Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydeni iqtidara aparan gizli görüşlər və Vaşinqonun Aralıq dənizi macərası...

ABŞ-ın səhiyyə sistemində, sosial təminatda və nəqliyyatda olan 3 illik büdcə kəsiri 10 trilyon dollara çata bilər. Bunu da belə başa düşə bilərik: Amerika Birləşmiş Ştatları çökür...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 17 sentyabr 2020-ci il

Biz hadisələri adətən siyasi olaraq şərh edirik. Lakin bu, bizi mütləq həqiqətə aparmır. İqtisadiyyat olmadan, yəni pul tapmadan gedilən heç bir yol yoxdur. Əməliyyatları başa düşmək üçün də həmişə əvvəlcə pul oyununu görmək lazımdır. Çünki böyük güclər həmişə gücü və pulu yan-yana qoyurlar.

İndi isə çox vacib iki görüşdən danışmaq istəyirəm. Üstəlik, sızdırılan bu görüşlərdən başqa insanların da xəbəri var.

ABŞ Maliyyə naziri Steven Mnuçin, Dövlət Katibi Mayk Pompeo və Ağ Evin İqtisadi Məsləhətçisi Lerri Kudlou 1 sentyabrda vacib bir görüş keçiriblər. ABŞ-ın iflasdan qurtulmasının yeganə yolun Aralıq dənizi olduğuna qərar verilib.

Təsəvvür edirsinizmi, ABŞ çökməmək üçün Aralıq dənizindən bərk yapışmalıdır. Görüşdən çıxan əsas nəticə budur.

ABŞ Konqresinin Büdcə Bürosu 2020-ci il büdcə kəsirinin 3 trilyon 300 milyard dollar olması barədə Steven Mnuçinə hesabat təqdim edib. Hesabatda səhiyyə sistemində, sosial təminatda və nəqliyyatda olan 3 illik kəsrin 10 trilyon dollara çatacağı yazılıb. Bunu da belə başa düşə bilərik: Amerika Birləşmiş Ştatları çökür...

Şübhəsiz ki, ABŞ heç vaxt bu qədər pis vəziyyətdə olmayıb. Hər kəs bunu bilir və bu haqda danışır. Buna görə də, Aralıq dənizi ABŞ üçün həyati əhəmiyyət daşıyır və hətta, bəlkə də son şansıdır.

Steven Mnuçin, Mayk Pompeo və Lerri Kudloudan başqa, önəmli iqtisadçılar və hərbi strateqlər də aylardır Aralıq dənizi məsələsi üzərində işləyirlər. Hamısı bir masa ətrafında görüşüblər. Uzaqdan başa düşmək çətin deyil ki, Aralıq dənizi Vaşinqton üçün 20 trilyon dollar deməkdir. Dənizin altındakı trilyon dollarlar isə çox çox vacibdir. Ancaq Aralıq dənizinin dibindən çox üstü, xüsusən də “İpək Yolu”na nəzarət etmək üstünlüyü Vaşinqtonun strateji gələcəyini müəyyənləşdirəcək.

İndi isə gəlin ikinci gizli toplantıya keçək. Son günlərdə “Ərdoğana müxalif olan hər kəsə dəstək verək, Türkiyədəki iqtidarı dəyişdirək”, kimi çıxışlarla gündəmə gələn Co Bayden, bildiyimiz kimi, əvvəl Obamanın adminstrasiyasında ikinci şəxs idi, indi isə Trampın rəqibidir. Prezident Tramp Aralıq dənizi mövzusunda susarkən, Co Bayden bir brifinqdə dövlətin gizli kodlarını idarə edənlərə Aralıq dənizi ilə bağlı planlarını izah edib. Yəni Aralıq dənizi hər bir vacib görüşün əsas mövzusudur. Bayden də bunu bilir və “Dərin dövləti” yanına çəkərək seçkilərdə lider olmaq istəyir.

Bayden Aralıq dənizinin ən önəmli quru hissəsi olan Kipr adasını ingilislərin nəzarətindən çıxarıb, Amerikanın nəzarətinə götürəcəyini bildirib. Yəni vədlərini xeyli artırıb.

Bayden: “Bir çox ölkəni işğal edərkən media bizim əleyhimizə idi. Ancaq onların necə təsirsiz olduqlarını gördük. İndi Kipr adasını işğal etsək, buna kim etiraz edə bilər? Təbii ki, Türkiyə. Lakin Türkiyə daxili problemlərlə mübarizə apararkən, Şimali Kipr planlarını reallaşdıra bilməz. Bəs Cənubi Kipr? Bu, ən asan olanıdır. Silah embarqosu götürüldükdən sonra minlərlə Amerika əsgəri Cənubi Kiprdəki bazalara gedəcək. Bu plan İraqdan daha asan reallaşacaq və daha böyük nəticə verəcək”, deyib.

Bu, Trampla üz-üzə gələn və Ağ Evə göz dikən adamın düşüncəsidir. Bayden bunları Amerikadakı ən güclü simalara izah edib. Bu görüşdən sonra isə yenidən Amerikanın 3 ən nüfuzlu jurnalisti ilə görüşüb. Daha sonra da Vaşinqtonda nahar edib. Bayden bütün sualları Aralıq dənizi pəncərəsindən cavablandırıb. Yeni bir Yaxın Şərq və yeni bir Afrika planlaşdırarkən Aralıq dənizini mərkəzə qoyub.

Bu xüsusi brifinqə Baydenin Siyasi Məsləhətçisi Ceyk Sullivan da şahid olub. Hər halda bu brifinqi təşkil edən şəxs elə Ceyk Sullivan idi. Bu 43 yaşlı adam Aralıq dənizi və Türkiyə üzrə ixtisaslaşmış biridir. Ceyk Sullivan, eyni zamanda, ABŞ-ın 2013-cü ildə İranla apardığı danışıqların da memarı idi. İranla bağlı qərar qəbul etmədən əvvəl Türkiyənin vəziyyətindən danışan Sullivan Türkiyənin Vaşinqtonla yaxından əlaqədə olmasını istəyənlərdən biridir.

2013-cü ildə bu fikirdə olan Sullivan indi rəsmi olaraq Türkiyənin qarşısındadır. Sanksiya istəyən simalardan birincisi də odur.

Məsələ bununla da məhdudlaşmır. Amerikanı anlamaq üçün toplantının arxa planını da bilməliyik. ABŞ Maliyyə Naziri Stiven Mnuçin, Dövlət Katibi Mayk Pompeo və Ağ Evin Aralıq dənizi üzrə İqtisadi Məsləhətçisi Lerri Kudlouya məlumat verən kim idi? Əlbəttə ki, Ceyk Sullivan. Vəziyyət belə olduğu zaman “Dərin dövlət”inin hər kəsi eyni masa ətrafına toplandığını görürük.

Trampın ən önəmli nazirləri və müşavirləri zəkasına lağ etdikləri, düşmən kimi gördükləri Ceyk Sullivandan məlumat istəyirdilər. Ancaq insanlar bunu bilmirdilər. Halbuki Bayden prezident olsa, bu görüş sayəsində olacaq. Yəni Co Bayden Ağ Evə köçsə, səlahiyyətlərə sahib ola biləcəkmi? Təbii ki, xeyr. Heç Ceyk Sullivanda da olmayacaq. Sullivan Vaşinqtondakı dərin görüşü təşkil edərkən bir qadından kömək istəmişdi. O qadın Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenin vitse-prezidenti seçilən Kamala Haris idi. Bu, daha çox zəncirvari güc nümayişinə bənzəyir.

Prezident seçkiləri ABŞ üçün, əlbəttə ki, vacibdir. Ancaq Bayden uduzsa da, ABŞ-ın Aralıq dənizi planında bir dəyişiklik olmayacaq. Aralıq dənizi pul dənizidir. Lakin strateji yeri puldan daha vacibdir. Vaşinqton Aralıq dənizindən əl çəkməyəcək. Ceyk Sullivan və Kamala Haris Baydendən asılı olmayaraq önə çıxacaq. Sullivan və Heris gələcəkdə vasitəçi olmasalar da, Vaşinqtonun qərarlarının mərkəzində olacaqlar. Bir sözlə, Bayden hakimiyyətə gəlsə, bu görüşün sayəsində gələ biləcək.

Qeyd: Kamala Haris bir çox məsələlərdə olduğu kimi Trampın Suriyadan qoşunlarını geri çəkmək siyasətinə də çox sərt şəkildə qarşı çıxıb. Yunanıstanın hazırkı canfəşanlığı isə Aralıq dənizində istifadə edilməsi lazım olduqda Türkiyə ilə bir toqquşma yaratmaq üçündür. Yəni bu adamlar Aralıq dənizi üçün hər şey edə bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar