Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq erməni mafiyası haqqında sensasion məlumatlar: Azərbaycan və Türkiyə mafiyaları onlarla...

Erməni mafiyasının Xaç atası-Ermənistan dövlətidir; Niyə İrəvanda qanuni oğrular yaşamırlar?...

Beynəlxalq erməni mafiyası haqqında materialları araşdırdım. Çox maraqlı faktlar var. Məsələn, Qərb mütəxəssisləri yazırlar ki, erməni mafiyasının müttəfiqi rus mafiyasıdır, rəqibi isə Azərbaycan və Türkiyə mafiyalarıdır...

Hətta cinayətkar aləmdə də biz ermənilərlə kəllə-kəlləyə gedirik. Azərbaycan mafiya söhbətində də Türkiyə ilə bir yerdədir.

Almaniyanın “mdr.de” saytında erməni mafiyası ilə bağlı geniş bir yazı oxudum. Düzü, xeyli təəccüb etdim. Özünüz düşünün, az qala 5 milyon türkün yaşadığı Almaniyada erməni mafiyası fəaliyyət göstərir. Özü də müxtəlif erməni mafiyaları öz aralarında problemləri çözmək üçün şəhərin ortasında bir-biri ilə atışırlar. Bu yazı məni erməni mafiyası mövzusunu araşdırmağa təhrik etdi. Müqayisə üçün ötəri də olsa, Azərbaycan mafiyasına da nəzər saldıq.

Oradan başlayaq ki, erməni mafiyası erməni əsilli cinayətkarların birləşdiyi kriminal qruplardır. Belə qruplara ermənilər “akperutyunus” (qardaşlıq) deyirlər.

Almaniya

Gəlin, elə Almaniyadan başlayaq. Rəsmi məlumatlara əsasən, 2009-2011-ci illərdə Almaniya Kriminal Polis Bürosu erməni mafiyasına qarşı istintaqa başladı. O vaxt ermənilərin narkotik qaçaqmalçılığı ilə məşğul olması məsələsi ortaya çıxdı. Məlum oldu ki, Erfurt şəhərində ən azı iki erməni klanı var və onlar bir-biri ilə müharibə vəziyyətindədir.

2014-cü ilin 13 iyulunda Erfurt şəhərində baş vermiş atışma zamanı iki nəfər ağır yaralandı. (Yazının sonunda təqdim etdiyimiz video-materialda həmin atışma öz əksini tapıb. Çəkiliş təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. E.H) Bir neçə aylıq istintaqdan sonra polis 31 yaşlı maşın alverçisi Artur Z. Və 26 yaşlı Karo S. narkotik alverində şübhəli bilərək, həbs etdi. Polis reydləri zamanı 35 kq. marixuana müsadirə edildi. Bu olaydan sonra əvvəllər gizli fəaliyyətdə olan erməni mafiyası ictimaiyyətin diqqətini çəkdi. Yerli polis “qanuni oğrulara qarşı mübarizəyə qalxdı”. Bu mübarizə 3 il davam etdi. Bəlli oldu ki, Almaniyada həqiqətən də erməni mafiyası mövcuddur. Onlar keçmiş SSRİ-dən olan cinayətkar qruplarla əlbir şəkildə işləyirlər və Almaniya qanunlarının təsir dairəsinə əngəl olurlar.

2018-ci ilin 7 noyabrında Almaniyanın “MDR TV” 30 dəqiqəlik sənədli film təqdim edəcəkdi. Filmin adı belə idi: “Xaç Atası Almaniyada: ”Erməni mafiyası və qanuni oğrular”. Filmdə erməni mafiyası ilə Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyanın əlaqələri əks olunmuşdu. Ancaq Aşot Smbatyan məhkəməyə müraciət etdi və noyabrın 6-da filmin nümayişinə qadağa qoyan məhkəmə hökmü əldə etməyə nail oldu.

30 dəqiqəlik sənədli filmin yerinə televiziyalar 7 dəqiqəlik video yayımlandı. “Youtube”a yüklənmiş həmin videonu təqdim edirik. Almaniyanın ən nüfuzlu nəşrlərindən olan “Die Spiegel” də bu məsələyə xüsusi diqqət ayırdı. Bir daha bəlli oldu ki, Almaniya polisi erməni mafiyasının dəqiq gücünü və imkanlarını öyrənmək üçün illərlə istintaq aparıb.

2018-ci ilin martında isə səfir Aşot Smbatyan Almaniya rəsmilərinə müraciət etdi, bildirdi ki, erməni mafiyasına qarşı polisin apardığı mübarizəyə töhfə vermək üçün hər cür köməyə hazırdır. Video-materialda (5.15-5.30 dəqiqələri arasında) belə bir məqam var. İki jurnalistin iki cümləlik dialoquna biz də diqqət edək:

- Erməni mafiyasının arxasında kim dayanıb?

- Erməni mafiyasının arxasında Ermənistan dövləti dayanıb.

Düşünün ki, bu söhbət Almaniya TV-si ilə verilir. Obyektivliyi ilə seçilən alman jurnalistləri ciddi sübutlar olmadan belə bir iddia ortaya qoymazdı. Özü də Almaniyadakı Ermənistan səfiri erməni mafiyası ilə bağlı sənədli filmin nümayişinə məhkəmə qərarı ilə qadağa qoyulmasına nail olduqdan sonra bu, məhkəmə perspektivi ehtimalı güclənmişdi. Ancaq Ermənistan rəsmiləri bu ittihamın üstündən sükutla keçdi.

Elə dövlətlə kriminal dünyanın iç-içə olması səbəbindən Almaniya polisi erməni səfirin yardım təklifini rədd etdi. O vaxt Almaniya Kriminal Polis Bürosunun hesabatında deyilirdi ki, Ermənistan rəsmiləri ilə erməni mafiyasına görə dərin əməkdaşlıqdan çəkinmək lazımdır, çünki Ermənistanın dövlət strukturları ilə qanuni oğruların sıx əlaqəsi var. Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (Bundesnachrichtendienst, BND) 2008-ci ilə aid gizli hesabatında səfir Aşot Smbatyanın özü qanuni oğru kimi təqdim olunmuşdu.

Bir daha “erməni mafiyasının arxasında Ermənistan dövləti dayanıb”,- fikrinə qayıtmaq istərdim. Bu çox önəmli məqamdır. Qərb mediası yazır ki, Türkiyə mafiyasına bəzi üzvləri Türkiyənin dərin dövləti ilə əlaqələrə malikdir. Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Millî İstihbarat Teşkilâtı) və Boz Qurdlar da dərin dövlətə bağlıdırlar. Bu bağ və əlaqələr Susurluq skandalı (1996) zamanı aydın şəkildə ortaya çıxdı. “Dövlət, siyasət, mafiya” üçbucağı barədə Türkiyə mətbuatında dəfələrlə iri araşdırmalar çap olunub.

Erməni mafiyası ilə Ermənistanın dərin dövləti arasında hər hansı bir əlaqə varmı? Bu suala birmənalı cavab vermək çətindir. Fakt odur ki, əlaqə var. Ancaq bu əlaqə dövlət maraqlarına, yoxsa şəxsi maraqlara söykənir? Bəlli deyil. Ümumiyyətlə, Ermənistanda dərin dövlət anlayışı nə dərəcədə realdır? Bu sualın cavabı da havadan asılı qalır.

ABŞ

Amerikada erməni mafiyası xeyli güclüdür. Burada erməni mafiyası əsasən 3 yerə bölünür. Ermənistan (Van), Suriyaİraq əsilli ermənilərin ayrı-ayrılıqda öz qrupları var. Gördüyünüz kimi, yerlipərəstlik hissi ermənilərdə də xeyli güclüdür. Ən güclü erməni mafiyası isə Los-Ancelsdə fəaliyyət göstərir. Bu qrup “Armenian Power” (erməni gücü) adlanır. Bu qrupun 200 nəfər üzvü var.

Buradaca kiçik bir haşiyə çıxaraq qeyd edim ki, rəsmi məlumatlara görə, Rusiyada Azərbaycan mafiyası ciddi şəkildə güclüdür. Xüsusən bazarlara azərbaycanlılar nəzarət edirlər. Azərbaycanlılara bağlı 30 cinayətkar qrup var. Rusiya mətbuatı yazır ki, istisnasız olaraq bütün azərbaycanlı qruplar yerliçilik əsasında formalaşıb. Yəni gəncəlilərin, bakılıların, cənub bölgəsinin... hər birinin öz qrupu var. Bu baxımdan erməni mafiyasının strukturu ilə bizim kriminal qruplar arasında oxşarlıq diqqət çəkir. Deyim ki, bu xüsusiyyət, yəni yerliçilik amili nəyinki keçmiş SSRİ məkanında, eləcə də bir çox Qərb ölkəsində ciddi kök salıb. Təəssüf ki, kriminal müstəvidə də millət olaraq bütöv deyilik. Yeganə təsəllimiz isə o ola bilər ki, başqa xalqlarda da bu amil qabarıq nəzərə çarpır...

Federal Təhqiqat Bürosunun 2011-ci ildəki hesabatında deyilir ki, erməni mafiyasının digər küçə bandalardan fərqi ondadır ki, onlar son dərəcə yüksək səviyyədə təşkilatlanıblar, beynəlxalq səviyyədə işləyirlər. Əsasən bank dələduzluğu, soyğunçuluq, girov götürmə, cinayətkar yolla əldə olunmuş şəxsi məlumatlardan istifadə edərək kimləri isə aldatmaq kimi əməllərlə məşğul olurlar.

“Armenian Power” təşkilatının yaradıcısı “sakit” ləqəbli Armen Petrosyan 2000-ci ildə Meksika mafiyası tərəfindən öldürüldü. Ancaq bir neçə il sonra “Armenian Power” Meksika mafiyası ilə anlaşma əldə etdi. Hazırda “Armenian Power” Los-Ancelsdə ciddi işlər görür, ancaq Meksika mafiyasına “haqq” verir. Başqa cür mümkün deyil.

Rusiya

Moskvada erməni mafiyası 1980-ci illərdə yaranıb. Öncə erməni cinayətkarlar öz soydaşlarından nə isə qoparırdılar. Onlardan “haqq” alırdılar. Ancaq zaman keçdikcə onlar güclənməyə başladı. Xüsusən 1992-94-cü illərdə Qarabağ münaqişəsi ermənilərin Rusiyaya köçünü sürətləndirdi. 1994-cü ildə Moskvada 150 min erməni qeyri-qanuni olaraq yaşayırdı. 1995-ci ildə isə erməni cinayətkar qruplar arasında ciddi münaqişələr baş verdi. Bir çox qrupların nüfuzlu üzvləri öldürüldü.

Erməni mafiyasında olanların bir çoxu Dağlıq Qarabağda vuruşmuşdu. Onlar üçün kimisə öldürmək elə bir problem deyildi.

Rusiyadakı erməni mafiyası Amerikadakı erməni mafiyasından xeyli şey əxz etmişdi. Belə ki, Rusiyadakı erməni cinayətkar qruplar perspektivli gənc siyasətçilərə maliyyə dəstəyi verirdilər. Məqsəd həmin siyasətçilərin əli ilə sanballı iqtisadi imkanlar əldə etmək idi. Erməni mafiyası Rusiya hakimiyyətində olan öz adamları vasitəsi ilə ciddi üstünlüklər qazandılar. Erməni mafiyası Rusiyada təkcə siyasətçiləri satın almırdı, həm də yerli milis, prokuror və hakimlərə səxavətlə pul buraxırdı. Və onların üzərindən iri işlər görürdülər, indi də bu proses davam edir.

Mövzudan kənara çıxmalı olacam. Moskvada Azərbaycan mafiyası erməni mafiyasından ciddi şəkildə üstündür. Ümumiyyətlə, kriminal müstəvidə Moskvada azərbaycanlılardan üstün olan etnik mafiya yoxdur. Rusiya mətbuatının yazdığına görə, paytaxtda 150-200 min azərbaycanlı məskunlaşıb. Azərbaycan səfirliyi isə iddia edir ki, Moskvada 1 milyon azərbaycanlı yaşayır. Moskva milisi isə hesab edir ki, Moskvada azərbaycanlıların sayı yarım milyondan çoxdur.

Qeyd olunur ki, Moskvada azərbaycanlılar əsasən bazarlara nəzarət edirlər. Onlar hələ Brejnev (Leonid İliç. SSRİ rəhbəri olub) dönəmindən paytaxtda gül satıblar. Bu biznes onlara ağlasığmaz var-dövlət qazandırıb. Azərbaycanlılar Rusiyanın neft-qaz sektorunda da güclüdürlər. Bir vaxtlar bazarlarda mer-meyvə satan azərbaycanlılar hazırda “Rosneft”, “Lyukoyl”, “Qazprom” kimi nəhəng şirkətlərin aksiyalarına sahibdirlər. Qeyri-rəsmi hesablamalara görə, azərbaycanlılar Rusiyada ildə 25 milyard dollar qazanırlar. Bu məbləğın ən azı yarısı Moskvanın payına düşür.

Şimali Qafqazda erməni və yunan kriminalların savaşı

1994-cü ildə erməni və yunan cinayətkar qruplar arasında müharibə başladı. Bu müharibə zamanı 30 nəfərdən artıq adam öldürüldü, bir o qədəri də yoxa çıxdı. Bu hadisə də erməni mafiyası tarixində xüsusi rol oynayıb.

Ermənistanda qanuni-oğru yoxdur

Rəsmi statistikaya görə 2014-cü ildə dünyanın müxtəlif ölkələrində 60 nəfər erməni əsilli qanuni oğru fəaliyyət göstərib. O da maraqlıdır ki, Ermənistanın özündə qanuni oğrular daimi yaşamırlar. Ekspert-Kriminoloq Sergey Qalayan belə deyir. Niyə Ermənistanda qanuni oğrular yaşamırlar? Çox güman ki, balaca Ermənistanın maliyyə imkanlarının xeyli məhdud olması, qanuni oğruları səadət axtarmaq üçün daha cəlbedici ölkələrə çəkib aparır.

link

link

link

Elbəyi HƏSƏNLİ, SÜRİX




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar