Cümə, 23 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Bərdədə xuliqanlıq edən silahlı şəxslər saxlanıldı

DİN Mətbuat Xidmətinin verdiyi məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq edən silahlı şəxslər saxlanılıb...

Martın 25-də Bərdə rayon sakinləri-əvvəllər məhkum edilmiş Fərid Aslanov, Asif  Süleymanov və Əli Əsədov sonuncunun idarə etdiyi avtomaşınla Bərdə rayonu ərazisində ictimai asayişi pozaraq xuliqanlıq ediblər. Bu zaman onlar vətəndaşlara məxsus avtomaşınlara ziyan vurublar. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslər saxlanılıblar. Ə.Əsədovun idarə etdiyi “Priora” markalı avtomaşına baxış keçirilən zaman 1 ədəd 16 kalibrli “İJ” markalı lüləsi və qundağı kəsilmiş odlu silah,  1 ədəd bıçaq, narkotik vasitə hesab edilən marixuana həmçinin F. Aslanovun üzərindən 1 ədəd beşbarmaq və 2 ədəd tüfəng patronu aşkar edilərək götürülüb. Bundan başqa F. Aslanovun üzərindən heroin, A. Süleymanovdan isə tiryək  aşkar edilərək götürülmüşdür. Aparılan tədbirlərlə onların bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonu ərazisində də xuliqanlıq hərəkətləri etdikləri, havaya atəş açdıqları müəyyən olunub. 

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

pia.az



Şərh yazın.


Populyar xəbərlər

Məhkəmə sədrini polisə apardılar - General göstəriş verdi və... - Foto

Korrupsiya İdarəsi baş həkimləri saxladı: TƏBİB rəhbərliyində nə baş verir? - Baş Prokurorluqdan açıqlama - Yeniləndi

Həbs edilən baş həkim generalın qohumudur - Foto

Mirələmovun videosu hansı şəraitdə çəkilib, kim yayıb? - Təfərrüatlar

Nazir müşaviri ictimai qınaqdan qorxdu – Mirələmovla bağlı tatusunu sildi...

"Aztelekom"ın rəhbərliyinə müvəqqəti təyinat olub - Yenilənib

Zirəddin dəhşətli gələcəkdən danışdı: "İnsanlar virusdan bezib çipləşdirilməyə razı olacaq"

AŞPA-dakı deputatımızın erməniyə uğursuz “cavabı”... – Video

YAP-dan Hüseynbala Mirələmovun videosu ilə bağlı açıqlama

Rusiya Türkiyəyə şərt qoydu: “Ukraynaya PUA versəniz...”

"Hüseynbala Mirələmova toxunmasalar, itirən özləri olacaq" - Tural Abbaslı

Hüseynbala Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edildi

Ən çox oxunanalar