Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDU-da İSESCO-nun kafedrası yaradılacaq - Foto

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

APA xəbər verir ki, görüşdə ICESCO və BDU arasında əlaqələrin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı Bakı Dövlət Universitetinin nəzdində ICESCO-nun Biotibbi materiallar kafedrasının yaradılmasına dair müqavilə imzalanıb.

BDU-nun rektoru Elçin Babayev bildirib ki, universitetdə elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir: "Əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərdəndir. Universitet ICESCO ilə əlaqələrə xüsusi önam verir və ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığını uğurla davam etdirir".

Rektor 18-22 iyul tarixlərində ICESCO-nun təşkilatçılığı ilə "Birinci Beynəlxalq ICESCO Peyk Modeli (CanSat) Seminarı və Aerokosmos Simpoziumu" beynəlxalq tədbirinə dəvətə görə ICESCO-ya təşəkkürünü bildirib.

Elçin Babayev BDU-da Azərbaycanda ICESCO-nun ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrasının yaradılmasına dair razılığın da elmin bu vacib sahəsi üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıb:

"Biotibb - tibb elminin bioloji və fizioloji prinsiplərini klinik praktikaya tətbiq edən bir tədqiqat sahəsi kimi elmdə aparıcı mövqe tutur. Bu, BDU-nun təbiət elmləri sahəsində müəyyənləşdirdiyi 5 əsas prioritet elmi istiqamətlərden biridir. BDU-da yeni yaradılmış Tədqiqat, Inkişaf və Innovasiyalar üzrə Mükemmellik Mərkəzinin (Excellence Center) nəzdində "Biomühəndislik". "Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyaları da faaliyyət göstərir".

ICESCO-nun Baş direktoru Salim Bin Məhəmməd əl-Malik qeyd edib ki, Biotibbi materialar kafedrasının yaradılması təkcə Azərbaycanda deyil, islam dünyası ölkələrində biotibb elmi istiqamətinin inkişafına da əlavə təkan verəcəkdir: "Kafedra biotibbi materiallar üzrə tədqiqat işlərinin aparılmasına, ICESCO-ya üzv dövlətlərdən olan tələbə və gənc alimlərin bu araşdırmalara cəlb edilməsinə və müxtəlif ölkələrlə bu sahədə əməkdaşlığın qurulmasına da yardım göstərəcək".

Qeyd edək ki, kafedranın yaradılmasında məqsəd sənaye və yüksək səviyyəli tədqiqatçılar, ali təhsil müəssisələri və burada çalışan alimlər arasında əlaqələri, “təhsil-elm-sənaye” üçlüyünün qarşılıqlı inteqrasiyasını inkişaf etdirmək, tələbə və gənc alimləri biotibbi materialların alınması, tədqiqi və tətbiqi ilə bağlı araşdırmalara cəlb etmək, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirməkdir.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar