Bərdədə yanğın hadisəsi qeydə alınıb...
"Qafqazinfo"nun məlumatına görə, rayonun Alaçadırlı kəndində ot tayası yanıb. Yanğın zamanı 1981-ci il təvəllüdlü Hüseynov Səxavət, 1989-cu il təvəllüdlü Əhmədova Gülnar, 1973-cü il təvəllüdlü Xudumova Telan tüstüdən zəhərləniblər.
Zəhərlənənlər rayonun mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
pia.az