Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda Vətən müharibəsi şəhidi İlkin Məmmədovun 19 yaşı qeyd edilib

Biləsuvarda Vətən müharibəsi şəhidi İlkin Məmmədovun doğum günü qeyd olunub.

“Report”un Muğan bürosu xəbər verir ki, bu gün şəhidimizin Biləsuvar şəhərindəki ata ocağı rayon içtimaiyyəti və döyüş yoldaşları tərəfindən ziyarət olunub.

Məmmədov İlkin Fərhad oğlu 27 mart 2002-ci ildə Biləsuvar rayonunda dünyaya göz açıb. Ailədə iki övlad olublar. İlkin ailənin yeganə oğlu olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Vətən muharibəsində qəhrəmanlığı, şəxsi şücaəti ilə seçilib.

İlkin Məmmədovun rəhbərlik etdiyi bölük sərrast atəşləri ilə düşmənin hədəflərini məhv edib. Lakin sentyabrın 29-da Xocavənd uğrunda döyüş tapşırığını yerinə yetirərkən ağır mərmi yaraları alıb. Hərbçimiz həkimlərin səylərinə baxmayaraq, ötən il noyabrın 6-da şəhid olub və Bəydili kənd qəbristanlığında dəfn edilib.

Onun qəhrəmanlığı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, şəhidimiz "Vətən uğrunda" medalı ilə təltif edilib.

Bu gün həmçinin şəhidimizin məzarı yaxınları, rayon rəsmiləri və yerli sakinlər tərəfindən ziyarət edilib. Məzarı üzərinə tər çiçəklər qoyulub, ruhuna dualar oxunub, xatirəsi anılıb.

Allah rəhmət eləsin!

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar