Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Berlin görüşü nələr vəd etdi və yaxud Həftar kimin əlaltısısıdır?..

Həftarın 160 nəfərlik məclisində 38 tayfa lideri var. Onlardan neçəsinin toplandığını bilmirəm, amma Həftarın arxasındakı qüvvələrin bu tayfalara çoxlu vədlər verdiyi məlumdur...

Arslan Tekin

“Yeniçağ” qəzeti, Türkiyə, 21 yanvar 2020-ci il

Hadisələr sürətlə inkişaf etməkdə davam edir. Berlində 12 ölkənin nümayəndələri görüşüblər və sonda ev sahibi olan Merkel və BMT sədri Quterres hansı nəticələrin əldə edildiyini kameralara açıqlayıblar.

Tripoli hökuməti BMT nəzdində tanınan rəsmi hökumətdir. Toplantıda nələr müzakirə olunmalı idi? “Həftar, sən kimin əlaltısısan? BMT-nin tanıdığı bir hökumətə üsyan edirsən. BMT olaraq sənin cavabını verəcəyik”, deməli deyildilərmi?

Lakin işin içində Türkiyə var. Türkiyənin dəniz müqaviləsi var, Türkiyənin orada əsgərləri, qeyri-nizami qrupları, yəni artıq bir ağırlığı var.

Berlində masada Türkiyə də olduğu üçün Həftarın qanuniliyi ilə bağlı ciddi addımlar atılıb.

Berlində alman birliyinin qurucusu Otto fon Bismarkın liderliyində aparılan toplantıda 1884-1885-ci ildə dünya siyasətində o qədər ağırlığı olmayan ABŞ belə çağırılmış və Qərbi Afrikanın bölünməsi barədə müzakirələr aparılmışdı. Əsas iş Konqo üzərində aparılmışdı. Berlin toplantısında da əsas mövzu Konqo idi.

Bu elə bir qərardır ki, silah embarqosu tətbiq edilib və xarici müdaxiləyə qarşı maddə qoyulub. Bunların hamısı Türkiyə əleyhinədir. Türkiyənin Liviya ilə sərhədi yoxdur. Bu səhraya girmək üçün sərhədi keçə bilmir. Lakin Həftarın dəstəkçiləri birbaşa sərhədi keçib bu ölkəyə girə bilirlər.

Bəzi tayfalar da Həftarın əmri ilə istədikləri vaxt klapanları bağlayıb neftin daşınmasına mane olurlar.

Ümid edək ki, Türkiyə Liviyadakı planını möhkəm qurmuş olsun. Bu məsələdə ən çox iş Milli Kəşfiyyat Təşkilatının (MİT) üzərinə düşür.

Mehmet Akif İttihad və Tərəqqi Cəmiyyətində fəaliyyət göstərmişdi. Ənvər Paşanın qurduğu Təşkilat-i Məxsusədə Kuşçubaşı Əşrəfin əlaqəsi ilə Almaniyada bəzi təşəbbüslər etmişdi. Sonra Nəcid çöllərində Türkiyənin tərəfində olan İbn Rəşidlə ingilislərin əlində oyuncağa çevrilən Şərif Hüseyn arasında əlaqə yaratmaq üçün çox əziyyət çəkmişdi.

Birinci Dünya Müharibəsi davam edərkən Ərəbistan yarımadasında baş verən bölüşdürmə toqquşmaları bu günkü Liviyanın vəziyyətini xatırladır. Hər kəs qruplar üzərindən bir mövqe qazanmağa çalışırdı.

Həftarın 160 nəfərlik məclisində 38 tayfa lideri var. Onlardan neçəsinin toplandığını bilmirəm, amma Həftarın arxasındakı qüvvələrin bu tayfalara çoxlu vədlər verdiyi məlumdur. Görünür, Türkiyədə MİT vasitəsilə 41 tayfa ilə əlaqə yarada bilib.

Gördüyünüz kimi, bəzi tayfalar neft klapanlarını bağlaya bilir. Həftar bu qədər imkan qazandığı halda son zərbəni vurmaq istəyəcək. Sonra da bunu tayfaların üstünə atacaq. 

İstənilən halda Liviya məsələsi Türkiyə üçün ən azı Suriya qədər önəmlidir.

Madam ki, hökumət MİT-ə Təşkilat-i Məxsusə kimi bir missiya yükləyib və fəaliyyət sahəsini genişləndirib, o zaman Şekib Arslan da çox yaxşı izlənilməli və xüsusilə, ərəblərə xitab edən kitabları nəşr etdirilməlidir. Türkcəsini tapıb oxumaq asandır. Əsas ərəbcəsini nəşr etdirib ərəb regionuna paylamaq lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar