Bazar ertəsi, 13 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Bəzi universitetlər tələbələrə təzyiq göstərir” - Onlayn imtahanlarla bağlı açıqlama

“Gələn həftədən etibarən ali təhsil müəssisələrində semestr imtahanları başlayır. Bu dəfə mövcud vəziyyətlə əlaqədar olaraq universitetlər imtahanları online edəcəklər”...

“Mart ayından etibarən bütün universitetlər distant - online dərslər keçmək istiqamətində mühüm işlər görüblər. Artıq prosesin yükun mərhələsi keçiriləcək. Amma son günlər bəzi tələbələr online imtahanların keçirilməsini istəmir və bunu internetin olmaması və ya zəif olması, online dərslərin tam mənimsəməyə imkan verməməsi ilə əlaqələndirirlər”.

PİA.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, tələbələr hazırki durumda imtahan vermək istəmirlər:

"Bir məsələni də qeyd etmək istəyirəm ki, dünəndən 10 dan çox universitet rəhbərliyi ilə əlaqə saxlayıb tələbələrin narahatlıqlarını çatdırdım. İzah etdim ki, tələbələr imtahan verməkdən narazıdırlar.

Universitetlərin mövqeyi budur ki, heç bir tələbə imtahandan kəsilməyəcək. Necə ki, imtahana giriş balı ilə bağlı onlara güzəşt edilib, eyni zamanda da imtahanlarda tələbələrə maksimum dərəcədə dəstək verilib güzəşt ediləcək.

Yəni tələbələr narahat olmasınlar. Universitetlər onlara imtahanlarda güzəşt edəcəklər və hər kəsə qiymət veriləcək, heç kim kəsilməyəcək. Bütün tələbələri səbrli olmağa çağırıram".

Kamran Əsədov universitetlərin narazılıq edən tələbələrə qarşı təzyiq göstərdiyini qeyd edib:

"Təəssüflər olsun ki, imtahanlarla bağlı narahatlıq ifadə edən tələbələrə qarşı bəzi universitetlər təzyiqlərə başlayıblar. Bu yaxşı hal deyil. Mövcud vəziyyətdə hər iki tərəf anlayış nümayiş etdirməlidir. Tələbəyə zəng edib təzyiq göstərmək məsələnin həlli yolu deyil".

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qüdrət Həsənquliyev Azərbaycanda çevriliş barədə yayılan şaiyələrdən danışıb

Azərbaycan Ordusu ermənilərin daha bir postunu ələ keçirdi - Foto

Azərbaycan belə talanır: 70 yaşlı məmurun milyonluq seyrəngahı… – Fotolar

Ermənistan ordusunun 30-dan çox əsgəri öldürülüb - Fotolar

Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var - Müdafiə Nazirliyi

Deputatın diplomat kürəkəni ABŞ-a qaçıb? - İddia

Dəbdəbəli bağlarında sıxılan “ağlar”ın məsləhəti ilə Türkiyəyə hava yolu açılıb

MN: İtki verən düşmən geri otuzdurulub - İki şəhidimiz var

Partiya sədrindən Mehdiyev və Məmmədyarova şok ittihamlar... 

Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqladı

"Kabinetinə əyilə-əyilə girənlər üstünə daşla gələcək" - Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama 

loading...

Ən çox oxunanalar