Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən qızlardan biri təhsilinə davam etməyə başlayıb...
PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, həkimlərin yardımı ilə xilas edilən Dilrubə Quliyeva artıq dərslərinə davam edir. Bu barədə ekspert Kamran Əsədov məlumat paylaşıb.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü D.Quliyeva, digər tələbələr Həmidə İbadova və Şəkər Xasmətova ilə birgə zəhərləniblər. Ş.Xasmətova zəhərlənmə nəticəsində vəfat edib.
pia.az