Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb - Foto

Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd edilib.

"Report"un Muğan bürosunun məlumatına tədbir qəhrəmanın ata yurdunda baş tutub.

Anım tədbirində rayon sakinləri, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digər şəxslər iştirak edib.

Tədbirdə Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edilib. Qeyd olunub ki, o, 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək, 5 saat təkbaşına döyüşüb. Ermənilər Azərbaycan hərbçisinin göstərdiyi bu igidlik qarşısında ağır itkilər verib. Bir neçə saat davam edən döyüşə düşmən əlavə qüvvə cəlb edib. Düşmən hərbi birləşməsi ilə təkbaşına döyüşən Mübariz İbrahimov qəhrəmancasına şəhid olub.

Tədbirdə Əməkdar incəsənət xadimi Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani müəllifi olduğu “Vətən müharibəsi şəhidləri” adlı kitabını Milli Qəhrəmanın atası Ağakərim İbrahimova təqdim edib.

Milli Qəhrəmanın atası ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar