Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarusda yeni hökumət qurula bilərmi?..

Tixanovskaya bu inancına görə haqlı çıxa bilərmi? Onun Belarusiyada həqiqi demokratiyanı qurub qurmayacağını zaman göstərəcək...

Nadir Devlet
“The Independent” qəzeti, 21 oktyabr 2020-ci il

9 avqustda Belarusiyada prezident seçkiləri keçirildi. 1994-cü ildən bəri bu vəzifəni icra edən Aleksandr Lukaşenko 80% səs toplayaraq seçkilərdə əzici bir üstünlüklə qalib gəldi. Beləliklə, o, 6-cı dəfə və 2025-ci ilə qədər hakimiyyətdə qalacaq.

Rəqəmlərə baxdıqda liderin xalqın sevimlisi olduğunu düşünə bilərik. Demokratiya adlanan oyun da məhz budur. 4 və ya 5 ildən bir səs verirsən və nəticəsinə də ya sevinirsən, ya da kədərlənirsən.

Normal bir vətəndaş kimi rəsmi qurumların açıqladığı rəqəmlərə etiraz edə bilmirsən. Onsuz da etiraz aksiyaları ölkəni narahat edir, on illərdir hakimiyyətdə olandan daha yaxşı biri hakimiyyətə gələ bilər ki?

Belarus xalqı qəribə bir xalqdır. Onlar, görəsən, özlərinə ukraynalıları nümunə götürürlər? Məgər bilmirlər ki, “əgər qiyam etsələr, böyük rus onları boğar”?

6 dönəm prezident seçilən Lukaşenko onu diktatorluqda günahlandıranlara “mən ölkəmi ciddi şəkildə idarə edirəm, mənim prinsiplərim var”, deyə cavab verib. Bunu xalq da yaxşı bilir. Çünki ölkədəki ədliyyə sistemi müstəqil deyil və siyasi müdaxilələrə açıqdır. Həssas məhkəmə işlərində mütləq rüşvət kimi korrupsiya halları ortaya çıxır.

Avropa Şurası seçkilərdə antidemokratik metodlardan istifadə etdiyi üçün 1997-ci ildən bəri ölkəni öz üzvlüyündən çıxarıb. Ancaq, görünür, bu cür qərarlar ölkəyə çox zərər vermir. Çünki eyni metodlarla işləyən Lukaşenko bu il də seçkilərdə qalib gəldiyini iddia edir.

ABŞ kimi bir ölkədə belə, rusların seçkiləri manipulyasiya etdiyinə inanılırsa, o zaman bu hal kommunist ənənəsindən gələn bir ölkədə də asanlıqla baş tuta bilər. Belarus hökuməti həm də insan hüquqlarının pozulmasında və qeyri-hökumət təşkilatları, müstəqil jurnalistləri, milli azlıqları və müxalif siyasətçiləri təqib etməkdə günahlandırılır.

Hər hansı bir hökumətin bu halda “bağışlayın, bir də olmaz” dediyini eşitmisinizmi? ABŞ-ın keçmiş dövlət katibi Kondoleeza Rays Belarusun dünyada tiranlıq edən ölkələr arasında 6-cı yerdə olduğunu bildirmişdi.

9 avqust seçkilərində Lukaşenkoya rəqib olan Svetlana Tixanovskaya isə xaricə qaçıb və mübarizəsini oradan davam etdirməyə başlayıb. Çünki yüz minlərlə insan küçələrə axışmışdı.

Bank fəaliyyətlərində də xalqın Lukaşenkoya etibar etmədiyini gördük. Son 6 ayda əmanətçilərin banklardakı valyutası 1,428 milyard dollara qədər artıb. İnsanlar əmanətlərinin yalnız 1/3-ni rublda saxlayırlar.

17 oktyabr tarixli bir xəbərə görə, küçələrdəki etirazlar yeni qurulan şirkətlərə mənfi təsir göstərib. İşçilərinin motivasiyasının aşağı düşdüyünü iddia edən şirkətlərin nisbəti 80%-dir. Onlar həm də internet məhdudiyyətlərindən və işçilərinin həbs olunmasından da çox narahatdırlar. Bəzi şirkətlər xaricə köçməyə qərar verib.

Yeri gəlmişkən, Tixanovskaya Almaniya kansleri Merkel ilə gizli bir görüş də keçirib. Tixanovskayanın “Moskva vasitəçi ola bilər”, deməsinə baxmayaraq, Rusiya ona qarşı oktyabrın 7-də həbs qərarı çıxarıb.

Bu, Minskin daxili işlərinə müdaxilə etmək deyilmi? Göründüyü kimi, Lukaşenko hökumətin iplərini Putinə verib. Moskva isə bununla da kifayətlənməyib, qaralama kampaniyasına başlayıb. Putinin sözçüsü Peskov Tixanovskaya haqqında “o Belarus deyil” deyib.

Uzun müzakirələrdən sonra 27 ölkədən ibarət olan Avropa Birliyi 40 belarusiyalı siyasətçi üçün viza qadağası qoyub və mallarını dondurmağa qərarı verib. Lukaşenko da bu siyahıya 12 oktyabrda daxil edilib.

11 oktyabrda isə nümayişçilərdən 500-ü Minskdə son həftələrin ən sərt müdaxiləsi ilə həbs olunduğu üçün 13 oktyabrda Tixanovskaya “Telegram” xəbər saytında bir ultimatum elan edib:

“Tələblərimiz 25 oktyabr tarixinədək yerinə yetirilməsə və məhbuslar sərbəst buraxılmasa, ölkədəki küçələri dinc şəkildə dolduracağıq. 26-da isə bütün iş yerlərində milli tətil başlayacaq. Bütün küçələrə barrikadalar qoyulacaq. Dövlətin idarə etdiyi mağazalar çökəcək”.

Həmçinin, 19 oktyabrda əllərində çiçək və qırmızı-ağ bayraq tutan təqaüdçü qadınlar Lukaşenkonun istefasını tələb edən şüarlar səsləndirərək Minsk küçələrində gəziblər. Müxalifətə hüquqi dəstək verən vəkillər də həbs olunmağa başlayıblar. İndiyə qədər nümayişlərdə iştirak etdiyinə görə 12 min adam həbs olunub.

Tixanovskaya rejimi dəyişdirəcəyinə necə inandı? Qarşısında 45 min əsgər, OMON adlı asayiş polisi, 1500 milis və daxili işlər sərhədçiləri var. Yəni bir neçə milyon müxalifi dayandıracaq gücə sahib olmadıqlarını düşünür. Lukaşenko ciddi şəkildə çətinə düşsə, Putin Ukrayna hadisəsində olduğu kimi ölkəyə tank və əsgər göndərə bilər. O zaman bir vaxtlar Berlin, Praqa və digər yerlərdə olduğu kimi qanlı müdaxilələr edə bilərlər.

Bununla birlikdə, Tixanovskaya, fəhlələrə, təqaüdçülərə, tələbələrə, idmançılara və sənətkarlara inanır, çünki bütün təbəqələrdən olan insanlar küçələrdə keçirilən etiraz aksiyalarında iştirak edirlər.

O, bu inancına görə haqlı çıxa bilərmi?

Onun Belarusiyada həqiqi demokratiyanı qurub qurmayacağını zaman göstərəcək.

Avropa Birliyi isə köhnə rejimi devirə bilən Ukraynaya dəstək verməyib. Belarusa yeni rejim üçün dəstək verib verməyəcəyi də sual altındadır. Çox güman ki, Rusiya ilə üz-üzə gəlmək istəməzlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar