Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayraktarla uçuş edən pilot general oldu

Xəbər verdiyimiz kimi, Prezident İlham ƏliyevAzərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

General-mayor rütbəsi ilə təltif edilən polkobniklərdən biri 47 yaşlı Zaur Rüstəmovdur. Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti olan Rüstəmov Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlardan biridir. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.

O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. "Qarabağ" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bundan başqa, Z.Rüstəmov bu ilin may ayında Bakıda keçirilən "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn “Baykar Texnologiya”nın rəhbəri Səlcuk Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçub edib. Belə ki, S.Bayraktarı uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov müşayiət edib.

S.Bayraktarın uçduğu MiG-29 "Baykar" şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI TİHA ilə paralel uçuş həyata keçirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Ən çox oxunanalar