Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəhruz Quliyevdən Azərbaycan Baş Prokurorluğuna ittiham

Bu yazını müxtəlif təmayüllü saytlarda gedən informasiyalar əsasında yazmaq qərarına gəldik, ona görə ki, söhbət rəsmi ideologiyamızın yükünü daşıdığını iddia edən bir nəfərin, deyək ki, Moskvadakı Venediktovun (“Exo Moskva” radiostansiyasının baş redaktoru) və yaxud Marqarita Simonyanın (“RT” və “Sputnik”lərin rəhbəri), ən azından, hesab edək ki, Mirşahinin (“Real TV” olmalıdır bizcə), uzağı, müxalifətin “ağ ciyəri” Sevinc Osmanqızının əvəzedicisi olmalı bir nəfərin etirazlarından gedir.

Həmin “Venediktov, yaxud Marqarita Simonyan, yainki Mirşahin, lap uzağı, Sevinc Osmanqızı” kimi görünən şəxsin adı Bəhruz, bizim türklər demiş, soyadı Quliyevdir. Bu, həmin Bəhruz Quliyevdir ki, yalan olmasın, jurnalist fəaliyyətində olduğu iyirmi neçə ildə ikinci dəfə ictimai diqqəti cəlb edir: birincisi, bir-neçə il əvvəl, deyəsəm, Fransada olan siyasi mühacir Məhəmməd Mirzəli adlı biri ilə virtual söyüş məsələsinə və ikinci dəfə də qardaşı, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin ittiham olunduğu maddələrin açıqlamasını “şərh etdiyinə” görə.

Modern.az adlı bir sayt varıymış və orada həmin Bəhruz Quliyev, qardaşı Rasim Quliyevin ittiham elan olunaraq barəsində həbs qəti-imkan tədbiri seçilməsi məsələsinə münasibət bildirib: “Dünən məsələ qaldırdılar ki, Rasim Quliyevin işlədiyi dövrdə sənədləşmə düzgün aparılmayıb. Cinayət Məcəlləsinin 314-2.3 və 308.2 maddələrilə ittiham edilib. O, sənədləşmə işlərinin düzgün aparılmamasında günahlandırılır. Ümumilikdə bu maddələr korrupsiya və rüşvətxorluqla əlaqəli deyil, sənədləşmə işləridir”.

Bəhruz Quliyev Baş Prokurorluğun yaydığı məlumatı şübhə altına alır (ən yüngül formada belə görünür).

Və nə bilək, nə elmləri üzrə fəlsəfə doktoru olan, üstəlik, “Səs” Media Qrupunun(!!!) rəhbəri, deyək ki, Rusiyanın Venediktovu və yaxud Marqarita Simonyanı ( bizim nəyimizdir- demirik) Bəhruz Quliyev qərarla razılaşmadığıını deyib: “Qardaşım ittihamları qəbul etmir. Biz apellyasiya şikayəti verəcəyik. Nəzərinizə çatdırım ki, Rasim Quliyev 1988-ci ildən tələbə hərəkatının liderlərindən olub. 1992-ci ildə AXC-Müsavat dövründə qatı Heydər Əliyevçi kimi həbs olunub. 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətində Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri, 2012-ci ildən BŞİH-nin Aparat rəhbəri olub. 2018-ci ildə isə rəhbərlik dəyişikliyindən sonra şəxsi istəyilə işdən ayrılıb. Digər tərəfdən, Rasim hazırda “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəridir. Vəzifədən ayrıldıqdan sonra dövlətə, dövlətçiliyə xidmət edir”.

Bilmədiyimiz və ona görə də xatırlatmadığımız ki, nə elmləri üzrə fəlsəfə elmləri doktoru olan cənab Bəhruz Quliyevin, deyək ki, Rusiyanın Venediktovu və ya Marqarita Simonyanı (hesab edək ki, bizim heç nəyimiz deyil) inkar etdiyinə, bizim Baş Prokurorluğun yaydığı məlumata görə, Rasim Quliyev ( Bakı şəhər İH Aparatının sabiq rəhbəri və hazırda “Resurs” Analitik İnformasiya Mərkəzi adlı qurumun rəhbəri) Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011″ Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verib. Yəni, R.Quliyev həmin ərazidə ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamı şəxsən imzalayıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Bizim Venediktov, yaxud Marqarita Simonyanımız, uzaqbaşı, müxalifətin Sevinc Osmanqızısı olan nə üzrəsə fəlsəfə elmlər doktoru isə Baş Prokurorluğun onun qardaşına qarşı irəli sürülmüş ittihamlarla razılaşmır: “Ürəyim, idealım, canım, qardaşım Rasim Quliyevin həbsinə görə şokdayam. İnanmazdım ki, bu qədər ləyaqətli, təmiz, gözütox (gözütox qardaşın imzasından bir-neçə milyon manatın qanı damır- Bakuexo.az), imanlı, vətənpərvər(ah… vətənpərvər sözü nə qədər yerinə düşür- Bakuexo.az) , dövlətçi (düzü, dövlətçi sözünü başa düşmədik- Bakuexo.az), nümunəvi (əlbəttə, nümunəvidir, bir adam ki, Qadji balaya kəf gələ o, necə olmalıdır- Baku.exo.az) bir insan həbs olunar və həm də dövlətçilik naminə heç bir xidməti (offfff… dövlətçilik qarşısında xidmətdən artıq nə ola bilər..? Balaca bir ərazidə böyük missiyalı tikintiyə, lap olsun cəhənnəmə, deyək ki, bir-neçə milyon qarşılığında qol çəkir, yaxud çəkdirirsənsə, buna qiymət qoymayan insanlar qırılsın, qardaş!- Bakuexo.az) nəzərə alınmadan.

Tanıyanlar bilir ki, biz 90-cı illərin Xalq hərəkatından gəlmişik (bu ağ oldu, Bəhruz müəllim, deməli, siz 16 yaşınızdan dövlətçi olubsunuz.) dövlətçilik uğrunda çox çətinliklər, türmələr görmüşük (allah-allah, “türmə” nə idi?), amma nəfsimizə görə ittihamı qəbul etmirik. Heç kim şərdən (Lənət olsun o adama ki, Bəhruz müəllim, o boyda Baş Prokurorluğun ittihamına şər deyir- bakuexo.az) sığortalanmayıb. Mən bu həbsin detalları və məzmunu ilə tanışam. Əminəm ki, tezliklə əsil cinayətkarlar ortaya çıxacaq (Hacıbala müəllimi nəzərdə tutanın dili tutulsun!- Bakuezo.az), haqq-ədalət öz yerini tapacaq. Mən Allahın və dövlətimizin ədalətinə inanıram” – deyib.

Ay nə üzrə nə doktoru…! Ay dövlətçilik yolunda “türmələr və çətinliklər görən” ideoloq (Bir meyxanadan bir beyt xatırladıq: Özü bu gündə öndədir, Unverstet nə gündədir?!) və özünü Azərbaycan ideoloji maşınının “nazimçarxı” hesab edən həmin Bəhruz Quliyev..! Nəyə görə hesab edirsən ki, qardaşın rüşvətxor və korrupsioner deyil: “Qardaşımı tanıyanlar və tanımayanların sosial şəbəkələrdə, saytlarda yazıb dəstəkləyirlər. Nə qədər zənglər olur mənə. Çoxsaylı dostların narahat olduğunun şahidi oldum, Rasimin bu illərdə nə qədər hörmət, nüfuz qazandığını bir daha anladım. Bizi tanıyanlar bilir ki, biz üç qardaş və bacılarım bir həyətdə və sadə Azərbaycan vətəndaşlarının orta yaşayış həddində yaşayırıq. Bu gün də hər şeyə görə Allahımıza şükür edirik. Mən qardaşımla fəxr edirəm”.

Fəxr etmək, əlbəttə, istənilən peşə sahibi ilə yaşanan duyğudur.
Bəhruz Quliyev də qürur duyur və üstəlik, fəxr edir.

O, fəxr edir ki, qardaşı, o cür ciddi ittihamlarla həbs edilən Rasim Quliyev “1988-ci ildən tələbə hərəkatının liderlərindən olub. 1992-ci ildə AXC-Müsavat dövründə qatı Heydər Əliyevçi kimi həbs olunub”.
Təsəvvür edirsinizmi? Təsəvvür edin ki, Bəhruz Quliyevin haqqında danışdığı və müdafiəsinə qalxdığı qardaşı Rasim Quliyev 17 yaşında tələbə hərəkatının lideri olub və 1992-ci ildə AXC-Müsavat dövründə qatı Heydər Əliyevçi kimi həbs edilib…! Rasim Quliyevin getdiyi ildırımlı yollar bununla bitməyib və o, “1996-2001-ci illərdə “Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib və siyasi partiyaların Məşvərət Məclisində YAP-ı təmsil edib. 2000-ci ildə 29 saylı Səbayel seçki dairəsinin sədri olub”.

Məlum olan odur ki, vətən və Heydər Əliyev (Bu böyük dövlət Adamının adından necə də istifadə cəhdləri var…- Bakuexo.az) yolunda qanını bir qaşığa qoyan həmin Rasim Quliyev tarana gedirmiş…

Bəhruz Quliyev o gərgin anları “Müsavat.com” adlanan və hamının yaxşı tanıdığı (onu tanımayana lənət!) sayta belə təqdim edir: “ Qardaşım 2001-ci il fevralın 13-dən Bakı Şəhər İcra Hakimiyyəti “Ərazi idarəetmə orqanları ilə iş” şöbəsinin müdiri, 2010-cu il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-nə kimi BŞİH Aparatının rəhbəri vəzifəsində çalışıb. Həmin müddətdə ona dövlət qulluğunun müşaviri və dövlət qulluğunun baş müşaviri dərəcəsi verilib. BŞİH-in Aparat rəhbəri vəzifəsindən çıxarılandan sonra – 2018-2019-cu illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri işləyib. R.Quliyev 2019-cu ilin aprel ayından YAP Mərkəzi Aparatında işə təyin olunub”.
Hə… Dövlət yolunda böyük fədakarlıqdır ki, 30 yaşın tamam olmamış Bakı şəhər İcra Hakimiyyətində şöbə müdiri işləyirsən və bir parça uşaq canını dövlətçilik yolunda qurban deyirsən..! Sonra isə o qurumda Aparat rəhbəri olmaq- bundan artığı o olur ki, gedib özünü atasan, məsələn, indiki Şuşa yolunda hansısa erməni maşınının altına….

Bu boyda fədakarlığı min neçə il əvvəl qurban olduğum İmam Hüseyn edə bilərdi və indiki vaxtlarda da Rasim Quliyev adlı şəxs edib və… indi o da həbsdədir.(baku exo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar