Cümə, 05 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Belə gedərsə, xəstəlik geniş vüsət alacaq” - İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik”.

PİA.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Ölkə başçısı bildirib ki, indi dünyanın müxtəlif yerlərində nələr baş verdiyini yaxşı görürük.

“Dünyanın və Avropanın aparıcı ölkələrində, demək olar ki, vəziyyət nəzarətdən çıxır. Ən inkişaf etmiş ölkələrdə hər gün minə yaxın insan vəfat edir. Tibb personalları artıq lazımi xidmət göstərməkdə çətinlik çəkir. Xəstəxanalar doludur, xəstələri dəhlizlərdə yerləşdirirlər. Bir çox insan ona görə ölür ki, onlara vaxtında tibbi xidmət göstərilmir. Buna görə də xəstələrin sayı kəskin artır”, - deyə Prezident əlavə edib.

İlham Əliyev söyləyib ki, bütün ölkələrin, o cümlədən, Azərbaycanın səhiyyə sistemi normal şəraitə uyğunlaşdırılır.

Prezident pandemiyanın Azərbaycanda genişlənməsi ehtimalından da danışıb.

“Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır. Buna görə də dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz yerinə yetirilməlidir”, - deyən İlham Əliyev vətəndaşları bir daha məsuliyyətə çağırıb, deyib ki, lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar.

İlham Əliyev bildirib ki, vətəndaşlar martın 30-da dərc edilmiş və elan edilmiş qaydalara tam əməl etməlidirlər.

“Özlərini qorusunlar, öz yaxınlarını qorusunlar, həkimləri qorusunlar. Həkimlər öz həyatlarını risk altına atırlar. Polis işçilərini qorusunlar. Necə ki polis işçiləri onları qoruyur, öz həyatlarını risk altına atırlar”, - deyə Prezident əlavə edib.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, infeksiyaının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: İlham Əliyev

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır

“Parlamentə yenə nənəsi ermənilər seçilib, iki nazirin də nənəsi ermənidi“ - Cümşüd Nuriyev

Azərbaycanda qız övladı olan ailələrə şad xəbər

Niyə Mahmudov? Niyə indi? - Ərəstun Oruclu cavablandırır

“Tutuquşu kimi qonşu ölkələr nə etdisə, onun təkrar etməməlidilər”

Vilyam Hacıyevin topladığı milyonlar kimə çatacaqdı-  Sensasion iddia

Bakıda tələbə qız özünü 18-ci mərtəbədən atdı

“Evdə oturmaq təcrübəsini kənara atmaq lazımdır” - Professordan karantin qaydalarına etiraz

Vilayət Eyvazov sabiq icra başçısının qardaşını işdən çıxardı

Azərbaycanda keçmiş oliqarxın kürəkəni həbs edildi

loading...

Ən çox oxunanalar