Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beyin köçü və alman siyasəti: Bacarıqlı insanlar niyə öz ölkələrini tərk edir?

Bir tərəfdə bacarıqsız köçkünlərdən xilas olmağa çalışan ölkələr varsa, digər tərəfdə də bu köçkünləri “insan sərmayəsi” kimi görən və iqtisadiyyata faydalı olacağını düşünən böyük dövlətlər var...

Gaffar Yakınca

“Aydınlık” qəzeti, Türkiyə 19 dekabr 2019-cu il

Almaniya parlamentinin yerləşdiyi Bundestaq Berlinin ən gözəl rayonıarından olan Tirqartendə yerləşir. Kənardan baxdıqda çox sadə görünən bu bina, əslində, dünyadakı hökumət mərkəzlərinin ən böyüyüdür. Giriş qapısının solunda ən üstdə yerləşən böyük pəncərə kanslerin ofisinə aiddir. Deyilənə görə, bu binaya baxan turistlər ofisdə kanslerin çalışdığını görürlər.

Alman iqtisadiyyatının böyük problemi

Uzun müddətdir vəzifədə olan xanım Merkelin keçən bazar ertəsi günü önəmli qonaqları olub. Vilayət sədrləri, təşkilatlar və həkərlarlar ittifaqlarının nümayəndələri Almaniya üçün vacib olan bir problemi müzakirə etmək üçün görüşüblər. Bu problem Almaniyanın işçi qüvvəsi ehtiyacı ilə bağlıdır.

Hesabata görə, işçi qüvvəsi üçün 2 milyon insan çatışmır və bu durum iqtisadiyyatda hər il 30 milyard avronun itirilməsinə səbəb olur. Alman şirkətləri işçi qüvvəsi problemini böyük bir risk hesab edir. Buna görə də, 2019-un avqustunda bundesfaq xaricdən işçi qəbulunu asanlaşdıran bir köçkün qanunu qəbul edib. Bu son toplantının məqsədi də 2020-nin mart ayında qüvvəyə minəcək olan qanunun tətbiq edilməsi üçün lazımi hazırlıqların görülməsi ilə bağlı idi. Toplantıdan sonra Xarici İşlər naziri Heiko Maasın: “Hökumət bu problemi həll etməyə çalışır”, deməsi almanların xaricdəki bacarıqlı insanları özlərinə çəkməkdə necə qərarlı olduğunu göstərir.

Eyni zamanda, Almaniya 2016-dan bəri köçkünlərin ölkələrinə geri qayıtması üçün də bir proqram tətbiq edir. Bu proqram çərçivəsində alman hökuməti öz istəyi ilə ölkəsinə qayıdacaq və ya başqa ölkəyə gedəcək köçkünlərə ayda 1200 avro yardım göndərməyi planlaşdırır. Həmçinin, hər uşaq üçün 600 avro da əlavə yardım edilir. Bu proqram 2018-in noyabrında özəl bir reklam kampaniyası ilə önə çıxarılıb.

Sol qisimlərin utanc verici hesab etdiyi bu kampaniyanın nəticələrini hələlik bilmirik. Amma alman dövlətinin bu iki zidd mövqeyi önəmli bir məsələyə işarə edir: Köçkünlük özəl bir siyasətdir və hər vəziyyətdə problemə çevrilir. Dövlətlərin xarici köçkünlərə qarşı davranışı köçkünlərin xüsusiyyətlərinə görə dəyişir. Bir tərəfdə bacarıqsız köçkünlərdən xilas olmağa çalışan ölkələr varsa, digər tərəfdə də bu köçkünləri “insan sərmayəsi” kimi görən və iqtisadiyyata faydalı olacağını düşünən böyük dövlətlər var.

Bacarıqlar üçün beynəlxalq rəqabət

Almaniya beyin köçü yoluyla öz yetişdirdiyi işçi qüvvəsini ən çox itirən ölkədir. Ölkədən köçən almanların nisbəti 5% olarkən, bu göstərici təhsilli almanlar arasında 9,5%-ə çatır. Almaniya öz məktəblərində təhsil alan hər 10 beyindən birini itirir.

Merkelin zirvədən sonrakı sözləri çox vacibdir: “Bu sahədə böyük rəqabət var. Almaniya bacarıqlı işçilər qazanmaq üçün digər ölkələrə nisbətdə daha uyğun şərtlər yaratmalıdır. Əgər bu problem həll edilməsə, Almaniyada işçi tapa bilməyən şirkətlər ölkəni tərk edə bilər”.

Köçə səbəb olan amillər

Tam da bu nöqtədə köçün iki əsəb səbəbini qeyd etmək lazımdır: İnsanın yaşadığı ölkəni tərk etməsinə və hədəfindəki ölkəyə getməsinə yol açan səbəblər var.

Dünyada bacarıqlı işçi qüvvəsinin bir hissəsi hərəkətdədir. Ölkələr bu canlılıqdan istifadə edə bilmək üçün xüsusi siyasətlər təkmilləşdirərək mənfi təsirləri zəiflətməyə və müsbət təsirləri gücləndirməyə çalışırlar. Almaniyanın ikitərəfli siyasəti tam olaraq bu şəkildədir. Bir tərəfdə işinə yaramayan köçkünlərin ölkələrinə müdaxilə edərkən, digər tərəfdən də öz ölkəsinə işçi qüvvəsi qazandırmaq üçün əlindən gələni edir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar