Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi akvapark və hovuzlara giriş adambaşına 40 manat təşkil edir

Yayın gəlişi ilə insanların asudə vaxtlarını səmərəli keçirdiyi yerlərdən biri də akvapark və hovuzlar olur

İnsanların bu tip əyləncə yerlərinə üz tutmasına əsas səbəbi ailəvi istirahət üçün lazımi infrastrukturun mövcud olmasıdır.

Bu gün ölkəmizdə olan akvapark və hovuzlar əksər hallarda hər hansı istirahət, fitness və SPA mərkəzinin və ya otelin tərkibində fəaliyyət göstərir. Bu tip obyektlərdə giriş haqqı xidmətlərin sayından, atraksiyonların müxtəlifliyindən, uşaqlar və böyüklər üçün ayrıca hovuzların olub-olmamasından və bir sıra digər amillərdən aslı olaraq əhəmiyyətli dərəcədə dəyişir.

“Report”un araşdırmasına əsasən ölkədəki akvapark və hovuzlara giriş haqqı 5 manatdan başlayır. Bəzi istirahət məkanlarında giriş qiymətləri 35-40 manata qədər dəyişə bilər. Xüsusən bayram günləri və həftə sonlarında bir çox istirahət məkanlarında akvapark və hovuzlara giriş qiymətləri artırılır. Əksər akvapark və hovuzlarda şezlonq və dəsmal verilməsi giriş qiymətinə daxildir. Bir çox məkanlarda müxtəlif yaş qruplarından olan uşaqlar üçün giriş pulsuzdur. Bəzi hovuzlarda isə gündəlik ödənişlə yanaşı aylıq abunəlik sistemi tətbiq olunur.

Beləliklə, Azərbaycanda fəaliyyət göstərən bir sıra akvapark və hovuzlarda giriş qiymətləri aşağıdakı kimidir:

“Karvan Palace Hotel & Resort”

Mərdəkanda yerləşən bu oteldə böyüklər və uşaqlar üçün hovuzlar var. 12 yaşına qədər uşaqların hovuza girişi 6manat, böyüklər üçün isə giriş 10 manatdır. Qiymətə həmçinin şezlonqlar və dəsmal da daxildir.

“Pullman Baku Hotel”

Bu məkandakı akvaparka giriş qiymətləri həftənin günlərinə görə dəyişir. Belə ki, həftə içi giriş 20 manat, həftə sonu və bayram günləri isə 30 manatdır. 6 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. 7 yaşdan 15 yaşa kimi həftə içi15 manat, həftə sonları isə 20 manatdır. Qiymətə uşaqlar və böyüklər üçün hovuz, sürüşkənlər, şezlonq, dəsmal daxildir.

“AF Hotel Aqua Park Kompleksi”

Novxanıda fəaliyyət göstərən bu akvaparka giriş 2 yaşa qədər olan uşaqlar üçün pulsuz, 3-6 yaş arası – 10 manat, 7 yaşdan yuxarı olanlar üçün 15 manatdır.

“FS CLUB SPORTCITY”

Bu fitness və SPA mərkəzində hovuza giriş 13 yaşa qədər olanlar üçün gündəlik 12 manatdır. 13 yaşdan yuxarı olanlar üçün isə həftə içi giriş 18 manat, bazar günləri – 15 manatdır. Burada tətbiq olunan aylıq abunəlik sisteminə əsasən 8 giriş üçün 13 yaşa qədər olanlar 60 manat, 12 giriş üçün 70 manat ödəməlidilər. 13 yaşdan böyüklər üçün isə 8 giriş üçün 80 manat, 12 giriş üçün isə 90 manat nəzərdə tutulub.

“Aqua Park Şıxov”

Şıx qəsəbəsində yerləşən bu akvaparka giriş həftə içi 12 manat, həftə sonu isə 15 manatdır. 3 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur.

“Dalğa Beach Aquapark Resort”

Bu akvapark kompleksində də giriş qiymətləri həftənin günlərindən asılı olaraq dəyişir. Belə ki, həftə içi qiymət 25manat, həftə sonları isə 35 manatdır. 6 yaşa qədər uşaqlar üçün ödəniş tələb olunmur. 6 yaşdan 12 yaşa qədər isə giriş haqqı 15 manatdır. Bu qiymətlərə qarderob, hovuzlar, duş kabini, dəsmal, sürüşkənlər daxildir.

“Khazar Golden Beach”

Bu akvapark Mərdəkan ərazisində yerləşir. Bura giriş 5 yaşa qədər uşaqlar üçün ödənişsizdir. 5-10 yaş arası uşaqlar üçün 10 manat, böyüklər üçün isə 15 manat ödəniş haqqı tələb olunur.

“Aquapark Jumeirah Bilgah Beach Hotel”

Bilgəhdə yerləşən “Jumeirah Bilgah Beach Hotel”də akvaparka giriş 3 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur. 3 yaşdan yuxarı və boyu 1,2 metrə qədər olan uşaqlar üçün ödəniş həftə içi 15 manat, həftə sonları isə 20 manatdır.Böyüklər üçün qiymətlər həftə içi 35 manat, həftə sonları 40 manat təşkil edir.

“Atlant” İstirahət Mərkəzi

“Atlant” İstirahət Mərkəzində akvaparkdan istifadə 5 yaşa qədər pulsuz, 5 yaşdan yuxdarı isə 10 manatdır.

Qəbələnd” Əyləncə Mərkəzi

Qəbələdə yerləşən bu əyləncə mərkəzində akvaparkdan istifadə etmək üçün ödəniş 5 manat həddindədir.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar