yayılan məlumatlara görə Cəbrayıl Xanlarovun Azərbaycanın bir çox bölgələrində imarətləri, biznes obyekti var. Zaqatala zəlzələsi üçün ayrılan vəsaitdən böyük pay ayrılan “Azəri Trans” MMC şirkətinin də Cəbrayıl Xanlarovun nəzarətində olduğu qeyd olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Əli Həsənovun Azərbaycana gətirilməsini həyat yoldaşı təkzib etmədi

Diplomatiyamızın “topal generalları”... - Onların haralara və nəyə xidmət etdiklərini anlamaq asan deyil

Rəşid Mahmudovdan açıqlama: “O dünyadan danışıram“

Rusiya Türkiyəni Cənubi Qafqaza buraxmamaqda israr edir - Bəs ikili arasında yaranan soyuqluğun tək səbəbi Qarabağdır?

“Yenə yalan danışırsan!” - Azərbaycanlı deputatdan Lavrova sərt cavab

“Bağlı qapılar arxasında qurulan planlar...” - Ərdoğandan şok Qarabağ açıqlaması

Şuşaya “İsgəndər” raketi atdıq: Ermənilərdən etiraf - Video

Prezident məmurlara xəbərdarlıq etdi: “Təmizləmə prosesi gedir və gedəcək”

“Baku Medikal Plaza” qazinin övladının nəşini girov saxlayır

Demoqrafik kollaps: Erməni əhali hara gedir və niyə?

İki gün əvvəl ordudan tərxis olunan əsgər vəfat etdi

loading...

Ən çox oxunanalar