Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvardan su şikayəti: “Məmurların əkin sahələrinə gedir, qonşu rayonlara satılır...”

Biləsuvar rayon İsmətli kəndinin bir qrup sakini dövlət başçısı İlham Əliyevə müraciət edib. Onlar şikayətləniblər ki, kənddə pambıq və həyətyanı sahələr susuzluqdan məhv olur

İsmətli kəndinin dörd min əhalisi olduğunu bildirən müraciət müəllifləri qeyd ediblər ki, su əsasən əkin sahələri olan məmurların ixtiyarına verilir. Onların vurğulamasına görə, Biləsuvarda yüzlərlə hektar əkin sahələri olan məmurlar var. Müraciət müəllifləri, üstəlik, suyun qonşu rayonlara satıldığını da iddia ediblər.

Şikayətçilərin vurğulamasına görə, sadə vətəndaşlar isə pambıq sahələrini suvara bilmir. Onlar qeyd ediblər ki, “Cənub Muğan” kanalından çəkilən yeni kanalın kənd ərazisinə çatmasından ötrü 25 metrlik iri diametrli dəmir boruya ehtiyac var. Müraciətdə o da vurğulanıb ki, dəfələrlə şikayət etmələrinə baxmayaraq Biləsuvarda aidiyyatı qurumlar problemlərini həll etmirlər.

Bələdiyyə sədri: “Bu məsələ müəyyən müddətə həllini tapacaq”.

İsmətli kənd bələdiyyəsinin sədri Mirzəxan İbayev də su problemi olduğunu söyləyib. Amma o vurğulayıb ki, problem məhsulun və ya həyətyanısahələrin susuzluqdan yanması həddində deyil.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı adı çəkilən kəndin bir qrup sakini bu il Kənd Təsərrüfatı Nazirliyində olub, işin görülməsi ilə bağlı müəyyən danışıqlar aparılıb: “İşin müəyyən hissəsi görülüb, amma daha bir qismi yarımçıq haldadır. Hətta dövlət başçısı İlham Əliyev Biləsuvarda olanda (2018-ci il-red) da bu məsələ müzakirə edilib. Dövlət başçısı da problemi həll etməklə bağlı tapşırıq verib”.

M.İbayev deyib ki, burada bir anlaşılmazlıq da özünü göstərir. Onun vurğulamasına görə, rayonun Aranlı və Çinarlı kəndləri adı çəkilən kanaldan su nəqli məqsədi ilə İsmətli kəndinə boru xətti çəkilməsinə etiraz edirlər: “Yəni, bu kəndlərin əhalisi bunu belə izah edir ki, əgər kanaldan əlavə boru ilə su xətti çəkilsə, bu kanalda suyun azalmasına, Aranlı və Çinarlı kəndlərinin yetərli dərəcədə su ilə təmin olunmamasına gətirib çıxara bilər. Ona görə də, hələlik, məsələ belə qalıb. Amma ümid edirik ki, bu məsələ müəyyən müddətə həllini tapacaq”.

Suyun məmurların ixtiyarına verilməsi və ya qonşu rayonlara satılıması barədə iddialara gəlincə M.İbayev qeyd edilənləri əsassız sayıb.

Müraciətə, hələlik, başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. (“Azadlıq” radiosu)

pia.az


Etiket: Biləsuvar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar