Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDU tələbəsinin ölüm işi: Təcili yardım həkimi hakim qarşısına çıxarılır

Bakı təcili tibbi yardım stansiyasının həkimi Ramiz Cəfərov hakim qarşısına çıxarılacaq...

O, çağırış zamanı Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü ilə nəticələnən hadisədə səhlənkarlıq etməkdə ittiham olunur.

Bu barədə BDU-nun tələbəsi, 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın atası Faiq Xasmətovun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı məlumat verib.

Onun sözlərinə görə, iyunun 2-də Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə R.Cəfərova qarşı açılmış cinayət işinə baxılması üçün hazırlıq iclası keçiriləcək.

Xatırladaq ki, ötən il noyabrın 21-də universitetin tələbələri Şəkər Xasmətova, Dilruba Quliyeva və Həmidə İbadovanın Mətbuat prospektində yerləşən BDU yataqxanasında zəhərləndiyi barədə xəbər yayılıb. Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyənləşdiriblər, vəziyyəti ağır olan digər iki qız 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib və bir neçə gün sonra xəstəxanadan buraxılıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Əvvəl tələbənin qida zəhərlənməsi nəticəsində öldüyü təxmin edilib. Bununla yanaşı, cəsədin patoloqoanatomlar tərəfindən araşdırılmasından və bir sıra digər istintaq tədbirlərindən sonra əməliyyat qrupu qızların naməlum mənşəli maddə ilə zəhərləndikləri barədə ilkin nəticəyə gəliblər.

Dörd ay sonra tələbənin ölümünün səbəbinin divardakı çatdan keçən dəm qazının olması müəyyən edilib.

Ş.Xasmətovanın yatağı ölümcül zəhərlənməsinə səbəb olan divardakı çatın yanında olub.

Qeyd edək ki, 20 noyabr axşamı qızlar özlərini pis hiss edib, təcili yardım çağırıblar. Çağırışa gələn həkim R.Cəfərov və tibb bacısı onlara müayinə zamanı sonradan qanlarında tapılan dimedrol inyeksiyası ediblər və yalnız şifahi olaraq onlara özləri ilə birlikdə xəstəxanaya getmələrini bildiriblər. Tələbələr inyeksiyadan sonra vəziyyətlərinin yaxşılaşacağına inanaraq, bundan imtina ediblər. Həkim onları xəstəxanada yatırmaqda israr etməyib, halbuki, xəstəliyin səbəbini bilmədiyi üçün bunu etməli idi. Növbəti gün səhər saat 11:00-da yenidən təcili yardım çağırılıb. Lakin bu zaman Ş.Xasmətova artıq həyatını itirmişdi.

Ekspertizanın nəticəsinə görə, dimedrol zəhərlənmənin klinik əlamətlərinin inkişafını sürətləndirib və tələbənin ölümünə səbəb olub.

Vəkil bildirib ki, həkimlə bağlı cinayət işi ayrıca icraata götürülüb.

Ancaq müdafiə tərəfi iddia edir ki, baş verənlərə görə nəinki həkim, həmçinin yataqxana, universitet rəhbərliyi, Yasamal rayonunun Qaz İdarəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin ərazi şöbəsi məsuliyyət daşıyır.

“Burada kasıb ailələrdən olan gənclər yaşayır. Tələbələrin yaşadıqları şərtlər, yumşaq dillə desək, dəhşətli, son dərəcə səfil vəziyyətdədir, bu divarlar uzun illərdir hətta kosmetik təmir belə olunmayıb”, - deyə vəkil qeyd edib.

pia.az


Etiket: məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar