Bazar, 17 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Beynəlxalq Könüllülər Gününə həsr edilmiş tədbir keçirilib - Qaradağda

C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbində – Beynəlxalq Könüllülər Gününə həsr edilmiş tədbir keçirilib...

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, şöbə müdirləri, əməkdaşları, rayon qeydiyyat şöbəsinin müdiri, könüllülər, rayon gəncləri iştirak etmişdir.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Təranə İsmayılova Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulduğunu bildirmişdir.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixli, № 1354 sərəncamı ilə İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edildiyi haqqında tədbir iştirakçılarına məlumat verdi.

Bu məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlandığını qeyd etdi.

Daha sonra çıxış edən natiqlər Son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olunduğunu, bunun nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazasının formalaşdığını bildirdilər. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolunun danılmaz olduğunu qeyd etdilər. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildiyi bildirilmişdir.

Sonda könüllülərə sertifikatlar, könüllük fəaliyyəti dövründə bilik və bacarıqlarının qiymətləndirilməsində yüksək nəticə əldə etmiş könüllülərə isə əlavə olaraq hədiyyələr təqdim edildi.

Tədbir C.Qaryağdıoğlu adına 9 nömrəli və 28 nömrəli məktəbinin şagirdlərinin təşkil etdiyi musiqi proqramı ilə yekunlaşdı.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənistan parlamentinin sədri agent olub – Keçmiş səfir sənəd paylaşdı

Vüqar Səfərlidən 26 milyon manat tələb olunur – Onun Əli Həsənovu satdığı iddia olunur...

Əli Həsənovu həbsxanaya aparan yol - Biznes imperiyasında nələr var

“Əliyevin bu planının hədəfini anlamıram” - Paşinyandan etiraf

Koronavirusdan da betər epidemiya yayılıb” - Rusiyalı həkim

Yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcəyi açıqlanıb

Bakıda maaş artımı müəmması - Axı, böhran müsbət dinamikaya təkan verə bilməz...

“Elə bir ənənə yaranıb ki, kim rəhbərliyə pul verir, onu efirə aparıcı kimi çıxarırlar...”

Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?”

İranın buraxdığı uzaqmənzilli raketlər Amerika təyyarədaşıyanının həndəvərinə düşdü

“Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar“ - Nazir

İrəvanda ara qarışdı: “Uşaqlarımızı Qarabağdan qaytarın”

loading...

Ən çox oxunanalar