Bazar ertəsi, 25 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Baydenin “Kadr Siyasəti” - Yeni ABŞ hökuməti necə qurulacaq?

20 yanvar günü and içərək prezidentlik vəzifəsinə başlayacağı gözlənilən Co Baydenin necə bir kabinet yaradacağı hər kəs üçün maraqlıdır. Bayden daha əvvəl quracağı kabinetin Amerikanı bütün rəngləri ilə təmsil edəcəyini bildirmişdi...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 24 noyabr 2020-ci il

20 gün keçməsinə baxmayaraq, ABŞ-dakı seçki müzakirələri hələ də bitməyib. Tramp rəqibi Co Baydenin seçkilərdə qalib gəldiyini etiraf etməkdən imtina edir. “Amerika Konqresi”ndəki bir çox Respublikaçı da Trampın seçki nəticələrini tanımasını və Bayden üçün keçid prosesini asanlaşdırmasını tələb edir. Bayden də keçid prosesi üçün ayrılan vəsaitdən istifadə etmək istəyir. Həmçinin, bəzi Respublikaçı senatorlar da Baydenin tələblərini dəstəkləyən açıqlamalar veriblər.

Baydenin komandasının keçid prosesi üçün Baş Xidmətlər İdarəsi (GSA) seçki nəticələrini təsdiqləməlidir. Təxminən 150 sabiq Milli Təhlükəsizlik və Müdafiə Nazirliyi səlahiyyətliləri GSA prezidenti Emil Mörfiyə məktub göndərərək seçkinin nəticələrini təsdiq etməsini xahiş ediblər. ABŞ Ticarət Palatası, Milli İstehsalçılar Birliyi və Milli İstehsalçılar Dərnəyi də Trampın Baydenin keçid prosesinə mane olmaması barədə açıqlamalar verib. Ancaq GSA prezidenti Mörfi Trampın yolunu davam etdirir. Demokratların Mörfiyə qarşı çox təzyiq göstərməsinin səbəbi budur.

2021-ci il yanvarın 20-də kreslosunu Baydenə ötürməli olan Tramp noyabr seçkilərindən dərhal sonra Pentaqon başda olmaqla, bir çox vacib sahələrə təyinatlar həyata keçirib. Tramp iyul ayında Cudi Şeltonu Federal Ehtiyat Bankının (FED) idarə heyəti üzvlüyünə namizəd kimi göstərmişdi. Radikal bir FED tənqidçisi kimi tanınan Şeltonun namizədliyi Senatda bir çox Respublikaçı tərəfindən birmənalı qarşılanmayıb. 17 noyabrda Senatda keçirilən prosedur səsverməsi Şeltonun əleyhinə başa çatmışdı. 2 respublikaçı senator Covid-ə yoluxduqları üçün iclaslarda iştirak edə bilmədilər. Bəzi Respublikaçı senatorlar da Şeltonun əleyhinə səs verdilər. FED məsələsində Trampla oxşar fikirləri bölüşən Şeltonun namizədliyinin yenidən gündəmə gəlib gəlməyəcəyi hələ bəlli deyil. Əlbəttə ki, bu nəticə Trampın heç xoşuna gəlmədi.

Trampın Bayden Administrasiyası üçün işləri çətinləşdirən təşəbbüslər göstərəcəyi əvvəldən gözlənilirdi. Bu çətinliklərdən biri də FED-lə Maliyyə Nazirliyi arasında Covid-19 epidemiyası ilə bağlı iş birliyinin dayandırılması idi. Bu vəziyyətdə Bayden Administrasiyası epidemiyaya qarşı mübarizədə müəssisələrə, ştatlara və yerli hökumətlərə yardım üçün ayrılmış kredit proqramlarından istifadə edə bilməyəcək. Maliyyə katibi Stiven Mnakinin FED-dən büdcəyə vəsaitin qaytarılmasını tələb etməsi də Demokratları xeyli qəzəbləndirib. Bu məsələ FED-Mnakin münasibətlərinə də zərər verib.

20 yanvar günü and içərək prezidentlik vəzifəsinə başlayacağı gözlənilən Co Baydenin necə bir kabinet yaradacağı hər kəs üçün maraqlıdır. Bayden daha əvvəl quracağı kabinetin Amerikanı bütün rəngləri ilə təmsil edəcəyini bildirmişdi. Ağ Evdəki bəzi yerlər üçün öz seçimini edən Bayden hələ Kabinet üçün heç kimin adını səsləndirməyib. Xüsusilə Demokratlar arasında Pentaqon, Maliyyə Nazirliyi, Milli Təhlükəsizlik Müşavirliyi, Ədliyyə Nazirliyi, Dövlət Departamenti, və Enerji Nazirliyinə kimlərin təyin olunacağı ilə bağlı ciddi fikir ayrılıqları var. Demokratlar Partiyasının proqressiv-sol qanadı ilə mərkəzçi qanadı Kabinetin formalaşması ilə bağlı fərqli fikirdədir. Buna baxmayaraq bu gün Baydenin Nazirlər Kabineti üçün ilk siyahısını elan edəcəyi gözlənilir.

Bayden Senatda çoxluq təşkil edən Respublikaçılara xoş gələn simalardan ibarət olan bir Kabinet qurmaq istəyir. Bir çox Respublikaçı, xüsusən də Senatın spikeri Mit Romni düşünür ki, əgər Baydenin Kabinet üzvləri əsasən Demokratlardan ibarət olsa, o zaman onların Senatda təsdiqləmə prosesini asanlaşdıracaqlar. Baydenin Romni kimi bəzi mülayim anti-Tramp Respublikaçıları kabinetə daxil edə biləcəyi barədə söz verməsi ilə bağlı yayılan məlumatlar isə Demokratlar Partiyasının roqressiv-sol qanadı tərəfindən narazılıqla qarşılanıb. Hətta bəzi şərhlərə görə, Bayden bir “Senat Höküməti” qurmaq istəyir. 5 yanvarda Corciya ştatında boş olan iki senator kürsüsü üçün üçün ikinci seçki turu keçiriləcək. Bu seçkilər hər iki tərəf üçün çox vacibdir. Büna baxmayaraq hər halda, Baydenin Senatdakı Respublikaçılara çox ehtiyacı var. Respublikaçıların da Demokratlar Partiyasının roqressiv-sol qanadındakı şəxslərin Kabinetdə iştirak etməməsi üçün Baydenə ciddi təzyiq göstərəcəklər. “Kadr Siyasəti” kontekstində Baydenin ilk siyahısı bu baxımdan olduqca vacibdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Bayden Tramp ABŞ FED

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda məşhur biznesmenin oğlu "Range Rover"lə qəza törətdi, hadisə yerində öldü - Video

“Mikayıl Cabbarov həm Tarif Şurasının, həm də SOCAR-ın Müşahidə Şurasının rəhbəridir”

Səs yazısı yayılan Anar Cəbrayıllı danışdı: “Məni şantaj etməyə başladı ki...” - Audio

Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa...

Azərbaycanlını öldürən dəniz quldurları haqda bilmədiklərimiz - Foto

“Heç nədən durub ASAN imzaya aylıq 2,5 manat ödəməliyik, yazdım, həyəcan təbili çaldım...” - Azər Həsrət

Kinomuzun “Göygöz kosa”sı haqda maraqlı məlumatlar

"Lavrov kimdir ki?!" - Paşinyan arvadının rəfiqəsini səfir edir

Öldürülən dənizçinin qardaşı danışdı - Video

“Özlərini satdıqları kimi...” - Nadirdən həmkarlarına ağır sözlər

Ən çox oxunanalar