Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin Qafqaza dəstəyi Rusiyanı geri oturda bilər – “The Hill”

ABŞ-ın “The Hill” qəzetində prezident Cozef Baydenin Cənubi Qafqaz siyasəti ilə bağlı məqalə dərc olunub. “Bayden RusiyaQafqazdakı qonşularına dəstək verməklə geri oturda bilər” başlıqlı məqalənin müəllifi ABŞ-ın Ceymstaun Fondunun böyük elmi işçisi Yanuş Buqayskidir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.

ABŞ prezidenti Cozef Bayden xarici siyasət kursuna dair ilk çıxışında müttəfiqləri ilə münasibətləri bərpa etməyə və bu istiqamətdə ölkənin diplomatik əlaqələrini genişləndirməyə çağırıb.

ABŞ prezidenti çıxışında Rusiyanın xarici aqressiyasına və daxili avtoritarizminə qarşı mübarizə aparacağını da vurğulayıb.

Bayden yeni siyasətini Qara dəniz bölgəsində yerləşən Gürcüstandan nümayiş etdirməyə başlasa daha yaxşı olardı. Gürcüstan prezident Vladimir Putinin Rusiyanın qonşuluğunda yerləşən dövlətlərin müstəqilliyinə və demokratik inkişafına qarşı qəsdinin qurbanı olan ilk ölkədir. Gürcüstan ABŞ-ın yaxın müttəfiqidir və Moskva bu ölkəyə hələ də mənfi münasibət bəsləyir.

Gürcüstan dövlətçiliyi və demokratiyası Putinin avtokratik idarəçiliyinə və qonşu dövlətlərin suverenliyini məhdudlaşdırmaq cəhdlərinə alternativ bir regional modeldir.

Rusiya 2008-ci ilin avqustunda Gürcüstan ərazisinin 20 faizini ələ keçirib və o vaxtdan bu ölkədə sabitliyi pozmaq üçün dezinformasiya yaymaqdan tutmuş kiberhücumlara, silahlı təhdidlərə qədər müxtəlif təxribatlara əl atmaqdadır.

2020-ci ilin oktyabrında Gürcüstanda keçirilən prezident seçkisi bu ölkədə demokratiyanı daha da möhkəmlətmiş oldu. Vaşinqton və Brüssel Gürcüstana parlament demokratiyasının oturuşması, parlament seçkiləri zamanı tam proporsional seçki üsuluna keçilməsi üçün böyük dəstək verdi.

Gürcüstanda demokratik inkişafın daha bir göstəricisi keçmiş baş nazir və Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurucusu Bidzina İvanişvilinin siyasətdən çəkilmək qərarı oldu. Milyarder və partiyanın keçmiş lideri sərvətinin böyük hissəsini (5 milyard dollara yaxın) xeyriyyə fondlarına köçürəcəyini bildirdi. O, bundan sonra xeyriyyəçilik fəaliyyəti ilə məğul olacağını vəd etdi.

İvanişvilinin idarəçiliyi dövründə Gürcüstan Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqla, NATO-ya üzvlüyə təşəbbüs göstərməklə və ABŞ-la təhlükəsizlik əməkdaşlığını dərinləşdirməklə Qərbə daha da yaxınlaşdı. Gürcüstanda bir sıra demokratik islahatlar həyata keçirildi. Bu islahatlar qanunun aliliyi məsələsində və korrupsiyaya qarşı mübarizədə ölkəni Avropa Birliyinin bəzi üzvləri ilə eyni səviyyəyə gətirdi.

“Gürcü Arzusu”nun seçkidə qalib gəlməsinə baxmayaraq İvanişvilinin siyasətdən uzaqlaşması uduzandan sonra da hakimiyyətdən əl çəkmək istəməyən bəzi milli liderlərə örnək ola bilər.

ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) 2020-ci ilin dekabrında keçirdiyi sorğu Gürcüstan vətəndaşlarının 80 faizinin ölkənin Avropa Birliyinə, 74 faizinin NATO-ya üzvlüyünü dəstəklədiyini göstərib. Son 10 ildə NATO-ya dəstək verənlərin sayı 12% artıb.

Avropa Birliyinə və NATO-ya inteqrasiya Gürcüstan konstitusiyasında vacib hədəf kimi göstərilib. Hökumət 2024-cü ilədək Avropa Birliyinə üzv olmaq üçün müraciət etməyi məqsəd qoyub.

Gürcüstanın Qərbə inteqrasiya olunmaq istəyi Moskvanın aramsız təhdidlərindən qaynaqlanır.

Gürcüstan üzərində nəzarət Cənubi Qafqaz və Qara dəniz bölgələrində regional liderliyə çalışan Rusiyanın iddiasına şərait yarada, Avropa ilə Asiya arasında mühüm enerji, ticarət əlaqələrini təhlükə altında qoya, habelə Amerika və Avropanın təsirini ciddi şəkildə məhdudlaşdıra bilər.

Gürcüstanın 2009-cu ildən ABŞ-la qurduğu strateji tərəfdaşlıq Rusiyanın aqressiv davranışlarını məhdudlaşdırır. ABŞ-ın Gürcüstana siyasi dəstəyi Donald Trampın rəhbərliyi dövründə də nümayiş olunub. Tramp administrasiyası Gürcüstana hərbi texnika, xüsusilə də “Javelin” raket sistemləri tədarük etməklə onun hərbi müdafiəsini gücləndirib.

Bu yaxınlarda ABŞ Senatında dinləmələr zamanı isə yeni dövlət katibi Entoni Blinken NATO-nun qapısının Gürcüstanın üzünə açıq olduğunu elan edib.

Hazırda Gürcüstanın sahil xəttinin qorunması üçün təsirli hərbi dəniz qüvvələrinə, ölkədə ABŞ-ın hərbi iştirakının genişləndirilməsinə və NATO-ya üzvlüklə bağlı daha dəqiq yol xəritəsi hazırlanmasına ehtiyac var.

Moskva Cənubi Qafqazda öz hərbi fəaliyyətini 2020-ci ilin noyabrından, Azərbaycanın işğal olunmuş ərazilərində AzərbaycanErmənistan arasında gedən 44 günlük müharibə bitəndən sonra artırıb.

Qoşunlarını sülhməramlı adı altında Azərbaycana yeritməklə Rusiya əslində mübahisəli Dağlıq Qarabağ ərazisinin böyük bir hissəsini öz himayəsinə götürüb.

Rusiyanın onsuz da Ermənistanda iki hərbi bazası var və o, Gürcüstanın işğal altında olan ərazilərində hərbi fəaliyyətini davam etdirir.

Gürcüstanın strateji baxımdan təcrid olunması Rusiyanın Qara dənizdən bir meydan kimi yararlanmaq, Balkanlara, Şərqi Aralıq dənizi bölgəsinə və Yaxın Şərqə hərbi gücünü buradan nümayiş etdirmək cəhdlərini gücləndirəcək.

Moskvanın Qara dənizdə geniş hərbi fəaliyyətində məqsəd həm də əsas dəniz yollarına, iqtisadi zonalara və Avropaya enerji nəqlinə nəzarət etməkdir.

Vaşinqtonun ciddi dəstəyi altında Gürcüstanın NATO-ya doğru irəliləməsi Rusiyanı gələcək cəhdlərdən çəkindirə bilər. Bu həm də Azərbaycanla Ermənistana Moskvanın məngənəsindən qurtulmağın mümkünlüyü barədə bir siqnal olar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar