Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi 2 komanda təmsil edəcək

4-11 avqust 2019-cu il tarixlərində ölkəmizdə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2019) ölkəmizi təmsil edəcək şagirdlərin adları məlum olub

 

Azərbaycan bu yarışmada iki komanda ilə təmsil olunacaq.

Birinci komandaya Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov, Murad Eynizadə, İbrahim Tağızadə, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdi Fərhad Əzimov, ikinci komandaya isə nazirliyin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fatimə Ömərova, Xəzər Universitetinin nəzdindəki "Dünya" məktəbinin şagirdi Əziz Hüseynov, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdi Hüseyn Hacıyev və Bakı şəhəri 269 nömrəli tam orta məktəbin şagirdi Amin Cəlilov üzvdür.

Qeyd edək ki, ölkəmizi bu olimpiadada təmsil edəcək komandaları müəyyənləşdirmək məqsədi ilə iki seçim imtahanı keçirilib. Seçim imtahanlarına Respublika fənn olimpiadalarında informatika fənni üzrə qalib olan şagirdlər dəvət edilib.(Trend)

pia.az


Etiket: Olimpiada

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar