Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə prezidentin tapşırıqları yerinə yetirilir

Bərdə rayonunda dezinfeksiya işləri aparılır, virusun yayılmaması üçün karantin rejiminə ciddi əməl olunur...

PİA.az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Bərdə rayonunda (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyəti Başçısının yanında yaradılmış Operativ Qərargahın düzgün qurulmuş fəaliyyəti və aparılan təbliğat işləri nəticəsində karantin rejiminə demək olar ki, riayət olunur. Bu məqsədlə icra başçısı Vidadi İsayevin birnaşa rəhbərliyi altında 0 ardıcıl tədbirlər həyata keçirilir. Bərdədən aldığımız məlumatlarda bildirilir ki, gərgin iş rejiminə baxmayaraq əhalinun problemlərinə və müraciətlərinə vaxtında reaksiya verilir və köməyə ehtiyacı olan insanlara kömək göstərilir. Xüsusən az təminatlı ailəıərin problemləri diqqət mərkəzində saxlanılr və yaşlı insanlara qayğı göatərilir.

Eyni zamandabxüsusi dərman pereparatları vasitəsi ilə Bərdənin bütün yaşayış məntəqələri ərazilərində olan inzibati binaların, ticarət obyektlərinin, küçə və meydanların dezinfeksiya edilməsi davam etdirilir.

Şəhərin prospekt və küçələri mütəmadi olaraq xüsusi maddələrlə yuyulur. Həmçinin binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür, əhali arasında maarifləndirmə işləri aparılır.

Müntəzəm olaraq infeksiyaya yoluxma riskinin qarşısının alınması məqsədilə təlimatlar sakinlərə izah olunur, küçə və meydanlara maarifləndirici elanlar vurulur. Tələbata uyğun olaraq rayonda fəaliyyət göstərən əczaxanalarda qoruyucu vasitələrin və maskaların olmasına nəzarət edilir.

Məlumatda bildirilir ki, Bərdə rayonunun bütün yaşayış məntəqələrində orerativ mobil qruplar yaradılmış və həmin qruplar zərurət olmadığı halda vətəndaşların küçəyə çıxmamasına və küçəyə çıxarkən karantin qaydalarına uyğun hərəkət etmələrinə ciddi nəzarət edirlər. Yaşayış məntəqələrində insanları küçələrə çıxmaları maksimum şəkildə məhdudlaşdırılıb.

Şəhərin təmizliyi diqqət mərkəzində saxlanılır. Xidmət təşkilatlarının, polis əməkdaşlarının və səhiyyə işçilərinin birgə işi rayon İcra Hakimiyyəti tərəfindən əlaqələndirilərək mükəmməl şəkildə nöqsansız həyata keçirilməsinə ciddi nəzarət edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar