Bərdədə ana ölümü baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, ana ölümü Bərdə Doğum evində bu gün səhər saatlarında qeydə alınıb.
Doğuşla bağlı Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə gətirilən 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Nahidə Hüseyn qızı örada ölüb.
Hələlik ölümün dəqiq səbəbi məlum deyil.
pia.az