Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəylər Əyyubov stəkan yuyurdu, bizə çay süzürdü” – Bağında işləyən dülgər qadın

PİA.az dülgərliklə məşğul olan Şəhla İmanzadə moderator.az-a müsahibəsini təqdim edir:

- Şəhla xanım, neçə ildir ki, dülgərlik sənəti ilə məşğulsuz?

- 18 ilə yaxındır ki, bu sənətlə məşğulam. Mənim atam tarix müəllimi idi, amma ara-sıra bu işlə də məşğul olurdu. Əlinə baxıb öyrənirdim, məktəbdən gələn kimi özüm üçün stol-stul hazırlayırdım. Sonra qərar verdim ki, atamın sənətini davam etdirim, dülgər olum.

- Qohumlarınızdakı xanımlardan kişi sənətini seçənlər varmı?

- Bəli, mənim bibilərim də bu işi bacarır. Onlar bundan başqa digər kişi işlərini də öyrəniblər.

- Bu sex özünüzündür, yoxsa icarəyə götürmüsüz?

- Xeyr, bu sexi icarəyə götürmüşəm. Aylıq 350 manat ödəyirəm. Elə ay olur ki, heç 350 manat qazana bilmirəm. Sağ olsun sexin rəhbəri tələsdirmir, gözləyir.

- Dülgər olmaq istəyinizi qardaşlarınız, həyat yoldaşınız necə qarşıladı?

- Nə qardaşım, nə də həyat yoldaşım mənim dülgər olmağımı pis qarşılamadı. Mən halal zəhmətimlə pulumu qazanıram. Öz sənətimi çox sevirəm. Dünyaya ikinci dəfə gəlsəydim, yenə də kişi sənətini seçərdim. Mən nəinki dülgərlik edirəm, demək olar ki, bir çox kişi işlərini görürəm. “Tok” işlərindən başım çıxır, inək, dana kəsirəm.

- Hətta işinizi çox sevdiyinizdən evinizi də dəyişib, sexə yaxın yerdə yaşadığınızı bildirdiz...

- Bəli, mənim evim Zabratda, sexim isə Qaraçuxurdadır. Ona görə də iş yerimə yaxın yerdə kirayə qalıram. Zabratdakı evimi də kirayə vermişəm. Əslən Biləsuvarın Əmən kəndindənəm.

- Bakıda kiminlə yaşayırsız?

- Bakıda tək yaşayıram. Qızım ailə həyatı qurub, Biləsuvardadır. Oğlum da orada taksi fəaliyyəti ilə məşğuldur. Həyat yoldaşım da Rusiyadadır, iş dalınca gedib, yollar bağlanıb deyə orada qalıb.

- Övladlarınız üçün darıxmırsız?

- Əlbəttə ki, darıxıram. Yollar bağlı olduğundan gedib-gəlmək imkanım olmur. Amma video görüntü ilə danışıram.

- Bu sənətdən qazandığınız məvacib sizi qane edir?

- Pis deyil, dolanmaq olur. Amma karantinə görə işimiz də çox zəifdir, yenə buna da şükür.

- İşləriniz bahalıdır?

- Xeyr, hər şeyin qiyməti qalxıb, amma bizdə köhnə qiymətlərdir. Kim nə istəyir hazırlayırıq. Qapı, pəncərə, stol, stul, rəng işi və s. Yetər ki, sifarişlər gəlsin.

- Tanınmış insanlar üçün iş görmüsüz?

- Məşhur sənətçilər üçün iş görmüşəm desəm yalan olar. Amma Bəylər Eyyubov və Ramil Usubovun Pirşağıdakı bağlarında işləyib, pilləkən və qapı hazırlamışam.

- Həmin insanlarla şəxsən tanış olma şansınız olub?

- Bəylər müəllimlə şəxsən tanış olmuşam. O qədər gözəl və sadə insandır ki.. Bizim üçün günorta yeməyi gətirmişdi, ustaların bütün stəkanlarını aparıb yuyub, bizə çay süzdü. Təsadüfən orada işlədiyim vaxt 8 mart günü idi, zəhmət haqqından da əlavə mənə 300 dollar pul verdi. Kürəyimə vurub dedi ki, çox zəhmətkeş qadınsan! Amma Ramil Usubovu şəxsən görməmişəm.

- Ətrafdakı insanlar sizin dülgər olduğunuzu normal qarşılayırlarmı?

- Başımda kepka, papaq olanda mənə “qardaş” deyə müraciət edirlər. Qadın olduğumu biləndə isə çaşıb qalırlar. Nəinki sexə gələn sifarişçilər, yoldan keçənlər də təəccüblənir və maraqlanırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar