Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarusun Ukrayna müharibəsində rolu və postsovet məkanına təsiri

Belarus prezidenti Lukaşenkonun verdiyi bəyanatlar mətbuatın diqqət mərkəzindədir. Bunun bir çox səbəbləri var: Belarus Ukrayna müharibəsinə cəlb olunub və onun ətrafında uzun illər ərzində formalaşan balansın pozulması Belarus prezidentinin qərarlarından asılıdır. Həmçinin Belarus prezidenti tərəfindən postsovet məkanı ilə bağlı birmənalı olmayan mesajlar səsləndirilir. Ona görə də Belarusun qərarları  həm də Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana təsir edir.   

30 ilə yaxın prezidentlik dövründə Lukaşenko özü və ölkəsi haqqında hətta Rusiya prezidentinin timsalında ən yaxın müttəfiqinin belə arxalana bilməyəcəyi ziddiyyətli obraz formalaşdırmışdır. Buna görə də Lukaşenkonun mövqeyini proqnozlaşdırmaq çətindir. Lukaşenko mövqeyini istənilən vaxt dəyişə bilər. Onun əsas nəailiyyəti isə hələ ki müəyyən dərəcədə müstəqil mövqeyinin saxlanılmasıdır. Lakin, son proseslər onu göstərir ki, manevr məkanı daraldığından Lukaşenko üçün müstəqil siyasət həyata keçirmək getdikcə çətinləşir.

Postsovet məkanında Rusiya ilə “İttifaq Dövləti”nin yaradılması ilə bağlı müqavilə imzalayan (8 dekabr 1999-cu ildə) yeganə dövlət Belarusdur. Buna baxmayaraq, bu müqavilə tam olaraq həyata keçirilməyib. 

Belarus 2014-cü ildə Krımın anneksiyasını tanımamış və o dövrdən bəri Lukaşenko söz versə də yarımadaya səfər etməmişdir. Lukaşenko separatçı “DNR” və “LNR”-ə qarşı da eyni münasibəti göstərir – rəsmi Minsk onları tanımağa tələsmir.  

Belarus Rusiyaya öz ərazisindən Ukraynaya müdaxilə etmək üçün icazə verməklə faktiki olaraq müharibənin dolaylı iştirakşısına çevrildi. Lakin Belarus silahlı qüvvələrinin qoşun birləşmələri müharibədə Rusiya tərəfində iştirak etmir. Belarus ərazisindən daxil olan Rusiya silahlı qüvvələrinin Ukraynadan çıxarılmasından sonra Belarus Ukrayna ilə sərhədə silahlı qüvvələr toplamışdır. Bu, Ukraynanı şimal sərhədində böyük sayda qoşun saxlamağa məcbur edir.

Müharibəyə cəlb olunmasına və Qərb tərəfindən sanksiyalara məruz qalmasına baxmayaraq, Lukaşenko AvropaABŞ ilə əlaqə kanallarını açıq saxlayırdı. Belarusun danışıqlar məkanı kimi qalmaq üçün Lukaşenkoya Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların Belarus ərazisində keçirilməsi çox vacib idi. İlk mərhələdə o buna nail oldu. Lakin, Ukrayna rəhbərliyinin prinsipiallığı Lukaşenkonun bu planını pozdu.   

Rusiya isə Lukaşenkoya geri addım atmağa yer qoymamaq üçün Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə çalışır. Bununla belə, Lukaşenkonun Rusiyanı dəstəkləyən bəyanatları havada asılmış vəziyyətdə qalır. 

Postsovet məkanı üçün Belarusun mövqeyinin müəyyənləşdirilməsi ona görə vacibdir ki, Belarus və Rusiyanın yarımçıq qalmış interqasiya prosesi bir çox MDB ölkələrinə Rusiyanın dərinləşmiş inteqrasiya təklifinə yox demək üçün şərait yaradır. Burda məntiq sadədir: əgər Belarus və Rusiya arasında inteqrasiya alınmırsa o zaman Rusiyanın digər ölkələrə münasibətdə gözləntilərini yüksək tutmağa dəyməz. 

Rusiya ilə ittifaq dövləti ideyasının özü tərəfindən diskreditə edildiyini və bu səbəbdən Ermənistan və Özbəkistan nümunələrində sözlərinin ciddiyə alınmadığı yaxşı bilən Lukaşenko böyük həvəslə MDB ölkələrini Rusiya ilə ittifaq dövlətə dəvət edən şəxs rolunu oynayır. 

Prezident Lukaşenko anlayır ki, silahlı qüvvələri ilə Ukraynaya qarşı müharibədə iştirak etsə, bu, Belarusun Kremlin iradəsinə tam və geriyədönməz şəkildə tabe olmasına, müstəqillik qalıqlarının itirilməsinə və gələcəkdə dövlətçiliyin məhvinə gətirəcəkdir. Ərazisində nüvə silahının yerləşdirilməsinə dair Rusiya ilə son razılaşma Lukaşenko üçün müharibədə birbaşa iştirakdan qurtulma üçün son imkandır. Amma digər tərəfdən bu addım Qərb üçün də qırmızı xətt olduğundan, Lukaşenko bu prosesi bir neçə ay uzanmasına nail ola bildi. Belarus rəhbərliyi ümid edir ki, bu aylar ərzində Ukrayna müharibəsində müəyyən aydınlıq yaranmış olacaqdır.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar