Paris yaxınlığındakı parkda bıçaqla silahlanmış bir kişi yoldan keçənlərə hücum edərək 3 nəfərə xəsarət yetirib...
PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Fransa paytaxtının cənub-şərq sərhədində, Villjyuif şəhərində yerləşən Haut-Bryuyer parkındakı supermarketin yaxınlığında baş verib.
Yaralılardan birinin vəziyyəti ağırdır. Hücum edən şəxs hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.
pia.az