Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi dərmanlar apteklərdə müxtəlif qiymətlərə satılır

Ölkəmizdə dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənir

Bu hüquq Tarif Şurasına verilib. Tarif Şurasının qiymətlərini təsdiq etdiyi dərman vasitələrinin sayı 10 mindən çoxdur. Amma bu, heç də dərmanların qiymətilə bağlı problemlərin olmaması demək deyil. Bəzi hallarda eyni dərman preparatı müxtəlif apteklərdə müxtəlif qiymətlərlə təklif olunur.

Bu cür halla bağlı Cebhe.info-ya da müraciət olub. Budəfəki problem “Flarex” adlı dərmanla bağlı yaranıb. Şikayətçi deyir ki, bu çətin tapılan dərmanı hər aptek bir qiymətə satır və qiymət 6.50-dən 10 manatadək yüksəlir.

Qeyd edək ki, beynəlxalq təcrübədə də dərmanların qiymətləri tənzimlənir. Azərbaycanda dərman vasitələrinin qiymətləri tənzimlənərkən 10 istinad ölkəsi nəzərə alınır. Qiymət müəyyənləşərək, istehsalçı qiymətləri əsas rol oynayır. Bunun üzərinə Nazirlər Kabinetində müəyyənləşən marjalar, ƏDV əlavə olunmaqla sabit qiymtlər müəyyənləşdirilir. Dərmanların tənzimlənməsi üçün istinad olan ölkələr Bolqarıstan, İspaniya, Fransa, Yunanıstan, İtaliya, Macarıstan, Polşa , Türkiyə Portuqalya və Sloveniyadır. Qeyd edək ki, qiymətlər tənzimləənərkən dolların məzənnəsi də nəzərə alınır.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Belə olan halda niyə bir sıra dərmanlar fərqli qiymətlərlə təklif olunur? Bu dərmanlar Tarif Şurasının siyahısına daxil edilməyib? Və ya ölkəyə gətirilən və istifadə olunan dərmanların hamısı niyə həmin siyahıya salınmır?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Cebhe.info-ya açıqlamasında bildirib ki, nazirlik dərmanların qiymətlərinə nəzarət etmir. Nazirliyin Analitik Ekspertiza Mərkəzi yalnız dərmanların keyfiyyətinə nəzarət edir.

Tarif Şurasının mətbuat xidməti ilə əlaqə saxlamaq cəhlərimiz baş tutmayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar