Şənbə, 27 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Baydenin Uinston Çörçillin büstünü oval kabinetdən yığışdırması ingilisləri qəzəbləndirdi

ABŞ-ın yeni prezidenti Co Baydenin administrasiyası Ağ Evdə, oval kabinetdən Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin büstünü yığışdırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fox News kanalı məlumat yayıb.

Maraqlıdır ki, ABŞ-ın Londondakı səfirliyi Twitter-dəki mikrobloqunda məsələyə tam aydınlıq gətirməyib. Əvəzində isə səfirlik “ABŞ-Böyük Britaniya arasındakı xüsusi münasibətlərdən” bəhs edən videoçarx yayımlayıb.

“Biz Çörçillin büstü ilə bağlı diskussiyalarla tanışıq. Ona görə də hər kəsə “Xüsusi münasibətlər”in nə olduğunu xatırlatmaq istəyirik”,-deyə diplomatik nümayəndəliyin videoçarxa əlavə etdiyi şərhdə bildirilir.

Lakin amerikalıların məsələni videoçarxla “yola verməsi” ingilislərin xoşuna gəlməyib. “Breksit” partiyasının lideri Naycel Farac bunu “britaniyalıların siftətinə və iki ölkə arasında münasibətlərə vurulan sillə” kimi dəyərləndirib.

Britaniyalı analitik və keçmiş baş nazir Marqaret Tetçerin müşaviri olmuş Naylı Qardiner isə videogörüntüləri sərt şəkildə tənqid edib

“Ser Uinston Çörçill azad dünyanı xilas etmiş adamdır. O, Atlantikanın hər iki tərəfinin görkəmli qəhrəmanıdır. Heç olmasa azacıq hörmət göstərin”, - deyə o, Tvitterdəki mikrobloqunda yazıb.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İlham Əliyev Paşinyanla təmaslarından danışdı: “Biz təsadüfən 1 dəqiqə liftdə olduq...”  

İslahat dalğaları Kəmaləddin Heydərovun qapısına dayanır - FHN hissələrə ayrılacaq və ləğv ediləcək...

Heydər Əsədov həbs edilir? - Mənimsədiyi yüz milyonlar büdcəyə qaytarılmalıdır...

“65 yaşında pensiya çıxan şəxslər 6 il pensiya alacaqlar” - Qubad İbadoğlu

Osmanlı xəyalları ilə uyudulan xalq: ABŞ Türkiyəni niyə mühasirəyə alır?..

Azərbaycanda "Evdə qal" karantin rejimi geri qayıdır? - Açıqlama

İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi

Prezidentdən Fikrət Sadıxovla bağlı sərəncam  

Xırdalanda böyük şirkətlər açan ərəblər kimdir? – Foto

Ələ keçirilən rus sistemi Ankaraya gətirildi – Türkiyə ilə şok anlaşma

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay