Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayraktar TB2 Rusiyanın nəbzini bu dəfə Krımda yoxladı: Rus HHM sistemləri yenə “lax” çıxdı

Bir neçə saat əvvəl Ukraynadakı hərbi bazalardan birinə qalxan Türk istehsalı “Bayraktar TB2” pilotsuz hava vasitəsi Krımın şimal sərhədlərinə uçub.

Ovqat.com-un rus mediasına istinadən verdiyi məlumata görə, PUA Xerson bölgəsində radarlara “ilişib”, daha sonra radara açıq izlənmə cihazını bağlayaraq “gözlərdən itib”. Bu da PUA-nın Rusiya sərhədlərindən içəri keçməsi ehtimalına yol açır.

Rus hərbi dairələri PUA-nın hansı dövlətə məxsus olduğunu, nə məqsədlə Krımın şimalında peyda olduğunu və az sonra niyə “ərşə çəkildiyini” anlaya bilmirlər. Bir çox ekspertlər isə bu gizli manevrin rus radarlarının gözündən yayınma qabiliyyətinin yoxlanılmasıyla əlaqədar ola biləcəyini düşünürlər. Halbuki Qarabağdakı son döyüşlərdə “Bayraktar TB2” bu məharətini kifayət qədər ortaya qoymuşdu. Savaş sırasında “Bayrak”-lar Rusiya istehsalı “Tor” hava müdafiə raket sistemi, S-300-ləri rahatlıqla keçə bilmiş və hətta onları zərərsizləşdirmişdi. Odur ki, PUA-nın bir daha öz məharətini göstərməsi üçün heç bir zərurət yoxdur.

Rus hərb ekspertləri onu da istisna etmirlər ki, PUA-nı sınaqdan çıxaran Türkiyə yox, Krım və Donbassın işğaldan azad olunması əməliyyatlarına hazırlaşan Ukrayna ola bilər. Məlumdur ki, Türkiyənin Liviyada rus muzdluları olan “Vaqner” dəstəsinə qarşı uğurlu əməliyyatlarından sonra Ukrayna döyüşün əsas aparıcı gücü “Bayraktar”-a göz salmış və sayda bu PUA-lardan almışdı. Dağlıq Qarabağ müharibəsində “Bayraktar”ın əsl dastan yazmasından sonra Ukrayna Türkiyə ilə hərbi əməkdaşlığı daha çox artırmağa qərar vermişdi.

Mümkündür ki, Ukrayna bu təhlükəli və gizli manevrləri ilə rus silahlarının ermənilərinin əlindəmi, yoxsa ümumiyyətlə “Bayraktar” önündəmi uğursuz olduğunu yoxlamaq istəyib. Əgər elədirsə, qəbahətin ermənilərdə yox, rus silahlarında olduğu aydınlaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar