Cümə axşamı, 23 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Belarus Ukrayna, Polşa və Baltikyanı ölkələrə neftin ixracını dayandırıb –Rusiyaya görə

İxracın dayandırılma səbəbi - keyfiyyətsiz neft

Belarus Rusiyadan keyfiyyətsiz neftin göndərilməsi səbəbindən məcburi olaraq Ukrayna, Polşa və Baltikyanı ölkələrə yüngül neft məhsullarının ixracını dayandırıb.

Məlumata görə, bunu Minskdə Belarus Neft Şirkətinin Baş direktorunun müavini Sergey Qrib jurnalistlərə açıqlamasında bildirib.

“Ukrayna, Polşa və Baktikyanı ölkələrə yüngül neft məhsullarının – benzin və dizel yanacağının nəqli dayanndırılıb”-, S. Qrib Belarusun neft emalı zavodlarında emalın həcmlərinin azalmasını şərh edərkən bildirib. O, bunu Rusiyadan keyfiyyətsiz neftin göndərildiyi ilə izah edib.

Qrib deyib ki, hazırda müqavilə öhdəlikləri Rusiya nefti ilə bağlı məsələnin həllini tapmasına qədər dayandırılıb.

O qeyd edib ki, ixrac ona görə dayandırılıb ki, Rusiya daxili bazarda artan tələbatı təmin etməlidir: “Ağır neft məhsullarının ixracı isə tam həcmdə saxlanılıb. Daxili bazarda onlar istehlak olunmur”.

Xatırladaq ki, bundan öncə Belarus tərəfi bildirib ki, Rusiyadan “təmiz” neftin tədarükünün bərpası ən azı 8-10 gündən tez mümkün olmayacaq. Çünki çirklənmə mənbəyi Belarus sərhədindən 1 500 kilometr aralıda – Samara vilayətində aşkar edilib(TASS)

pia.az


Şərh yazın.

loading...