Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bazarlarda soğan qızıl qiymətinə satılır - Monopoliya tərəvəz bazarında da hakim mövqe əldə edib...

Hazırda soğan mövsüm olduğu halda bu qədər yüksək qiyməti nəylə əlaqələndirmək olar?..

Azad İstehlakçılar Birliyinin sədri: “Ölkədə ildən ilə kənd təsərrüfatı malları istehsalında, eləcə də meyvə istehsalında ciddi təmərküzləşmə gedir. Yəni bu bizneslər böyük sahəsi olan biznesmenlərin, iş adamların əlində birləşir və monopoliya yaranır”.

“Əgər biz soğanın istehlakçıya çatdırılma zəncirinə diqqət yetirsək, ilk baxışda bu zəncirin mühüm həlqələrindən birinin “Meyvəli bazar”ın olduğunun görəcəyik. Bakının bütün marketlərinə soğan “Meyvəli bazar”dan paylanılır”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bazarlarda soğanın qiyməti yenidən kəskin artmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bazarlarda soğanın qiyməti yenidən kəskin artıb və 1-1.20 manatdan satılır. Hazırda soğan mövsüm olduğu halda bu qədər yüksək qiyməti nəylə əlaqələndirmək olar? Bundan başqa hökümət daxili bazarı qorumaq üçün heç bir addım atmamasını necə dəyələndirmək olar? Çünki bəzi iddialara görə soğan Rusiyaya daşınır və bundan da daxili bazarda qıtlıq yaranır.

Qeyd edək ki, hökümətdəki bəzi məmurlar məhz qeyri-neft ixracaatının statistikasını yüksəltmək məqsədi ilə daxili bazarı qorumaq istəmirlər və ölkədən çıxarılan kənd təsərrüfatı malları sahəsində daxili bazarda qıtlıq yaranır ki, bu da qiymətlərin sürətlə artmasına səbəb olur.

Onu da qeyd edək ki, Bakıya daxil olan bütün tərəvəz və meyvələrin “Meyvəli bazar”ın “gömrüyündən” keçməsi də qiymət artımını yaradan əsas səbəblərdən biridir. Nəticədə isə kəndli və fermerlər, o cümlədən vətəndaşlar bu alverdən zərələ çıxdıqları halda, qazanan tək tərəf “Meyvəli bazar”ın monopolistləri olur. Ümumiyyətlə isə Bakıya daxil olan bütün kənd təsərrüfatı mallarının “Meyvəli bazar”ına boşaldılması özü rəsmi qaydada monopoliya zənciri yaratmaq anlamına gəlir və bundan isə ən böyük ziyan çəkən tərəf kəndli və fermerlərdir. Ümumiyyətlə isə Azərbaycanda kənd təsərrüfatının inkişafını əngəlləyən ən böyük maneələrdən biri məhz “Meyvəli bazar”da hökm sürən monopoliyadır ki, bu monopoliyanı da rəsmi qaydada onlara hökümət verib.

Tərəvəz bazarında yaranmış vəziyyəti PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: “Yerli bazarı qorumaq üçün hökumət müəyyən gömrük və vergi siyasəti apara bilər”.

Paytaxtda tərəvəz və meyvə ilə bağlı anormal bir vəziyyətin yarandığını bildirən Azad İstehlakçılar Birliyinin sədri PİA.az-a açıqlamasında qeyd edib ki, bələdiyyələrin, icra hakimiyyətindəki torpaq satışındakı fəallığı Bakının kənd təsərrüfatından tamamilə azad olunmasına gətirib çıxarıb. Bu da yolverilməzdir:

“Ölkədə ildən ilə kənd təsərrüfatı malları istehsalında, eləcə də meyvə istehsalında ciddi təmərküzləşmə gedir. Yəni bu bizneslər böyük sahəsi olan biznesmenlərin, iş adamların əlində birləşir və monopoliya yaranır. Belə olan halda da artıq fərdi kiçik sahibkarlar, ferner və kəndli təsərrüfatları sıradan çıxır. Birrinci ona görə sıradan çıxır ki, həmin fərdi kiçik təsərrüfatlar əkdikləri malı, o cümlədən soğanı bazar təlabatına uyğun hazırlaya bilmirlər. Çünki bilərəkdən onların gübrələrə, ziyan vericilərə qarşı mübarizədə əlçatmazlıq yaradılır. Bəzən də onların aldıqları gübrələr, dərmanlar lazımı səviyyədə məhsulu yetişdirməyə gətirib çıxara bilmir. Çünki ən keyfiyyətli gübrə, ən keyfiyyətli toxum birləşmiş, təmərküzləşmiş böyük torpaq sahiblərinə məxsus olan adamlara verilir. Yəni məmurların əlində olan iri təsərrüfatlar üçün hər cür şərait yaradılır və onlarda bazarda hakim mövqeyə sahib olurlar.

Təmərküzləşmə gedən halda aydındır ki, kartel sövdələşməsi, yəni qiymətlərin razılaşdırılması meydana çıxır. Təsadüfi deyil ki, ölkə prezidenti dəfələrlə deyib ki, ölkədə kartel sövdələşməsi, inhisarçılıq var. Prezident müvafiq dövlət orqanlarına tapşırıq versə də, biz görürük ki, bu tapşırıqlar yerinə yetirilmir.

Azad bazar iqtisadiyyatı şəraitində dövlət orqanlarının qiymətə təsir etməyə ixtiyarları yoxdur. Lakin dövlətin vəzifəsidir ki, bu işlə məşğul olan bütün fermer təsərrüfatları üçün bərabər və əlverişli şərait yaratsın. Lakin bütün səviyyələrdə məmurlar buna mane olurlar. Ona görə də, təmərküzləşmə baş verdiyi bir şəraitdə əlbəttə, qiymətlərin diqtəsi məsələsi meydana çıxır.

Əgər biz soğanın istehlakçıya çatdırılma zəncirinə diqqət yetirsək, ilk baxışda bu zəncirin mühüm həlqələrindən birinin “Meyvəli bazar”ın olduğunun görəcəyik. Bakının bütün marketlərinə və bazarlarına soğan “Meyvəli bazar”dan paylanılır. Amma “Meyvəli bazar” heç də qiymətlərə təsir edən mühüm amillərdən biri deyil. Çünki “Meyvəli bazar”ın da ayrı-ayrı yerlərini başqa insanlar alıb. Qazancları olsa da, olmasa da oraya icarə pulu verirlər. Burada bütün hallarda qazanan təmərküzləşmiş böyük sahələri olan və bir çox resurslara əlyetərliliyi asan olan həmin təsərrüfat sahibləridir.

Eyyub Hüseynov: “Köhnə MDB məkanında demək olar bütün paytaxtlarda sovxozlar saxlanılıb. Bakı isə bundan məhrum olub”.

Başqa bir məsələ isə budur ki, böyük şəhərlərin, o cümlədən paytaxt şəhərlərin ətrafında həmişə kənd təsərrüfatı zonaları yaradılır. Bu da paytaxtı qida ilə təmin etmək məqsədi ilə edilir. İllər boyu Bakı da belə olub. Bakının ətrafında südçülük, meyvəçilik, tərəvəzçilik sovxozları olub. İndi o torpaqların hamısı qeyri-qanuni olaraq rüşvət naminə kənd təsərrüfatlı təyinatlı torpaqlar yaşayış yerlərinə satılıb və Bakının meyvə-tərəvəz təminatı tamamilə rayonlardan asılı vəziyyətə düşüb. Demək olar ki, Bakının ətrafında kənd təsərrüfatı məhsulları istehsal edən sovxozlar yox olub.

Köhnə MDB məkanında demək olar bütün paytaxtlarda sovxozlar saxlanılıb. Bakı isə bundan məhrum olub.

Üstəlik buraya köçən insanlar kənd təsərrüfatı torpaqlarında hansısa rüşvət yolları ilə ev tikmən insanlar deyirlər ki, onlara kanalizasiya çəkilsin, su verilsin. Yəni paytaxtda anormal bir vəziyyət yaranıb. Bələdiyyələrin icra hakimiyyətindəki torpaq satışındakı fəallığı Bakının kənd təsərrüfatından azad olunmasına gətirib çıxarıb. Bu da yolverilməzdir.

Bütün bu amillər də əlbəttə, qiymətlərin artmasına təsir edir. Təsadüfi deyil ki, bu il ilk dəfə mən 2 manat 50 qəpiyə kartof almışam. Bu çox yüksək bir qiymətdir.

Əlbəttə, xarici bazara malların çıxarılmasına hökumət maneçilik edə bilməz. Çünki biznes sərbəstdir. Lakin yerli bazarı qorumaq üçün hökumət müəyyən gömrük və vergi siyasəti apara bilər. Bu da yerli bazarda qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Lakin təssüflər olsun ki, Azərbaycanda bir dəfə qalxab qiymət bir daha enmir. Belə də davam edir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar