Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus və Rusiyadan ABŞ-a sui-qəsd iddiası - Venesuela və İran kimi, Belarus da ABŞ-ın düşməninə çevrilib?..

Lukaşenkonun ABŞ-ın ona sui-qəsd hazırlaması iddiasının arxasında hansı mesajlar var?..

Politoloq: “Lukaşenko sui-qəsd məsələsini bilavasitə özünün siyasi maraqları baxımından ortalığa ata bilər. Yaxud da Lukaşenko bu iddianı Rusiyanın sifarişi ilə də edə bilər”.

“Lukaşenko hakimiyyətdən getməyənə qədər ABŞ-Belarusda arasında münasibətlərin tənzimlənməsini, isti məcraya daşınmasını gözləmək əbəsdir”.

Bu sözləri politoloq Natiq Miri Belarus prezidenti Aleksandr Lukaşenkonub özünə və ailə üzvlərinə qarşı sui-qəsd planının ABŞ tərəfindən hazırlandığını bəyan etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Şənbə günü Belarus lideri Aleksandr Lukaşenko özünə və ailə üzvlərinə qarşı sui-qəsd planının ABŞ tərəfindən hazırlandığını bəyan etdi. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanlarının rəhbərliyi altında hərəkət edən və Belarus Respublikası liderinə, onun ailə üzvlərinə qarşı sui-qəsd hazırlayan qrupa müxalifət partiyasının rəhbəri Qriqori Kostusyev də daxildir.

ABŞ-dan agentlər, hansısa bir Zenkoviç təyyarə ilə gəlib. Biz onları izlədik, müşahidə etdik, ölkəyə silah gətirən və gizlədən bir neçə qrup üzvü ələ keçirildikdən sonra onlar buraya gəlməkdən qorxdular. Ona görə də Moskvaya getdilər. Orada daha kim var idi… Feduta bizimki idi. Daha sonra bir az da geniş araşdırdıq – Kostusyev az səviyyədə orada göründü. O, Moskvada yox idi, biz onu və bir sıra digərlərini burada tapdıq. Onlar bu gün artıq üzdədirlər, ona görə də hanısa məlumatı səsləndirə bilirik. Mən Rusiya Prezidenti Vladimir Putinə, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertel isə öz həmkarı Saşa Bortnikova, FTX-yə müraciət etdik və biz onları orada ələ keçirdik”, - deyə Lukaşenko öz açıqlamasında bildirib.

Bu bəyanatın arxasında hansı mesajlar var? Lukaşenkonun Vaşinqtona qarşı belə açıq ittihamlar səsləndirməsi o anlama gələ bilərmi ki, artıq Venesuela və İran kimi, Belarus da ABŞ-a əsas düşmən ölkəyə çevrilib və Minsk üçün Ağ Evlə münasibətlərdə bütün körpülər yanıb?

Lukaşenkoya və ailəsinə qarşı Rusiya və Belarusun birgə irəlü sürdükləri sui-qəsd iddiasını PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu gün Bayden adminstrasiyası üçün Belarus müzakirə predmeti deyil. Belə vəziyyətdə Lukaşenkonun sui-qəsd məsələsini səsləndirməsi hansısa geosiyasi maraqlardan xəbər verə bilər”.

Bu məsələnin arxasında Rusiyanın dayana biləcəyini düşünən politoloq PİA.az-a bildirib ki, ABŞ Rusiyaya çox sərt sanksiyalar tətbiq edir və bu sanksiyaların siyahısı getdikcə daha da genişlənəcək. Buna görə də bu sui-qəsd iddiası Rusiya tərəfindən təbliğat xarakterli anti-ABŞ addımı da ola bilər:

“Bu informasiyanın nə qədər səhih olub-olmadığını iddia etmək çox çətindir. Bunun üçün konkret kəşfiyyat məlumatları olmalıdır. Bildiyimiz kimi hazırda regionda vəziyyət çox mürəkkəbdir. Xüsusilə də Ukraynada Rusiya-Ukrayna, Rusiya-ABŞ, Rusiya-NATO qarşıdurması kontekstində bu məsələni düşünsək, burada bir çox maraqlar özünü göstərə bilər. Yəni Lukaşenko sui-qəsd məsələsini bilavasitə özünün siyasi maraqları baxımından da ortalığa ata bilər. Yaxud da Lukaşenko bu bəyanatı Rusiyanın sifarişi ilə də verə bilər. Çünki bir tərəfdən Lukaşenko özünü müəyyən mənada sığortalayırsa, digər tərəfdən bu məsələnin arxasında beynəlxalq səviyyədə ABŞ-ın imicinə ciddi zərbə vurmaq istəyi ola bilər.

Düşünürəm ki, bu məsələnin arxasında Rusiya dayana bilər. Bildiyimiz kimi son günlər ABŞ Rusiyaya qarşı çox sərt siyasət yürüdür. Ayrıca ABŞ Ukrayna-Rusiya müharibəsi olduğu təqdirdə Ukraynanı müdafiə edəcəyini bildirir. Eyni zamanda da Rusiyaya çox sərt sanksiyalar tətbiq edir və düşünürəm ki, bu sanksiyaların siyahısı getdikcə daha da genişlənəcək. Buna görə də hesab edirəm ki, bu Rusiya tərəfindən anti-ABŞ addımı da ola bilər. Həmçinin Moskvaya müxalifət lideri Aleksay Navalnı ilə də bağlı ciddi təzyiqlər var. Bilirik ki, həbsxanada aclıq edən Navalnı ölümlə üz-üzədir.

Acığı görünən mənzərə təxminən bu şəkildədir. Çünki Lukaşenko Azərbaycan səfərindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdı. Sui-qəsd məsələsi də bu danışıqdan sonra ortaya çıxdı. Əldə faktlar olmasa da, burada Rusiya izinin özünü daha çox göstərdiyini düşünürəm. Çünki bu cür dezinformasiya beynəlxalq səviyyədə həqiqətən də ABŞ-ın, xüsusilə də Bayden administrasiyasının üzərinə kölgə sala bilər.

Natiq Miri: “Lukaşenko daha çox özünün gələcək perspektivini düşünərək və hakimiyyəti öz komandasında saxlaya bilmək üşün bu iddianı ortalığa ata bilər”.

Belarus son prezident seçkilərindən sonra Qərb, eyni zamanda ABŞ tərəfindən izolyasiya olunub və Qərbun Lukaşenko höküməti ilə münasibətlər demək olar ki, sıfır vəziyyətindədir. Hələ də Belarus prezidenti Aleksandr Lukaşenkonu ABŞAvropa Birliyi legitim prezident saymır. Həmçinin Lukaşenko ABŞ tərəfindən özünün devriləcəyi təhlükəsini hər zaman açıqlayır. Buna görə də düşünürəm ki, Lukaşenko hakimiyyətdən getməyənə qədər ABŞ-Belarusda arasında münasibətlərin tənzimlənməsini, isti məcraya daşınmasını gözləmək əbəsdir.

Hesab edirəm ki, Lukaşenko daha çox özünün gələcək perspektivini düşünərək və hakimiyyəti öz komandasında saxlaya bilmək üşün bu iddianı ortalığa ata bilər. Bu gün Bayden adminstrasiyası üçün Belarus müzakirə predmeti deyil. Belə vəziyyətdə Lukaşenkonun sui-qəsd məsələsini səsləndirməsi hansısa geosiyasi maraqlardan xəbər verə bilər. Bu məsələnin içərisində Lukaşenkonun olduğu kimi Rusiyanın da konkret maraqları ola bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar