Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Benedetto Zakçiroli: “BMT münaqişələri həll etmir, yalnız uzadır”

Benedetto Zakçiroli Qarabağ nizamlanması rakursundan: "BMT münaqişələri həll etmir, yalnız uzadır”

Birləşmiş Millətlər Təşkilatı XX əsrin ixtirasıdır. Müasir dünyada BMT və buna bənzər təşkilatlar münaqişələri həll etmir, yalnız uzadırlar.

Bunu virtualaz.org-a eksklüziv açıqlamasında İrqçiliklə Mübarizə üzrə Avropa Şəhərlər Koalisiyasının (ECCAR) prezidenti Benedetto Zakçiroli deyib.

Qeyd edək ki, İrqçiliklə Mübarizə üzrə Avropa Şəhərlər Koalisiyası diskriminasiyaya və ksenofobiyaya qarşı mübarizəyə yanaşmaların təkmilləşdirilməsi və təcrübə mübadiləsi aparmaq üçün şəbəkə yaratmaq məqsədi ilə 2004-cü ilin martında YUNESKO tərəfindən yaradılıb. ECCAR etniklərarası və dinlərarası münasibətlərin normallaşması üzrə Avropa şəhərləri meriyalarının səylərini səfərbər edir və əlaqələndirir.

Qarabağ münaqişəsinin nizama salınması ətrafında vəziyyəti virtualaz.org-a şərh edərkən, Zakçiroli BMTATƏT-in radikal islahatlara ehtiyacı olduğunu, yeni təməl prinsipləri əsasında yeni bir formalaşma sisteminin yaradılmasına zərurət duyulduğunu bildirib. "Bu beynəlxalq qurumların problemi dünya düzəninin yenidən qurulma dövründə yaradılmalarıdır. Bu, uzaq keçmişdir və indi bu institutları təcili müasir dünyanın reallıqlarına uyğunlaşdırmağa ehtiyac var. Yeri gəlmişkən, BMT-də oturanlar da bu beynəlxalq təşkilatda islahatlara ehtiyac duyurlar ", - o bildirib.

Artıq 20 ildir ki, vaxtaşırı BMT-nin işinin yenidən qurulması məsələsi qaldırılır. Ancaq nə qədər ki, təşkilata üzv ölkələrin ictimaiyyəti dəyişiklik tələb etməyəcək, BMT-nin fəaliyyətində əsaslı yenilik gözləməyə dəyməz.

"BMT-nin formalaşması prinsipinin özünü dəyişdirmək lazımdır. İndiyə qədər məlum deyil ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələr kimin təhlükəsizliyini və necə təmin edirlər. BMT-də yalnız milli dövlətlərin təmsilçiliyi anaxonizmdir. Niyə bəzən bir çox ölkələrdən daha təsirli olan böyük şirkətlərin nümayəndəlikləri olmamalıdır? Və ya qlobal siyasi, elmi və texniki elitanı formalaşdıran ən böyük universitetlərin nümayəndəliyi? BMT-ni ləğv etmək mümkün deyil, çünki bu, qanuni seçilmiş hər hansı bir hökumət kimi, legitim təşkilatdır, lakin dünya birliyi təşkilatın rəhbərliyini radikal islahatlara getməyə məcbur edə bilər. BMT millətlərarası münaqişələrin, qlobal ekoloji və sosial problemlərin həlli üçün yalnız bu halda təsirli linglərə malik olar", - deyə ECCAR rəhbəri vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar