Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Beyruta hakim olan dünyaya hakim olacaq”

Rufiz Hafizoğlu: “İslam dünyasının yəhudi problemi yoxdur”

Yaxın Şərqdə gərginlik yenidən baş qaldırıb. Avqustun 3-də Livanın paytaxtı Beyrutda baş verən partlayış bölgədə öləziyən alovu təkrar qızışdırıb. Mövzu ilə bağlı AYNA-nın suallarını Yaxın Şərq və ərəb ölkələri üzrə mütəxəssis Rufiz Hafizoğlu cavablandırıb.

- Rufiz bəy, Yaxın Şərqdə son günlər baş verənlər bölgədə yeni qarşdurmaların olacağının, Yaxın Şərq uğrunda mübarizənin yenidən qızışacağının göstəricisidir?

- Əvvəlvə ondan başlayım ki, Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında diplomatik münasibətlərin bərpası Ərəb dünyası ilə İsrail arasında yenilik hesab edilə bilməz. Çünki, təxminən 15-20 il bundan əvvəl bu münasibətlərin bərpasını ilk dəfə gündəmə gətirən Qətər olmuşdu. Qətər Xarici İşlər naziri o zaman açıqlama vermişdi ki, “İsrail və Ərəb dünyası arasında olan toqquşma heç bir halda dini münaqişə deyil və sadəcə siyasi maraqlardan doğan problemlərdir. Ərəb dünyası isə bunun qarşısını almalıdır”. O zaman Qətər rəsmiləri bu açıqlamanı verəndə çox böyük əks-sədaya səbəb olmuşdu. Amma zaman-zaman aydın oldu ki, bundan sonra münasibətlər düzəlməyə doğru gedir və hətta, Səudiyyə Ərəbistanı da İsraillə gizli danışıqlar aparmağa başladı və bu danışıqlar da təbii ki, bəlli bir məqsədə qulluq edirdi.

- Bu münasibətlərin perspektivi varmı?

- Düzünü desəm, mən bu münasibətərin kağız üzərində qalacağına inanmıram. Çünki dövlətlərin müəyyən maraqları var. Burada sadəcə Ərəb dünyasının maraqları yox, eyni zamanda İsrailin də bəlli maraqları var. Lakin bu münasibətlərə birtərəfli münasibət bildirib, Ərəb dünyasının atdığı addımı da yanlış adlandıra bilmərik. Çünki Ərəb dünyası-İsrail münaqişəsi illərdir uzanır və gec-tez öz həllini tapmalıdır.

- Baş verənlərə dini aspektdən yanaşmaq nə dərəcədə doğrudur?

- Əslində, Yaxın Şərqdə baş verənlərə dini aspektdən yanaşmaq doğru deyil və heç bir halda bu məsələyə dini aspektdən yanaşmaq lazım deyil. Çünki bu, ən azından münaqişənin fərqlii bir müstəviyə gəlib çıxmasına səbəb ola bilər ki, bunu da istər İsraildə, istər Ərəb dünyasında, istərsə də Qərbdə istəyən radikal qüvvələr var. Amma hələ ki, münaqişə o səviyyəyə çatmayıb.

- Bəs, o həddə çatmaq ehtimalı varmı?

- Zaman-zaman bunu o həddə gətirib çatdırmaq istəyən radikal qüvvələr olub ki, bunu məhz İslam-İuadizm qarşdurması kimi gündəmə gətirib qələmə veriblər. Təbii ki, hər iki tərəfdə, xüsusən də İslam dünyasında sağlam zəkalar olmasaydı, bu məsələ mütləq şəkildə dini müstəviyə qalxacaqdı və çox ciddi problemlərlə nəticələnə bilərdi. Bunu açıq şəkildə bilmək lazımdır ki, İslam dünyasının yəhudi problemi yoxdur. Yəni müsəlman dünyası hər zaman yəhudilərlə iç-içə yaşayan bir toplum olub. Sadəcə olaraq burada etnik məsələlər var ki, daha çox siyasi maraqların bölünməsi və bölgəyə kimin hakim olması məsələsidir. Sadəcə bunu dini müstəviyə gətirib çatdırmaq doğru deyil.

- Livanda nə baş verdi?

- Livanda dünyanı sarsıdan bir hadisə baş verdi. Vaxtı ilə “Hizbullah”ın tabeliyində olan portlardan birinin partlaması, əslində çoxlu müəmmalar və suallara səbəb oldu. Yəni, nə üçün həmin port hökumətin nəzarətində deyildi? Çünki “Hizbullah” təşkilatı, əslində silahlı qruplaşmadan əlavə, təssüflər olsun ki, sözün əsl mənasında, dövlət içində dövlətdir. Digər bir tərəfdən, Livan Prezidentinin “Hizbullah”a belə bir səlahiyyət verməsi də əlavə sual doğurur. Hətta, Livan Prezidenti Mişel Aun belə bir açıqlama vermişdi ki, “Ölkənin ordusu xalqı müdafiə etmək iqtidarında deyil. Buna görə də biz “Hizbullah”a silahlanma səlahiyyətini vermişik”. Müəyyən iddialar da var ki, bu hadisənin baş verməsində xaricdən və hətta, İsrail və Amerikadan müdaxilələr olub. Amma reallıq odur ki, Livanda baş verən partlayış çox böyük dəyişikliklərin olacağına gətirib çıxaracaq ki, buna nümunə olaraq hadisədən sonra Livan hökumətinin istefa verməsini göstərmək olar. Əslində, Livan çox həssas bir bölgədir. Hətta, Yaxın Şərqdə belə bir məsəl də var ki, “Beyruta hakim olan Yaxın Şərqə hakim olacaq”. Sözün əsl mənasında, bu gün Beyrut uğrunda mübarizə gedir və hər bir ölkə orada öz maraqlarını gücləndirməyə çalışır. Baxmayaraq ki, Beyrutda İranın maraqları çox güclüdür, amma Səudiyyə Ərəbsitanı da Beyrut uğrunda mübarizə aparır. Xüsusən də Livanın keçmiş Baş Naziri Əl-Həriri dövründə Səudiyyənin maraqları daha çox təmin edilirdi. Yəni Livan hal-hazırda maraqların daha qaynar şəkildə toqquşduğu bir bölgəyə çevrilib.

- Maraqlıdır ki, pandemiyanın yayılma sürəti azalandan sonra bölgədə yenidən canlanma yarandı. Bu, nə ilə bağlıdır?

- İstər siyasi, istərsə də digər baxımlardan Yaxın Şərq hər zaman qaynar bölgə olub. Sadəcə olaraq, pandemiya bölgədə mini atəşkəs yaratmışdı. Amma bu, o demək deyildi ki, dövlətlərin xüsusi xidmət orqanları çalışmır, yaxud dövlətlərarası danışıqlar aparılmırdı. Bütün bunlar hamısı olurdu və bundan sonra da olacaq. Heç bir şey - istər virus, istər iqtisadiyyatın zəifləməsi və s. Yaxın Şərqdə baş verə biləcək və bundan sonra gözlənilən prosesləri təxirə salmaq gücünə malik deyil. Çünki Beyruta hakim olan Yaxın Şərqə, Yaxın Şərqə hakim olan isə dünyanı idarə etmək gücünə malik olacaq və bu, bir reallıqdır. Məhz Yaxın Şərqdə baş verən problemlər də bundan qaynaqanır.

pia.az


Etiket: Beyrut

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar