Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəxt bizim tərəfimizdə idi” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib

46 yaşlı mütəxəssis “CBC Sport”a açıqlamasında qələbəni şərh edib:

“Çətin oyun oldu. “Qəbələ”yə bundan öncəki dövrədə 2:1 hesabı ilə qalib gəlmişdik. Həmin oyunda olduğu kimi, bu matçda da “Qəbələ” çox yaxşı, aktiv və aqressiv oyun göstərdi. Bəlkə də, onlar bu gün məğlubiyyətə layiq deyildi. Buna baxmayaraq, biz vacib 3 xal qazandıq. Hava da isti idi və oyunda bir o qədər də temp olmadı. Sanki fasilədən sonra hansı komanda bir qol vursaydı, qalib gələcəkdi. Bəxt bizim tərəfimizdə oldu. “Qəbələ”yə uğurlar arzulayıram”.

Qurbanov Araz Abdullayevin meydana daxil olmasından sonra qələbə qolunu vurması barədə bunları deyib:

“Desəm ki, Arazın oyuna daxil olmasından sonra çox şey dəyişdi, düz olmaz. Sadəcə, oyunun bitməsinə 10-12 dəqiqə qalmışdı. Düzdür, həmin mövqeyə daha çox açılmasını tapşırmışdıq. Uğurlu epizod yarandı və bundan yararlana bildi. Buna görə də Arazı təbrik edirəm. Həmin epizodda diqqətli oldu və istifadə etdi”.(Qafqazinfo)

pia.az


Etiket: Qurban Qurbanov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar