Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin milli təhlükəsizlik strategiyası layihəsi: ABŞ ittifaqlar yaradacaq, demokratiyanı möhkəmləndirəcək

Ağ Ev çərşənbə günü prezident Baydenin milli təhlükəsizlik və xarici siyasətinin strateji istiqamətlərini açıqlayıb, ittifaqların yaradılmasının və demokratiyanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Demokratiyanın 23 dəfə adının çəkildiyi bu 24 səhifəlik sənəd hökumət orqanlarına göstərişlər verir. Eyni zamanda, bu ilin sonunda dərc olunacağı gözlənilən yeni milli təhlükəsizlik strategiyası hazırlanır. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Prezident Bayden dünya arenasında Amerika demokratiyasının və Amerika liderliyinin gücünü "bərpa etməyin" zərurətini vurğulayıb.

"Biz yeni texnologiyalar, kosmos, kiberməkan, səhiyyə və bioloji təhlükələr, iqlim və ətraf mühit, eləcə də insan hüquqları ilə bağlı yeni sazişlər təqdim edəcək və bağlayacaq.

Biz maraqlar və dəyərlər üzrə müttəfiqlərimiz və tərəfdaşlarımız arasında geniş əməkdaşlığı təmin etmək üçün demokratiya üzrə qlobal Sammit çağıracağıq.

Vaşinqton NATO, Avstraliya, Yaponiya və Cənubi Koreya müttəfiqliyini təsdiq edəcək, investisiya qoyacaq və modernləşdirəcək", baxmayaraq ki, Rusiya sənədə əsasən dünya arenasında öz qlobal nüfuzunu artırmaq və pozucu rol oynamaqda “əvvəlkitək olduqca əzmlidir”. 

"Biz transatlantik tərəfdaşlığımıza dönərək zəmanəmizin həlledici məsələləri üzrə Avropa İttifaqı və Böyük Britaniya ilə davamlı ümumi gündəlik yaradacağıq", - sənəddə deyilir.

Çərşənbə günü Dövlət Departamentində katib Entoni Blinken də vəd edib ki, "beynəlxalq təhlükəsizlik və dünya iqtisadiyyatı qaydaları harada yazılsa, Amerika orada olacaq".

Ağ Ev bütün dünyada avtoritarizm və millətçiliyin yüksəlməsindən çıxış edir.

"Hökumətlər daha az şəffaf olurlar və xalqların etimadını itiriblər. Seçkilər getdikcə zorakılığa çevrilir, korrupsiya artır, pandemiya isə bu tendensiyaların çoxunu sürətləndirib".

Yeni administrasiya hesab edir ki, hərbi güc qlobal problemlərin həllində məhdud alət olacaq.

“Amerika Birləşmiş Ştatları həyat əhəmiyyətli milli maraqların müdafiəsi üçün güc tətbiqi lazım gəldiyində bundan heç zaman çəkinməyəcək. Amma hərbi gücdən istifadə ilk yox, son vasitə olmalıdır", - sənəddə bildirilir. (Turan İA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar