Bərdədə yanğın hadisəsi baş verib
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə rayonunun Mollalı kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
pia.az