Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyləqanda dövlətə şərik məmur var... - İttiham

Rövşən Quliyev idarəyə məxsus xidməti avtomobili dədəsindən ona qalmış mirasla dəyişik salıb

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələblərinə görə, dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır. Amma haqqında söz açacağımız Rövşən Quliyev kimi bəzi qulluqçular sərəncamlarında olan dövlət əmlakını özlərinin atalarından qalma miras kimi hesab edərək, istədikləri kimi davranırlar.

Beyləqan Rayon Statistika İdarəsinin rəisi Rövşən Allahverdi oğlu Quliyevin öz vəzifəsinin öhdəsindən gələ bilməməsi, hesabat intizamında ciddi nöqsanlara yol verməsi, icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil edə bilməməsi, maliyyə vəsaitlərindən istifadə sahəsində qanunsuzluqlara qol qoyması barədə zaman-zaman mediada gedən yazılar hələ keçən ilin oktyabr ayında ölkədə keçirilən əhalinin siyahıya alınması tədbirləri ərəfəsində daha da aktuallaşmışdı.

O vaxt bildirilirdi ki, bu idarənin işi təkcə siyahıyaalma vaxtı deyil, elə həmişə bərbad vəziyətdədir. Qeyd olunurdu ki, idarədə adı gedən, amma faktiki işə gəlməyən 15 nəfərə yaxın işçinin maaş kartları R.Quliyev cibində gəzdirir. Bundan başqa, məlumat yayılmışdı ki, Rövşən Quliyev idarənin inzibati binasının bir hissəsini qeyri-qanuni olaraq, abituriyent hazırlıq kursları aparan tədris mərkəzinə icarəyə verib və bu mənbədən daxil olan gəliri vergi ödəmədən tam şəkildə özü mənimsəyir. Həmçinin bildirilirdi ki, Beyləqan rayonunda fəaliyyət göstərən özəl təsərrüfatların sahibləri əldə etdikləri qazancları dövlətdən məhz Rövşən Quliyevin vasitəsi ilə gizlətdiklərinə görə, ona haqq vermələri artıq ənənə halını alıb.

Bu dəfə RealMedia.az Beyləqanın Statistika İdarəsinin müdirinin növbəti qanunsuz əməlini aşkarlayıb. Məlum olub ki o, idarəyə verilmiş xidməti avtomobili özünün şəxsi işləri, ailə – məişət qayğıları üçün istifadə edir. Quliyev dövlətə məxsus əmlakı dədəsindən ona qalmış miras kimi idarə edir. Ştatda idarə rəisinin sürücüsü olduğu halda avtomobilin sürmək üçün ona vermir. Əldə etdiyimiz videodan da göründüyü kimi, Rövşən Quliyev xidməti avtomobili özü sürücüsüz idarə edir. Obyektivimizə tuş gələn rəis bu haqda ona sual verən jurnalisti cavabsız qoyaraq oturub avtomobilə qaçır.

Dəqiqləşdirməyə çalışacağıq – Beyləqanın Statistika İdarəsi dövlətindir, yoxsa, Quliyevlərin sindikatıdır?

pia.az


Etiket: Beyləqan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir... – Bəs niyə heç kim məculiyyətə cəlb edilmir?

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar