Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarusda prezident seçkiləri: Lukaşenko Putinlə anlaşdığını açıqladı

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün ölkəsində keçirilən prezident seçkilərində səs verərkən jurnalistlərlə söhbətində bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Minsk ətrafında iyulun 29-da saxlanılan 33 rusiyalı muzdlunun məsələsi ilə bağlı anlaşıb.

Lukaşenko deyib ki, məsələni Putinlə müzakirə edib. Onun sözlərinə görə, Rusiya və Ukrayna prokurorluğunun nümayəndələri saxlanılan muzdlularla işləmək üçün Minskə gəlməkdən imtina ediblər. “Çünki onlara tüpürmək də istəmirlər”,-Belarus prezidenti bildirib.

Onun sözlərinə görə, üçüncü tərəfin təxribatı versiyası həqiqətən araşdırılır, amma şəxsən hesab edir ki, bütün bunların heç bir əhəmiyyəti yoxdur. “Əsas məsələ odur ki, Minskin mərkəzində yanğın törətməsinlər”,-Lukaşenko deyib.

Lukaşenko əlavə edib ki, Belarus həmişə Rusiya ilə əməkdaşlıq edəcək. “Rusiya ilə həmişə əməkdaşlıq edəcəyik, həmişə birlikdə olacağıq”,-o jurnalistlərə bildirib.

Lukaşenkonun sözlərinə görə, Vladimir Putin telefon söhbəti zamanı ona deyib: “Biz hamımız eyni qayıqdayıq”.(Virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar