Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşər Əsədin əmisi Fransada həbs edildi

113 milyon avroluq əmlakı müsadirə olunacaq...

Fransa məhkəməsi iyunun 17-də Suriya prezidenti Bəər Əsədin əmisinin Suriya büdcəsindən çıxarılmış milyonlarla avroya Fransada daşınmaz əmlak almaqda təqsirli bilib.

"Reuters" agentliyi yazır ki, məhkəmə prezident əmisinin 4 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb. Hökmə görə habelə Rifat Əsədin Fransadakı bütün daşınmaz əmlakı müsadirə olunacaq. Ədliyyə mənbələri bu əmlakın ümumi dəyərinin 113 milyon dollar olduğunu bildiriblər.

Rifat Əsədin habelə Londonda 29 milyon avroluq daşınmaz mülkiyyəti var.

82 yaşlı Rifat Əsəd 1980-ci illərdə öz qardaşı, indiki prezidentin atası Hafiz Əsədi devirmək cəhdində ittiham olunandan bəri xaricdə, əsasən Fransada mühacir həyatı sürür. O habelə 1982-ci ildə Suriyada islamçı qiyamın yatırılması zamanı minlərlə insanı öldürmüş ordu birləşməsinə komandanlıq edib.

Fransanın ədliyyə orqanları mühacir həyatı yaşayan şəxsin 1984-cü illə 2016-cı il arasında bir neçə ölkədə mülklər almasından şübhələnib. O özünə qarşı ittihamları daim inkar edib və bildirib ki, hazırkı sərvəti ona Səudiyyə kralından hədiyyədir.

Fransa məhkəməsi habelə Rifat Əsədi bu işləəlaqədar hələ 2013-cü ildə rəsmi şikayət vermiş "Şerpa" antikorrupsiya təşkilatına 30 min avro təzminat ödəməyə təhkim edib.

"Şerpa"-nın lideri, hüquqşünas Vinsent Brengarz müxbirlərə deyib ki, bu hökm heç kimin ədalətdən qaça bilməyəcəyini və cəzasızlığın olmayacağını göstərir. Müsadirə olunan mülklərdən biri də Parisin "Avenue Foch" küçəsindəki malikanədir.

Bəşərin vəkili Bencamin Qrundler hökmü ədalətsiz adlandırıb və deyib ki, sözü gedən vəsaitlərin heç birinin mənşəyi Suriya ilə bağlı deyil və bütün vəsaitlər tamamilə leqaldır. Vəkil məhkəmə hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib və elə buna görə də prezident əmisi hələlik həbsxanaya göndərilməyib.

2017-ci ildə İspaniya hakimiyyət orqanları çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsindəRifat Əsədin ümumi dəyəri 700 milyon avro olan 500 daşınmaz əmlakını müsadirə edib. (azadliq.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar