Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdə xəstəxanasında biabırçı olay - Səs yazısı

Bərdə şəhər sakini Orxan Talıbov həkim səhvinin qurbanı olub.

Bu barədə hit.az-a o, özü məlumat verib.

Onun sözlərinə görə, 6 yanvar 2019-cu ildə avtoqəzaya düşüb. Hadisə nəticəsində ayaqlarından ciddi xəsarət alıb. Bərdə rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. “Əməliyyatı həkim Xalid Məmmədov edib. Deyirdi ki, əməliyyatdan sonra hər şey normal olacaq. Lakin sonradan bəlli oldu ki, həkim əməliyyatı səhv edib. Onun səhvi nəticəsində ayağımın biri qısalıb”, – deyə Orxan Talıbov bildirib.

Şikayətçi əlavə edib ki, baş verənlərlə bağlı həkimdən izahat tələb edib. Lakin həkim məsuliyyətsizliyini müxtəlif bəhanələrə ört-basdır etməyə çalışıb. Bundan sonra Orxan Talıbov Baş həkimin müavini Knyaz Məmmədovun qəbuluna gedərək baş verənlərdən şikayət edib. Baş həkimin müavini isə Xalid Məmmədovun səhlənkarlığını ört-basdır etməklə yanaşı, şikayətçiyə absurd tövsiyələr verib. “Mən Knyaz Məmmədova Xalid Məmmədovdan şikayət edirəm. Bu adamın məni şikəst etdiyini bildirirəm. O isə mənə deyir ki, eybi yox bir ayağına dabanlı, digərinə dabansız ayaqqabı geyinərsən”, – deyə Orxan Talıbov bildirib.

Şikayətçi məsələ ilə əlaqədar Bərdə Rayon Prokurorluğuna da müraciət edib. Lakin hələ ki, heç bir nəticəsi yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar