Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenlə qlobalistlər də qayıdır - Birjalar yüksəlir, orta sinif əriyir, kasıblıq artır...

Baydenin qələbəsi ilə qlobalistlərin yenidən dünya iqtisadiyyatına hakim olması ehtimalı varmı?..

Natiq Cəfərli: “Baydenin seçilməsi Trampın “Hər şey Amerika üçün!” teoriyalarını arxada qoydu. İndi biznes rahatlayıb”.

Vüsalə Əhmədova: “Respublikaçıların iqtisadiyyatı demokratlardan daha yaxşı idarə etdiyi ilə bağlı söylənən fikirlər hər zaman mövcud olub, ancaq hansı ki, bir çox hallarda özünü doğrultmayıb”.

Baydenin qələbəsindən sonra qlobal fond birjaları yüksəlməyə başlayıb. Bəzilərinə görə əslində bu qlobalistlərin birja manipulyasiyasıdır. Çünki bütün dünyada varlılarla kasıblar arasında fərq sürətlə uçuruma dönüşür və əslində real sektorda orta və kiçik biznes böyük böhran yaşamaqdadır.

Hazırda dünya iqtisadiyyatında baş verənləri necə dəyərləndirmək olar və Baydenin qələbəsi ilə qlobalistlərin yenidən dünya iqtisadiyyatına hakim olması ehtimalı varmı? Həmçinin dünya iqtisadiyyatında qlobalitrlərin mövqelərinin möhkəmlənməsi ticarət savaşlarına necə təsir göstərəcək? Xüsusən ABŞ-Çin və ABŞ-AB arasında mövcud ticarət savaşı arxa plana keçəcəkmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspertlər Natiq CəfərliVüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Çin Moskva ilə ticari, iqtisadi və hərbi əlaqələrini azaltmağa başlayarsa və Rusiyaya qarşı əvvəlkindən daha soyuq bir mövqe tutarsa, Ağ Evin Çinlə münasibətlərini yumşaldacağı gözlənə bilər”.

Bayden dönəmində Çin şirkətlərinə qarşı daha yumşaq siyəsət yürüdüləcəyini təxmin edən ekspert Vüsalə Əhmədovanın fikrincə Çinlə normallaşan münasibətlər fonunda Rusiya və Venesuela kimi neft hasil edən ölkələr üçün problemlər yarana bilər:

“Əslində ən başından etibarən dünya ümid edirdi ki, Bayden Donald Trampa nəzərən daha az ziddiyyətli olacaq. Ticari məhdudiyyətlər aradan qaldırılacaq və dünyadakı gərginlik səviyyəsi azalacaq. Hər kəs qlobal güclər arasında yaxşı münasibətlər, yeni texnologiyalar, istehsal və maliyyə idarəçiliyinə yeni yanaşmalar yolu ilə dünya iqtisadiyyatının bərpa olunacağını gözləyirdi. Hətta Çinin rəsmi hökumət nəşrlərində demokratların liderinin ABŞ prezident seçkilərindəki qələbəsinin, Vaşinqton ilə Pekin arasındakı gərginliyi əhəmiyyətli dərəcədə azalda biləcəyinə dair fikirlər dərc olunurdu. Düşünürəm ki, ABŞ və Çin arasındakı münasibətlər çox güman ki, yaxşılaşacaq. Hər şeydən əvvəl, Donald Trampın başlatdığı “ticarət müharibələrinin” dayandırılacağı və dünya bazarlarının tədricən canlanacağını düşünə bilərik.

Bayden dönəmində Çin şirkətlərini Trampdan fərqli siyasət gözləyir və bu da bütün beynəlxalq ticarətin inkişafına təkan verəcək. Vaşinqtonun Avropa və Çinlə münasibətləri düzələrsə o zaman, bu durum bütün dünya iqtisadiyyatına müsbət mənada sirayət edəcək. Bayden administrasiyasının Barak Obamanın prezident Co Baydenin isə vitse-prezident olduğu dövrdə mövcud olan Çin ilə münasibətlər sisteminə dönəcəyini söyləmək olar. Ancaq bəzi təzadlı məqamlar da mövcuddur.

Seçki kampaniyası zamanı öz çıxışlarında Bayden Pekinə qarşı Trampdan daha sərt davranacağını söyləmişdi. Xüsusilə, Trampın tətbiq etdiyi qoruyucu idxal rüsumlarının ləğvindən hələ ki, söhbət getmir. Bundan əlavə, Bayden əvvəlcə Trampın Çinə münasibətdə siyasətini tənqid etdiyi halda, indi Çinə qarşı təzyiqlərin tərəfdarı olduğunu qeyd edir.

Vüsalə Əhmədova: Trampın əsas geosiyasi rəqibi Çin idisə, Baydenin rəqibi Rusiya olacaq”.

Düşünürəm ki, Çin Moskva ilə ticari, iqtisadi və hərbi əlaqələrini azaltmağa başlayarsa və Rusiyaya qarşı əvvəlkindən daha soyuq bir mövqe tutarsa, Ağ Evin Çinlə münasibətlərini yumşaldacağı gözlənə bilər. Bir digər məqam var ki, Bayden OPEC-ə dolayısıyla neft qiymətlərinə təzyiq göstərməyə hazır olduğunu bildirib. Bu isə o deməkdir ki, Rusiya və Venesuela kimi neft hasil edən ölkələr üçün problemlər yarana bilər. Daha açıq qeyd etsək, Trampın əsas geosiyasi rəqibi Çin idisə, Baydenin rəqibi Rusya olacaq.

Co Baydenin qələbəsindən qeyd etdiyim kimi, daha çox ruslar təlaş içindədirılər. Yeni prezidentin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi, nəticədə Rusiya valyutasının denominasiyasına gətirib çıxara biləcəyi ilə bağlı gözləntilər var. Son bir neçə ildə ABŞAvropa ölkələri mütəmadi Rusiyaya qarşı sanksiyalar tətbiq etdir və Baydenin də sanksiya tətbiq etmək üçün bir bahanəsi təbii ki, olacaq.

Bilirik ki, 2014-cü ildən etibarən Rusiyaya qarşı sanksiyalar sərtləşdirilməyə başladı, Rusiya iqtisadiyyatı bu sanksiyalara uyğunlaşaraq artıq məhdudlaşdırıcı tədbirlər şəraitinə alışdı demək olar. Baydenin müşavirləri və yaxın tərəfdaşları Rusiyaya qarşı daha sərt sanksiyaların verilməsinin tərəfdarıdır. Xarici siyasət məsələləri üzrə məsləhətçi Jake Sullivan Obama administrasiyası tərəfindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin kifayət etmədiyini söyləmişdi. Baydenin digər bir məsləhətçisi Michael Carpenter isə daha dəqiq təsir göstərmək üçün sanksiyaların bütövlükdə iqtisadiyyata qarşı yönəldilməli olduğunu qeyd etdi. Carpenter eyni zamanda Rusiya banklarına qarşı tam hüquqlu “blok” sanksiyaların tətbiq edilməsi çağırışı etdi.

Hazırda Rusiya maliyyə qurumlarına qarşı yalnız sektoral sanksiyalar qüvvədədir. Rusiya iri banklarını bir sıra ciddi sanksiyalar gözləyir deyə bilərik.

Respublikaçıların iqtisadiyyatı demokratlardan daha yaxşı idarə etdiyi ilə bağlı söylənən fikirlər isə hər zaman mövcud olub, ancaq hansı ki, bir çox hallarda özünü doğrultmayıb. Demokratların idarəçiliyi dövründə respublikaçılardan daha yüksək iqtisadi artıma, aşağı işsizliyə nail olunması ilə bağlı faktlar var. Bundan əlavə, ABŞ-da tənəzzül hər zaman respublikaçı rəhbərlərin dövründə baş verib. Məsələn, 1970, 1980-1982, 1990, 2001-ci illərdə baş verən tənəzzül, o cümlədən, 2007-2008-ci illərdə baş verən maliyyə böhranı respublikaçıların rəhbərliyi dövründə olub. 2009-cu ilin əvvəlində ABŞ-da işsizlik nisbəti 10%-i keçmişdi, 1,2 trilyon dollar büdcə kəsiri yaranmışdı, fond birjası demək olar ki, 60% geriləmişdi. ABŞ-da tənəzzüllər demək olar ki, həmişə respublikaçıların rəhbərliyi dövründə baş verib. O cümlədən, Tramp dönəmində büdcənin vergi gəlirləri əhəmiyyətli dərəcədə azaldı, büdcə xərcləri isə artdı. Nəticədə, ABŞ büdcə kəsiri ÜDM-un 4,4%-dən 6,3%-ə yüksəldi, işsizlik nisbəti aprel ayında 14,7% artdı. Digər tərəfdən, “tarif müharibələri” səbəbindən idxal mallarının qiymətlərinin artması ümumi qiymət artımına səbəb oldu. Bundan əlavə, ÜDM-da rekord səviyyədə azalma qeydə alındı ki, ÜDM-dakı azalma Birləşmiş Ştatların bütün tarixində ən əlamətdarı oldu deyilə bilər.

Vüsalə Əhmədova: “Amerika tarixində sosial iqtisadi siyasət qurmaq üçün ən cəsarətli addımların atılamasını zənnimcə Bayden dönəmində görəcəyik”.

Bayden rəhbərliyi dövründə çətin ki, radikal iqtisadi siyasət yürütsün. Demokratlar milyarderlər üçün vergi endirimlərinə deyil, təhsilə və işçilərin yenidən hazırlanmasına, habelə ölkənin gələcək rəqabət qabiliyyətliliyini təmin etmək üçün proaktiv sənaye və yenilikçi siyasətə investisiya yatıracaqlarını düşünürəm. Amerika tarixində sosial iqtisadi siyasət qurmaq üçün ən cəsarətli addımların atılamasını zənnimcə Bayden dönəmində görəcəyik. Baydenin seçki proqramının əsas müddəalarının əksəriyyəti bir şəkildə ştatların tam hüquqlu “sosial dövlətə” çevrilməsi yönündə idi. Baydenin dollarla bağlı siyasətini dəyişdirəcəyi və əks kapital axınına səbəb olacağı söylənə bilər.

Əyər ölkənin dövlət borcu ÜDM-un az bir hissəsini təşkil edirsə və investisiya mənbələri arasında ölkənin səhmdar kapitalının payı xüsusilə yüksəkdirsə həmin ölkənin ciddi problemlərlə üzləşəcəyini düşünmürəm. Hər bir halda böyük dəyişikliklər bizi gözləyir, xüsusilə post-pandemiya dövründə. İstehsal böyüdükcə iqtisadiyyat da böyüyür, istər sənaye istehsalı olsun, istərsə də İT sahəsi. Bu gün daha az neft və qazdan istifadə etmək, köhnə texnologiyaları resurslara qənaət edən və ekoloji cəhətdən təmiz olanlarla əvəz etmək açıq tendensiyaya çevrilib. Dünya ənənəvi avtomobilləri elektriklə və ya bioyanaca işləyənlərlə əvəzləməyə yönəlib”.

Natiq Cəfərli: “Hətta İranla münasiblərin normallaşacağı haqqında ilkin gözləntilər artıq formalaşıb”.

Avropa Birliyi ilə ticarət savaşının arxa plana keçəcəyini proqnoz edən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, dünya biznesinin bir problemi Trampın başlatdığı ticarət savaşları idisə, digər böyük problem pandemiyadır. Ekspertin fikrincə dünya iqtisadiyyatı və biznes daha sabit bir iqtisadi dönəmə qədəm qoyuruq:

“İri transmilli şirkətlər Tramp dövründə də dəyər qazandı və daha da varlandılar. Ən çox texnoloji şirkətlər son 4 ildə daha çox pul qazanıblar. Düzdür Trampın ənənəvi iqtisadi modellərə və ticarət münasibətlərinə öz baxışı var idi. Tramp dönəmində Ağ Ev Çin, Kanada, Meksika ilə ticarət müharibələri başlatdı. Bu ümumilikdə bütün dünyada biznesi daha çox narahat edən məsələ idi. Baydenin seçilməsi Trampın “Hər şey Amerika üçün!” teoriyalarını arxada qoydu. İndi biznes rahatlayıb, sanki dərindən azad nəfəs almaq üşün nəfəsini içinə çəkib.

Hazırda biznesin əsas problemi isə koronavirusdur. Lakin bu yaxınlarda iki vacib vaksin xəbəri oldu və bu xəbərlər də birjalara müsbət təsir göstərdi. Əgər bu vaksin xəbərləri doğru olsa, gələn ilin əvvəlindən dünyada vaksinasiya başlayacaq. İlkin mərhələdə 300 milyon insanın hər ay vaksinasiya olması gözlənilir. Belə çıxır ki, dekabr, yanvar, fevral aylarında dünyada çox böyük vaksinasiya olacaq. Bu vaksinasiya da dünyada virusun qarşısının alınmasında mühüm rol oyanaya bilər. Bu xəbərlər birjalarda müsbət atmosfer yaratdı və bu üzdən də biz bir neçə gündür indekslərin yüksəlməsini müşahidə edirik.

Natiq Cəfərli: “Yaxın zamanda tariflərin artırılması ilə başlanan müharibəyə son qoyulacaq”.

Avropa Birliyi ilə bağlı bunu dəqiq demək mümkündür. Çünki bu yaxınlarda Bayden də açıqladı ki, Avropa Birliyi ilə pozulmuş müqavilələrin yenidən bərpa olunması onun ilk görəcəyi gündəm məslədir. Yəqin ki, yaxın zamanda tariflərin artırılması ilə başlanan müharibəyə son qoyulacaq. Buna görə də şox yazın zamanda ortaq komissiyalar yaradılacaq.

Çinlə münasibətlərdə də çox güman ki, yumşalmalar olacaq. Tramp Çinlə bağlı çox irəli getmişdi. Baydenin komandası da bundan istifadə edərək qərara alınmış tariflərin ləğv edilməsi üçün Çinlə müəyyən bazarlıq edəcəklər. ABŞ-la Çin arasında da ortaq komissiyaların qurulması barədə orada da söhbət gəzir.

Hətta İranla belə münasiblərin normallaşacağı haqqında ilkin gözləntilər artıq formalaşıb. Ona görə də hesab edirəm ki, birjalar daha da rahatlaşacaq. Dünya iqtisadiyyatı və biznes indi daha sabit bir iqtisadi dönəmə qədəm qoyur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar