Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi özəl məktəblər hökümətin qərarına məhəl qoymur - Video

Tədrisi dayandırmayan və Nazirlər Kabinetinin qərarına “tabesizlik” nümayiş etdirən özəl məktəblər necə cəzalandırılacaq?..

Nazirlər Kabinetinin bu il martın 2-də qəbul etdiyi qərarına əsasən, koronavirus təhlükəsi ilə əlaqədar ölkənin orta və ali məktəblərdə, həmçinin özəl və dövlət məktəbəqədər təhsil müəssisələrində martın 20-dək dərslər dayandırılıb. Qonşu İran İslam Respubilkasında koronvirus artıq epidemiya halını alıb və sosial şəbəklələrdə bu virusdan ölənlərlə bağlı çoxsaylı videolar yerləşdirilib. Azərbaycan hökümətinin koronvirusa təhlükəsindən qorunmaq səbəbi ilə İranla sərhədi bağlayıb. Eyni zamanda qabaqlayıcı tədbirlər planını həyata keçirməkdədir. Bu tədbirlərdən biri də ölkə miqyasında təhsil müəssisələrinin müvəqqəti bağlanmasıdır. Həmçinin ölkənin futbol çempoionatı çərçivəsində keçirilən oyunlar da ertələnib.

Dövlətin koronovirus narahatçılığı ciddi olduğu bir dönəmdə Bakı şəhərində özəl tədris müəsissələrinin fəaliyyət göstərməsi isə həqiqətdə çox anormaldir. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında qeyd edilir ki, ölkədə fəaliyyət göstərən bütün təhsil, tədris müəsissələri müvəqqəti olaraq fəaliyyətini dayandırsın.

PİA.az xəbər verir ki, bəzi özəl təhsil müəssisələri Nazirlər Kabinetinin qərarına əməl etmir və bu tabesizliyini nümayişkaranə şəkildə həyata keçirirlər. Misal üçün “NARINC” Uşaq Psixologiya Mərkəzi, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi martın 2-dən fəaliyyətlərini davam etdirməkdədirlər. Hətta “NARINC” Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova “tabesizlik nümunəsi”ni açıq şəkildə reklam etməkdən belə çəkinmir.

Eyni tabesizlik nümunəsini Loqos "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktorü Təranə Məmmədovada sosial şəbəkədə açıq şəkildə elan edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar