Çərşənbə axşamı, 19 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

BDU-nun tələbələri "Üç rəngin kölgəsində!" adlı fləşmob keçiriblər

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) "Üç rəngin kölgəsində!" adlı fləşmob həyata keçirib...

Qurum 23 mindən çox universitet tələbəsinin diqqətini 9 noyabr -Dövlət Bayrağı Gününə çəkmək və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək vermək məqsədilə belə bir addım atıb.

BDU THİK-in sədri Nihad Allahyarlı üç mindən çox tələbənin bu prosesə cəlb edildiyini, simvolik olaraq "Üç rəngin könüllüsü" adlı könüllü heyətinin formalaşdırıldığını deyib.

Fləşmob çərçivəsində universitetin 2000-dən çox pəncərəsindən dövlət bayrağı asılıb və proses davam etməkdədir. Həmçinin rəsm klubunun fəalları 500-dən çox gəncin üzünə Azərbaycan bayrağı çəkərək fləşmoba dəstək veriblər.

Fləşmob bayraq yürüşü ilə yekunlaşıb.(Report)

pia.az

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: BDU

Şərh yazın.

loading...

Ən çox oxunanalar