Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq böhran qrupunun 2021-ci il proqnozları: Rusiya və Türkiyənin çılğınlığı Qərbə qarşı ittifaqları gücləndirə bilər

ABŞ-ın “Foreign Policy” nəşrində “2021-ci ildə izləniləcək 10 münaqişə” adlı təhlil dərc olunub.

PİA.az xəbər verir ki, Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Robert Malli yenicə qədəm qoymuş “Öküz il”ində dünya birliyinin qarşılaşacağı əsas problemləri və qanayan nöqtələri sadalayıb.

Prezident Barak Obamanın administrasiyasında Yaxın Şərq üzrə xüsusi köməkçi olmuş Malli öz məqaləsində qeyd edir ki, 2020-ci ildə qlobal sülh və təhlükəsizlik üçün ən geniş təsirləri olan bir sıra hadisələr yaşanıb: “Koronavirus pandemiyası, iqlim dəyişikliyinin artan təsiri, Tramp administrasiyasının Co Baydenin seçilməsindən sonra yürütdüyü "yandırılan torpaq" siyasəti, Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağda müharibə və Həbəşistanın (Efiopiyanın) Tiqray bölgəsindəki ölümcül qarşıdurma bu sıradadır. 2021-ci ildə dünya bu hadisələrin nəticələri və dağıntıların bərpası ilə məşğul olacaq”.

Müəllifin fikrincə, “...daha ədalətli siyasi həllər olmadığı təqdirdə, hərbi qazanclar kövrəkdir. Azərbaycanlılar 1990-cı illərin əvvəllərindəki rəzaləti heç vaxt unutmadıqları kimi, ermənilər də 2020-ci ilin ləkəsini silməyə çalışacaqlar. Əgər şikayətləri həll edilməzsə, bir çox tiqraylılar yad hökmranlığı qəbul etmədikləri kimi, onlar da müqavimət göstərəcəklər. Həmçinin, fələstinlilər işğal altında yaşadıqları müddətdə İsrail əsl təhlükəsizliyin nə olduğunu bilməyəcək”.

Beynəlxalq Böhran Qrupunun prezidenti hesab edir ki, “qarşıdurmaların siyahısından göründüyü kimi, onların  kölgəsi hələ də davam edəcək. 2020 unudulmalı il ola bilər, amma 2021-ci il, çox güman ki, bədbəxtlikləri bizə daim xatırladacaq”.

Robert Mallinin 2021-ci ilə dair “qara siyahı”sında ilk yeri Əfqanıstan tutur və son sırada iqlim dəyişikliyi gəlir. Asiya qitəsindəki qaynar nöqtədən sonra Həbəşistandakı münaqişə xatırladılır. “Qara siyahıdakı” üçüncü yer yenə də Afrika qitəsinə, Qərbi Səhraya məxsusdur. Yəmən, Venesuela, Somali, Liviya, ABŞ-İran gərginliyi sadalandıqdan sonra müəllifin təhlilində Rusiya-Türkiyə münasibətlərinə geniş yer ayrılır.

Malli yazır: “Rusiya və Türkiyə müharibə vəziyyətində deyil, əksər hallarda onlar sövdələşir, lakin Suriyada və Liviyada olduğu kimi, bəzən də qarşı tərəfləri dəstəkləyir və ya Qafqazdakı kimi, rəqabət aparır. Tez-tez bir-birlərini tərəfdaş kimi görür, müzakirələrdə bir mövzuda fikir ayrılığını digər bir məsələdən ayıraraq tərəfdaşa çevrilir və yerli müttəfiqləri mübarizə apardıqları təqdirdə belə, əməkdaşlıq edirlər. Bununla belə, 2015-ci ildə Türkiyə-Suriya sərhədi yaxınlığında bir rus təyyarəsinin vurulması və 2020-ci ildə Rusiya tərəfindən dəstəklənən Suriya qüvvələrinin hava hücumunda onlarla türk əsgərinin öldürülməsinin göstərdiyi kimi, gözlənilməz qarşıdurmalar riski yüksəkdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı vəzifədaşı Vladimir Putin bu günə qədər bu cür xoşagəlməz hadisələri idarə etməkdə usta olduqlarını sübut etsələr də, istənilən küsülülük hər ikisinin cəlb olunduğu münaqişələri daha da gücləndirə bilər.

Ankara-Moskva münasibətlərinin ziddiyyətləri Suriyada daha qabarıqdır. Türkiyə prezident Bəşər Əsədin ən sərt xarici antaqonistləri arasındadır və üsyançıların qatı dəstəkçisidir. Rusiya Əsədin arxasında durur və 2015-ci ildə müharibəni qəti şəkildə onun lehinə çevirmək üçün münaqişəyə müdaxilə edib.

Türkiyə o vaxtdan bəri Əsədin qovulması fikrindən imtina edib, daha çox təxminən 30 ildir qiyam qaldırmış və Ankaranın (və eləcə də ABŞAvropanın) terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) qolu olan “Xalq Müdafiə Birlikləri”nə (YPG) qarşı mübarizəyə daha çox maraq göstərir.

Moskva və Ankaranın birlikdə hazırladığı 2020-ci ilin mart müqaviləsi Suriyanın şimal-qərbində üsyançıların əlində olan son qalada – İdlibdə döyüşləri dayandırıb və iki gücün bir-birinə nə qədər ehtiyac duyduğunu göstərib.

Rusiya Türkiyənin İdlibdə atəşkəs rejimini qorumasını gözləyir. Ankara yüz minlərlə suriyalını Türkiyəyə sürükləyə biləcək başqa bir rejim hücumunun Rusiyanın hava dəstəyindən asılı olduğunu və Moskvanın belə bir əməliyyata veto qoyduğunu qəbul edir. Ancaq status-kvo zəifdir: Suriya müharibəsi bitməyib və Rusiyanın dəstəyi ilə İdlibə növbəti hücum mümkündür.

Liviyada da Rusiya və Türkiyə qarşı tərəflərin arxasında durur. Rus muzdluları Həftəri, Türkiyə isə Tripolidəki MBH-ni dəstəkləyir. Oktyabr ayından bəri kövrək bir atəşkəs elan edilib. Ancaq anlaşmanın Türkiyəyə dost Liviya hökumətinə zəmanət verə biləcəyi, eyni zamanda, Rusiyaya axtardığı dayağı verib-verməyəcəyi aydın deyil.

Son dövrlərdə Rusiya və Türkiyə Dağlıq Qarabağ uğrunda gedən müharibəyə də cəlb olunub. Rusiyanın Ermənistanla hərbi ittifaqı var, ancaq tərəf seçməkdən çəkinib, nəticədə, atəşkəsə vasitəçilik edərək döyüşləri dayandırıb. Türkiyə, Ermənistana hava müdafiəsini zərərsizləşdirməyə kömək edən türk (və İsrail) pilotsuz təyyarələri ilə Azərbaycana diplomatik və hərbi dəstək verib.

Cənubi Qafqazdakı rəqabətə baxmayaraq, həm Moskva, həm də Ankara bu dəfə qalibdir. Rusiya sülhməramlı qüvvələrini yerləşdirib və bölgədə təsirini kəskin şəkildə artırıb. Türkiyə Azərbaycanın qələbəsində mühüm rol oynadığını iddia edə bilər və atəşkəs razılaşması ilə qurulan ticarət dəhlizindən faydalanacaq.

Paradoksal olaraq, getdikcə artan döyüş sahələrində Moskva və Ankara rəqabət apara-apara əlaqələr hər zamankından daha güclüdür”.

Beynəxalq Böhran Qrupunun rəhbəri daha sonra qeyd edir: “Onların “çılğınlığı” daha geniş tendensiyaların – Qərbdən kənar güclərin ABŞ və Qərbi Avropaya qarşı getdikcə daha çox müqavimət göstərməsi, daha iddialı və dəyişkən ittifaqlara girməsinin simptomudur.

Rusiya Ukrayna və Suriyadakı müharibələr, seçkilərə müdaxilə və xaricdə səslənən müxaliflərin zəhərlənməsi ittihamları, ABŞAvropa sanksiyaları fonunda Qərblə gərginliyin artdığını görür. Türkiyə, ABŞ-ın YPG-yə verdiyi dəstəyi və Ankaranın 2016-cı ildə çevriliş cəhdi təşkil etməkdə günahlandırdığı vaiz Fəthullah Gülənin ekstradisiyasına rədd cavabını, həmçinin demokratların geri dönüşünü və Kipr münaqişəsində iddia edilən qərəzliliyə görə Avropa tənqidlərini pisləyir. Ankaranın Rusiyadan “S-400hava hücumundan müdafiə sistemini satın alması və sınaqdan keçirməsinə cavab olaraq, rəsmi Vaşinqtonun tətbiq etdiyi sanksiyalar bu gərginliyin rəngini qatılaşdırır.

Həm Rusiya, həm də Türkiyə müxtəlif münaqişə zonalarında ikitərəfli razılaşmalarla, qazanc potensialını görürlər. Bununla belə, fürsətdən yararlanma həmişə olmur. Müvafiq qüvvələri bir çox cəbhə xəttinə bu qədər yaxın olduqda, potensial yenidən alovlanma nöqtələri yetərincə çoxdur. Münasibətlərindəki geriləmə hər iki dövlət üçün birdən çox müharibə zonasında problemlər yarada bilər”. (Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar