Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Berlinin 8 il əvvəl yazılmış koronavirus hesabatı: İnanılmaz və şübhəli peyğəmbərlik

Düz 8 il əvvəl Robert Kox İnstitutu və bir çox elmi təkilatı tərəfindən hazırlanaraq Almaniya Kansleri Angela Merkel və Alman Parlamentinə təqdim edilən hesabatın təfərrüatları məlum olub...

PİA.az bu haqda oda.tv-yə istinadən xəbər verir. Bildirilir ki, sözügedən hesabatda "Mutasiya edilmiş, yeni SARS-CoronaVirus Cənub-Şərqi Asiyada bir heyvan bazarından çıxacaq və bütün dünyanı əhatə edəcək. Bir ölkə olaraq buna hazır olmalıyıq. Epidemiya üç il davam edəcək. İki dəfə mutasiyaya uğrayacaq. Vaksin üç ilə tapılacaq. Bir dəfə yoluxan adam bundan sağalsa belə, mutasiyaya uğramış yeni virusa bir də yoluxa biləcək" sözlərinə yer verilib.

"Sözçü” qəzetinin yazarı Əli Gülənin xəbərinə görə, 17.12.2012 tarixində Alman Məclisinə təqdim edilmiş 17/12051 nömrəli hesabatda diqqətəlayiq məlumatlar var. Səkkiz il əvvəl yayılmış proqnoza görə, yaşlıların 10 faizi bu virusdan təsirlənəcək və virus üç ayrı dalğada yayılacaq.
Almaniyanın 10.12.2012 tarixli hesabatını təqdim edirik...

Hesabatı kim hazırlayıb?

Almaniyanın İnşaat və Yaşayış Məsələləri üzrə Baş Katibliyinin, İnsanların və Təbii Fəlakətlərin Mühafizəsi üzrə müşavirliyin, Kənd Təsərrüfatı və Qidalanma Müşavirliyi, Texniki Yardım Nəqliyyat İdarəsi, Xüsusi Komando Bölmələri, Alman Ordusu və Pol Ehrlich İnstitutunun mütəxəssislərinin birlikdə hazırladığı hesabat 8 il əvvəl Alman Məclisinə təqdim edilib.
Alman hökumətinin ölkədəki səhiyyə sistemini gücləndirib və bu hesabat əsasında bütün tədbirlər görülüb. Digər tərəfdən, bu gün Merkelin elan etdiyi bütün tədbirlər də həmin günün hesabatında eyni şəkildə yer alıb.

"SARS COV mutasiyaya uğrayacaq"

Hesabatda SARS CoV-un "epidemiya” halına gələcəyi və epidemiyaya çevriləcəyi ifadə edilib və bununla bağlı proqnozlar da yer alıb. Hesabatda hazırlıq təkliflərinin, müxtəlif vəziyyətlər üçün yaxşı-pis ssenarilərinin hazırlandığı da diqqət çəkir.

Beləliklə, "Pandemiya və Risk Təhlili, MODI-SARS-ın mutasiyaya uğramış vəziyyəti" başlıqlı hesabatdan bölmələr:

- SARS Cov-un mutasiyaya uğramış versiyası olan yeni bir virus gələcək və insanların immunitet sistemini tez bir zamanda çökdürəcək.
- 2003-cü ildə SARS CoV-dan çox fərqli olan bu virus sürətlə yayılacaq.

- Bu yeni bir virus növü olacaq və SARS CoronaVirus H5N1-Qripdən daha ağır nəticələr verəcək.

Ssenaridə deyilir ki, Çindən gələn çinlilər və ya Çinə gedən 6-10 nəfər alman bu xəstəliyi yayacaq və hər kəs də xəstəliyi 10-a qədər adama yoluxduracaq.

"Nəzarəti QİÇS-dən çətin olacaq"

Hazırlanmış hesabatda nəyin baş verə biləcəyi belə göstərilir:

- Burada yeni bir epidemiyaya səbəb olacaq virusdan bəhs edirik.

- Modi-SARS deməyimizə baxmayaraq, bu yeni virus yeni əlamətlərlə ortaya çıxacaq.

- Bu yeni virus SARS CoV-un fərqli bir mutasiyasıdır.

- SARS CoV-dan fərqli olaraq, insanlar arasında daha sürətli yayılacaq.

- Hələ adını bilmədiyimiz bu virus yüksək ölüm hallarına səbəb olacaq.

- Onun idarə edilməsi QİÇS-ə səbəb olan HİV-dən daha çətin olacaq.

- Simptomlar baxımından Modi-SARS və SARS CoV çox oxşar olacaq.

- Bir adamdan digərinə keçməsi 5 gün çəkəcək.

- Virusa yoluxmuş şəxsdə simptomlar 2 ilə 14 gün arasında üzə çıxacaq.


"Virusun simptomları yüksək temperatur, quru öskürək şəklində olacaq"

2012-ci il hesabatında "Yeni virusun simptomları yüksək temperatur, quru öskürək, əksər xəstələrdə nəfəs darlığı, rentgen aparıldığı zaman ağciyərlərdə müxtəlif əlamətlər, titrətmələr, bəzən qusma, başgicəllənmə, əzələ ağrıları olacaq. Bundan başqa ishal, baş ağrısı və ya ekzema kimi qızartılar ola bilər".
Bundan əlavə, hesabatda deyilir: "Bu yeni virus xüsusilə yaşlı insanlarda və xroniki xəstəliyi olanlarda yüzdə 10-a qədər ölümlə nəticələnə bilər. Uşaqlar və gənclər arasında ölüm nisbəti 1 faizdən aşağı qalacaq. Gənclər və sağlam insanlar bir həftəyə sağala biləcək, ancaq yaşlıların müalicəsi 60 günə qədər çəkə bilər".

"Üzə çıxacağı vaxt dərmanı olmayacaq"

Məruzədə aşağıdakı ifadələr yer alır:

- Virus damcı, hissəcik və ya toxunma yolu ilə insandan insana keçə bilər.

- Gələcəyi vaxt dərmanı olmayacaq.

- Peyvəndi yalnız ilk virusdan 3 il sonra hazırlana biləcək.

- İnsanlar gigiyena qaydalarına diqqət yetirməlidirlər, lazım olduqda əlcək geyinməli, gözlük və maska taxmalıdırlar.

- Xəstəlik insandan insana, xüsusən ailəiçi ünsiyyətdə, virus daşıyan insanların ətrafında olarkən, ictimai nəqliyyatdan istifadə etdikdə, iş yerlərində və tətillərdə yoluxacaqdır.

- Epidemiya bütün dünyada yayılacaq.

- Almaniyaya gəlməsi isə yarmarkalar və universitetlərə gələn xarici tələbələrin vasitəsilə baş verəcək.

Hesabatda yeni virusun SARS-a bənzər olacağı, ancaq 2003-cü ilin SARS-ından ciddi şəkildə fərqlənəcəyi, sağlamlıq sistemini dərindən sarsıdacağı və sərhədləri aşacağı bildirilir.

Digər tərəfdən, hesabatda bunun SARS virusunun mutasiya edilmiş bir versiyası olacağı və hələlik "Modi-SARS" olaraq adlandırdıqları ifadə edilib.

"Asiyadan heyvan bazarından yayılmağa başlayacaq"

Tam elmi məlumatlarla hazırlanan məruzədə deyilir:

- Bu epidemiyaya səbəb olan virus Cənub-Şərqi Asiyada vəhşi heyvan bazarlarında yayılaraq insanlara keçəcək.

- Heyvanlar bu virusa qarşı immunitet qazanacaqlar, çünki onsuz da immunitet sistemləri artıq bu virusla tanışdır.

- Ev heyvanı olan pişik və itlər o xəstəlikdən təsirlənməyəcək və ya yayılmasında rol oynamayacaqlar.

- Ancaq insanlar arasında çox sürətlə yayılacaq.

"Ən təhlükəlisi ilk dalğa olacaq"

"Yeni virus üç dalğada vuracaq" başlıqlı bölmədə bunlar deyilib:

- Ən təhlükəlisi ilk dalğa olacaq.

- Sonra ikinci və üçüncü dalğalar gələcək.

- Beləliklə, üç il ərzində pandemiya baş verəcək.

- Bu müddət ərzində virus iki dəfə mutasiyaya uğrayacaq.

- Bir dəfə bu xəstəliyə yoluxub sağalan şəxs 360 gün eyni virusdan təsirlənməyəcək.

- Bununla birlikdə, onun mutasiyaya uğramış versiyasından və digər oxşar virusdan mənfi təsirlənəcək.

- Antivirus karantin tədbirləri, məktəblərin bağlanması, izdihamlı yerlərdə olmağa yasaq qoyulması, yaxın təmasın qadağan edilməsi tələb olunacaq.
- Yoluxmuş insanlar xüsusi karantin şəraitində müalicə edilmək məcburiyyətində qalacaqlar.

- İnsanlara yeni dezinfeksiya qaydaları təqdim ediləcək və yeni gigiyena qaydaları tətbiq olunacaq.

Hansı dalğa nə qədər davam edəcək?

- Modi-SARS (mutasiyaya uğramış SARS) virusunun ilk dalğası 1 gündən 411 günə qədər davam edəcək.

- Bu dalğada 29 milyon insan yoluxacaq.

- İkinci dalğa 462 ilə 692 gün arasında olacaq.

- 23 milyon almanın virusdan təsirlənəcəyi hesab edilir.

- Üçüncü dalğa 693 gündən 1052 günə qədər davam edəcək.

- Bu, 26 milyon insana təsir edəcək.

- Bəzi insanlar iki və ya üç dalğadan təsirlənəcəklər.

"Tədbir görülməzsə, 7.5 milyon ölüm..."

Hesabatda aşağıdakı ifadələr də yer alır:

- Yaşlı insanlarda ölüm nisbəti 50 faizə çata bilər.

- Üç dalğa təxminən 7.5 milyon almanın həyatına başa gələ bilər.

- Bunun üçün bütün xəstəxanalarda və hər yerdə tədbirlər görülməli, insanlar özləri üçün daha təsirli qoruyucu tədbirlər görməlidirlər.

Məruzədə hökumətə və səlahiyyətlilərə necə tədbir görülməsi və hansı qanunlara dəyişiklik edilməli olduğu bildirilir.

Müvafiq hissələr "Görülməli tədbirlər", "Mərhələ-mərhələ görüləcək işlər və onların tənzimlənməsi", "İqtisadi sahədə əməliyyatlar" başlıqları altında verilib.
Xəstəliyin başlanğıcında insanlara tez bir zamanda məlumat verilir, görüləcək tədbirlər və gigiyena qaydaları xatırladılır, ilk mərhələdə insanların 8 faizinin bundan təsirlənəcəyi vurğulanır.

Hansı sahə nə qədər təsirlənəcək?

Virusun hansı təsirləri olacağı, müxtəlif sektorların alman xalqına nə qədər xidmət edə biləcəyi, ixtisas dərəcələri və iqtisadiyyatın necə təqib ediləcəyi göstərilir.

Bundan əlavə, hesabatda hava nəqliyyatının dayandırılacağı, dəniz nəqliyyatında sərnişin yox, yük daşınmasının davam edəcəyi, qaz, istilik yanacağı və elektrik enerjisi ilə bağlı problem olmayacağı, çatdırılmada heç bir problem olmayacağı, qatar daşınmasının azalacağı, nəqliyyat sıxlığının azalacağı, evlərə paket xidmətlərinin artacağı təxmin edilir.

Bundan əlavə, hesabatda bildirilir ki, rəqəmlər çox yüksək və gözləntilərdən yüksək olarsa, səhiyyə sistemi çökəcək, həkim və tibb bacıları çatışmazlığı olacaq.

Həmin çağda ölkənin 500.000 çarpayılıq bir tutuma sahib olduğunu və ağır pandemiyaya dəstək verə bilmədiyini bildirən hesabatda eyni zamanda 4 milyon insanın xəstələnəcəyi təqdirdə böyük problemlər yaşanacağı və tədbir görülməsi üçün xəbərdarlıq edilir.

8 il əvvəl xüsusilə dərmanlara, fərdi müdafiə materiallarına və dezinfeksiya materiallarına böyük tələbatın olacağı əvvəlcədən bildirilib.

"Su və qida çatışmazlığı olmayacaq"

Ölkələrdə su çatışmazlığının olmayacağı, ərzaq təminatında da çoxçeşidliliyə görə problem yaranmayacağı vurğulanır.

Hesabatda bildirilir ki, banklar, mübadilə, sığorta, maliyyə müşavirləri, hökumət və parlamentin məhdud və məcburi iş yerlərində də olsa, işlərini davam etdirə bilər.

Medianın araşdırmalarını davam etdirəcəyi, bəzi sahələrə daha çox diqqət ayıracağı, ancaq mədəniyyət, idman və sənət kimi sahələrə daha az diqqət ayıracağı da proqnozlar arasında yer alır.

Merkel hökuməti bu hesabatın təlimatlarına uyğun hərəkət edir

Merkel hökuməti 8 il əvvəl hazırlanan bu hesabatlara uyğun olaraq tədbir görüb və xəstəxanaları buna uyğun şəkildə gücləndirib.

Parlamentə təqdim olunan bu "Elmi uzaqgörənlik və ssenari çizgiləri”nin Almaniyanın koronayla mübarizədə böyük rol oynadığı bildirilir.

pia.az


Etiket: Berlin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar