Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BƏƏ-də turistlər üçün əlavə dəyər vergisinin ödənilməsi üzrə yeni limit müəyyən edilib

Əlavə dəyər vergisinin (ƏDV) ödənilməsi üzrə maksimal limit bundan sonra Birləşmiş Ərəb Əmirliklərində nağd vəsaitlə bir turist üçün gündəlik 7 min dirhəm (1,9 min dollar) təşkil edəcək

Turistlər üçün ƏDV ödənişinin gündəlik limitini müəyyən edən müvafiq sərəncamı Dubay Əmirinin müavini, BƏƏ-nin Maliyyə naziri və Federal Vergi İdarəsinin sədri şeyx Həmədan bin Rəşid Al Maktum imzalayıb. Qeyd olunur ki, 2018-ci ilin noyabrında qüvvəyə minən turistlər üçün verginin qaytarılması sxemi özünün effektivliliyi, prosedurların müntəzəmliyi, müraciətlərin sürətli və dəqiq işlənilməsi ilə fərqlənir.

Məlum qərarı şərh edən Federal Vergi İdarəsinin baş direktoru Xalid Əli Al Bustani bildirib ki, turistin nağd şəkildə ala biləcəyi maksimal gündəlik məbləğ barədə yeni qərar maliyyə əməliyyatlarında nağd vəsaitlərdən asılılığın azaldılması, müasir rəqəmsal və texnoloji infrastrukturun üstünlüklərindən istifadə üzrə BƏƏ-nin ümumi strategiyasına müvafiqdir. Onun sözlərinə görə, bu sistemlər BƏƏ-nin maliyyə-iqtisadi sektorunun durmadan inkişafının əsas tərkib hissəsidir ki, pul vəsaitlərinin və maliyyə aktivlərinin təhlükəsiz hərəkətinə, həm yerli, həm də beynəlxalq maliyyə əməliyyatlarına inamın artırılmasına şərait yaradır.(azərtac)

pia.az


Etiket: Vergi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar